http://www.milonic.com/

>>> Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. >>>
      Kitabxana haqqında
      Tədbirlər
      E-kataloq
      E-kitabxana
      Ölkə mətbuatında Ağdaş
      Hüquq Mərkəzi
      Yeni kitablar
      Ən çox oxunan nəşrlər
      Bizimlə əlaqə
      Azərbaycan kitabxanaları
      Prezident Kitabxanası
      Milli Kitabxana
 
Linklər

Normativ sənədlər

Kitabxana işi haqqında (Qanun)
MKS haqqında Əsasnamə

Dövlət Proqramı


Baxın və təbliğ edin!

http://www.khojaly.org/   
http://www.justiceforkhojaly.org/
http://www.azerigenocide.org/
http://www.human.az/ http://www.azerbaijan.az

İşğal altında olan torpaqlar
bizi çağırır!

Şuşa (8 may 1992-ci il)

Laçın (17 may 1992)

Kəlbəcər (2-4 aprеl 1993)

Ağdam (23 iyul 1993-cu il)

Cəbrayıl (8 avqust 1993)

Füzuli (23 avqust 1993)

Qubadlı (31 avqust 1993)

Zəngilan (29 oktyabr 1993)

 


AĞDAŞ RAYONU


Mənbələr sübut edir ki, Ağdaşda hələ XX-əsrin əvvəllərində 1906-cı il 4 avqustda qiraətxana açılmışdır. Kitabxana isə 1923-cü ildə təşkil edilmişdir.
Ağdaş rayon MKS-i 1980-cı ildə yaradılmışdır. MKS-i Oxuculara xidmət şöbəsi, Komplektləşdirmə və kitabişləmə şöbəsi, Metodiki işlər şöbəsi, Kitabxanalar arası abonement şöbəsi, Məlumat biblioqrafiya şöbəsi, İncəsənət və s. şöbələri olan Mərkəzi kitabxanadan, 1 uşaq kitabxanasından 79 filial kitabxanadan ibarətdir. Filial kitabxanaların 8-i şəhərdə 3-ü qəsəbələrdə 68-i isə kəndlərdə yerləşir. Hazırda Ağdaş rayon MKS-nin fondunda 466800 nüsxə kitab vardır ki, onlardan 85300 nüsxəsi latın qrafikalı ədəbiyyatdır. Ötən 2010-cu ildə 39300 nəfər oxucuya 824500 nüsxə kitab verilişi olmuşdu.
Kitabxanalarımız hər il 20 yanvar hüzn günü, 24 fevral beynəlxalq ana dili günü, 26 fevral Xocalı faciəsi günü, 8 mart beynəlxalq qadınlar bayramı, 21-22 mart novruz bayramı, 31 mart azərbaycanlıların soyqırım günü, 2 aprel beynəlxalq uşaq kitab günü, 9 may qələbə günü, 28 may Respublika günü, 1 iyul uşaqları beynəlxalq müdafiə günü, 15 iyun milli qurtuluş günü, 26 iyun silahlı qüvvələr günü, 1 avqust Azərbaycan dili günü, 15 sentyabr bilik günü, 18 oktyabr müstəqillik günü, 12 noyabr konstitusiya günü, 17 noyabr milli dirçəliş günü, 31 dekabr dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi əlamətdar və tarixi günlər münasibətilə elmi praktik konfranslar, dəyirmi masalar, disputlar, görüşlər, müzakirələr keçirir, sərgilər, foto-montajlar təşkil edirlər. Ramazan bayramı və Qurban bayramı genişliyi ilə qeyd edilir.
2010-cu ildə kitabxanalarımızda yubileyi olan şair və yazıçılardan Zəlimxan Yaqubun anadan olmasının 60 illiyi, Fikrət Qocanın anadan olmasının 75 illiyi, Rəsul Rzanın anadan olmasının 100 illiyi,Xeyrəddin Qocanın anadan olmasının 60 illiyi, Süleyman Rəhimovun anadan olmasının 110 illiyi, Seyid Əzim Şirvaninin anadan olmasının 175 illiyi, Əbdürrəhimbəy Haqverdiyevin anadan olmasının 125 illiyi, Süleyman Sani Axundov anadan olmasının 135 illiyi, Əlibala Hacızadənin anadan olmasının 75 illiyi, habelə Yusif Səmədoğlunun anadan olmasının 75 illiyi və Gəray Fəzlinin 85 illiyi münasibətilə oxucular konfransları, kitab müzakirələri, ədəbi-bədii gecə, disputlar, dəyirmi masalar, təqdimatlar keçirilmişdir.
2010-ci ilin may ayında ulu öndər ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Ağdaş Rayon İcra Hakimiyyəti aparatının dəstəyi ilə rayon ictimaiyyətinin iştirak etdiyi möhtəşəm kitab bayramı keçirilmişdir. Bu ilin may ayında isə ümummilli liderin anadan olmasının 88-cı ildönümü münasibətilə elmi praktik konfrans və görkəmli Oftalmoloq alim Zərifə Əliyevanın 88 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Son illərdə kitabxanalarımızın fonduna daxil olan əksər kitabların təqdimatları keçirilir. Bunlardan Yazıçılar birliyi Şirvan bölməsinin Ağdaş rayon yazarlarını özündə birləşdirən "Ərəş poeziya klubunun hər ay Mərkəzi kitabxanada məşğələləri keçirilmiş, klubun gənc üzvlərinin Turanə Bəkirlinin və Kamil Məmmədovun şeirləri Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Yeni səslər" müsabiqəsinə təqdim edilmişdir. Oktyabr ayında isə Mərkəzi kitabxanada Ərəş poeziya klubunun üzvlərindən Elton Gürselin "Məhəbbət məktubları", və Niyazi Nikbinin "Dünyada hər şeydən bilmək istəsən..." kitablarının təqdimat mərasimi keçirilmişdir. Son illərdə iyun-oktyabr aylarında əhalinin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar olaraq hər həftənin altıncı günləri H.Əliyev adına Mədəniyyət və istirahət parkında keçirilən kənd və şəhər günlərində kitabxanalarımız fondlarında olan yeni kitabların nümayişi ilə fəal iştirak etmişlər.

2011-ci il üçün kitabxananın iş planı