http://www.milonic.com/

>>> Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. >>>
      Kitabxana haqqında
      Tədbirlər
      E-kataloq
      E-kitabxana
      Ölkə mətbuatında Ağdaş
      Hüquq Mərkəzi
      Yeni kitablar
      Ən çox oxunan nəşrlər
      Bizimlə əlaqə
      Azərbaycan kitabxanaları
      Prezident Kitabxanası
      Milli Kitabxana
 
Linklər

Normativ sənədlər

Kitabxana işi haqqında (Qanun)
MKS haqqında Əsasnamə

Dövlət Proqramı


Baxın və təbliğ edin!

http://www.khojaly.org/   
http://www.justiceforkhojaly.org/
http://www.azerigenocide.org/
http://www.human.az/ http://www.azerbaijan.az

İşğal altında olan torpaqlar
bizi çağırır!

Şuşa (8 may 1992-ci il)

Laçın (17 may 1992)

Kəlbəcər (2-4 aprеl 1993)

Ağdam (23 iyul 1993-cu il)

Cəbrayıl (8 avqust 1993)

Füzuli (23 avqust 1993)

Qubadlı (31 avqust 1993)

Zəngilan (29 oktyabr 1993)

 


AĞDAŞ RAYONU

Ağdaşın iqtisadiyyatı

1930-cu ildə yaradılmış Ağdaş rayonu respublikamızın iqtisadi cəhətdən inkişaf etmiş aqrar kənd təsərrüfatı və sənaye rayonudur. Rayonun iqtisadi cəhətdən inkişaf etməsinin əsas səbəblərindən biri də 1883-cü ildə çəkilmiş Bakı-Tiflis dəmir yolunun, Bakı-Qazax, Bakı-Zaqatala avtomagistrallarının rayonumuzun ərazisindən keçməsidir. Bakı-Tibilisi-Ceyhan neft və qaz kəmərləridə rayonumuzun ərazisindən keçir. XXI əsrin ilk onilliyində qazanılmış iqtisadi-sosial uğurlar qədim Ərəş torpağının yeni mənzərisini formalaşdırmış tərəqqini dönməz prosesə çevirmişdir. İnkişaf və yüksəliş hər şeydən əvvəl ölkə prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi gündəlik diqqət və qayğının, bu istiqamətdə imzaladığı fərman və sərancamların, qəbul edilmiş Dövlət Proqramlarının nəticəsidir.
Respublika Prezidenti İlham Əliyev cənablarının 2005-ci və 2010-cu illərdə rayonumuzda olması bir sıra obyektlərin açılışında,bəzi yeni obyektlərin təməlinin qoyulmasında iştirak etməsi, ağsaqqallarla, rayon ictimaiyyəti ilə görüşməsi, dəyərli məsləhətlər, tövsiyələr verməsi rayonun daha sürətlə inkişaf etməsinə stimul yaratmış, təkan vermişdir. Son beş ildə Ümum Daxil Məhsul istehsalı 4.1 dəfə artaraq 61 milyon manatdan 248 milyon manata çatmış,sənaye istehsalı 4.8 dəfə artaraq 4.5 milyon manatlıqdan 21.4 milyon manatlığa çatmışdır. Əhalinin gəlirləri 35 milyon manatlıqdan 140 milyon manata çatıb. Ötən beş ildə 40 emal müəssisəsi işə salınmış, 11 mindən çox yeni iş yeri açılmışdır. Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı da daim diqqət mərkəzindədir. 2010-cu ilin məhsulu üçün 40957 hektar, əvvəlki illərdəkindən 1067 hektar çox sahədə payızlıq və yazlıq kənd təsərrüfatı bitkiləri əkilmişdir. Heyvandarlığın inkişaf etdirilməsi üçün yem bitkilərinin əkin sahələrinin genişləndirilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ön plana çəkilmişdir. İri malın sayı 74214, xırda malın sayı 89951 olmuş, ət istehsalı 150.3 ton olmuşdur. Ağdaşlılar sabaha böyük inam hissi ilə baxır və Prezident İlham Əliyevin yeritdiyi ulu öndər Heydər Əliyev siyasi kursuna, ideyalarına söykənən daxili və xarici siyasətini ürəkdən bəyənir və dəstəkləyirlər.