Əziz oxucular və istifadəçilər.
Saytımıza xoş gəlmişsiniz.
Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Veb-saytı 2010-cu ildə yaradılmışdır. Saytımız Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı
üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
Siz saytımızda 18 bölmə ilə tanış ola bilərsiniz. Bunlardan “Ağdaş haqqında”,
“Kitabxanamız haqqında”, “Ağdaşın ziyalıları”, “Ağdaşın iqtisadiyyatı”, “Ölkə mətbuatı Ağdaş haqqında”, “Normativ sənədlər”, “Abidələrimiz”, “Yeni kitablar”,
“Ağdaşlı şəhidlər”, “Tədbirlər” və s. Bölmələr sizin istifadənizdədir.
Həmin bölmələrdən ən maraqlısı tarixi əlamətdar günlərə həsr
olunmuş, habelə Azərbaycanın görkəmli şair və yazıçılarının yubileylərinə aid kitabxanalarımızın keçirdiyi tədbirləri özündə əks etdirən “Tədbirlər” səhifəsidir
ki, tez-tez yenilənir. Gələcəkdə kitabxanamızın 80000 nüsxədən yuxarı Latın qrafikalı ədəbiyyatını özündə əks etdirəcək “Elektron kataloq” və “Elektron kitabxana”
səhifələri də sizlərə təqdim ediləcək.
Bundan başqa saytımızda başqa mövzulara aid yeni-yeni səhifələr açılması da planlaşdırılır.
Hörmətli oxucular və istifadəçilər, hər bir insan üçün çox qiymətli olan vaxtınızı sərf edərək saytımızla maraqlanıb, tanış olduğunuz üçün sizə öz dərin
təşəkkürümüzü bildiririk.
Yaxşı kitablar qiymətli xəzinələrdir. Axtarışa çıxan, düşünən beyinlər bu xəzinələrdən çox fayda götürür. Sizə də daim bu xəzinələrdən
faydalanmagı və mütaliədən uzaq düşməməyi arzulayırıq.
Ünvan: AZ. 0300 Ağdaş şəhəri, M.İsayev küçəsi-3
Tel: 0193-5-42-63 mob. 050-368-59-23.
E-mail: Seyfeddin-57 @ mail.ru
|