http://www.milonic.com/

>>> Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. >>>
      Kitabxana haqqında
      Tədbirlər
      E-kataloq
      E-kitabxana
      Ölkə mətbuatında Ağdaş
      Hüquq Mərkəzi
      Yeni kitablar
      Ən çox oxunan nəşrlər
      Bizimlə əlaqə
      Azərbaycan kitabxanaları
      Prezident Kitabxanası
      Milli Kitabxana
 
Linklər

Normativ sənədlər

Kitabxana işi haqqında (Qanun)
MKS haqqında Əsasnamə

Dövlət Proqramı


Baxın və təbliğ edin!

http://www.khojaly.org/   
http://www.justiceforkhojaly.org/
http://www.azerigenocide.org/
http://www.human.az/ http://www.azerbaijan.az

İşğal altında olan torpaqlar
bizi çağırır!

Şuşa (8 may 1992-ci il)

Laçın (17 may 1992)

Kəlbəcər (2-4 aprеl 1993)

Ağdam (23 iyul 1993-cu il)

Cəbrayıl (8 avqust 1993)

Füzuli (23 avqust 1993)

Qubadlı (31 avqust 1993)

Zəngilan (29 oktyabr 1993)

 


AĞDAŞ RAYONU


Azərbaycan Respublikasının Dövlət Bayrağı

Maddə 23. Azərbaycan dövlətinin rəmzləri (Konstitusiya maddəsi)
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
Dövlət Bayrağı
Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir.
Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini,
yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir.
Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.