|
|
|
 |
AĞDAŞ RAYONU |
 |
|
| |
Yeni ildə yeni uğurlara doğru |
|
|
 |
 |
Hər açılan səhərin, başlanan günün insan həyatına
xoş ovqat bəxş etməsi ətraf mühitlə, yaşadığın kəndin, şəhərin əhvalının necəliyi ilə də şərtlənir. Səhər-səhər evdən
çıxanda rastlaşdığın adamların münasibətlərində rahatlığın olması da günün ovqatını müsbət axara yönəldən amillərdəndir.
Əslində, gün onda mənalı, yaşanan olur ki, bir işin qulpundan yapışasan, vaxtı boş-boş "tin söhbətləri" ilə öldürməyəsən.
Etiraf edək ki, əvvəllərə nisbətən günü axşam eləmək üçün "təşkil" olunan "tin söhbətləri" yox dərəcəsindədir. Artıq hər
kəs bilir ki, bu söhbətlərin nəticəsi olaraq kimsə onun qapısını döyüb çörək verməyəcək. Yaşamaq, dolanmaq, ailə saxlamaq
üçün vaxtı boşa verməmək, çalışmaq, zəhmətə qatlaşmaq lazımdır.
Şükürlər olsun ki, son dövrlər hər hansı bir işin qulpundan yapışmaq üçün yetərincə şərait yaradılıb, kifayət qədər iş
yerləri açılıb. Təki həvəsin və təpərin olsun. Sən qolunu çırmalayıb işə başlasan, dövlətin qayğısını başının üstündə,
Tanrının ruzu-bərəkətini süfrəndə görəcəksən. Bir də ki ölkəmizin sosial-iqtisadi inkişafı, özəlliklə də abadlıq-quruculuq
işlərində paytaxtdan heç də geri qalmayan bölgələrdə həyata keçirilən yenidənqurma tədbirləri insanları daha işgüzar, daha
təşəbbüskar olmağa ruhlandırır. Sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsində, şübhəsiz ki, başlıca məqsəd insanların
həyat tərzinin, dolanışığının, bir sözlə, sosial rifah halının yaxşılaşdırılmasıdır. Məhz buna görə də insanlar görülən
işlərə razılıq və təşəbbüskarlıqla yanaşırlar. Ağdaş rayonunda da belədir. Ağdaşlılar rayonda dövlət qayğısı sayəsində
görülən işləri təqdir etməklə yanaşı, seyrçi mövqeyində qalmırlar, çalışırlar ki, göstərilən qayğının müqabilində öz
töhfələrini verməyi bacarsınlar. Bu məram söhbət etdiyimiz ağdaşlıların ilk münasibətindən bəlli olur. Rayon sakinlərindən
Şəhla Hacıbalayeva, Tənzilə Şıxıyeva, Vaqif Hacıyev, Nuru Nuriyev, Rəsul Zamanov, Tahir Əliyev, Azad Gözəlov, Vüsal Davidov
və digərləri dövlətin və Prezident İlham Əliyevin Ağdaşa diqqət və qayğısını yüksək qiymətləndirməklə yanaşı qeyd edirlər
ki, rayonun sosial-iqtisadi inkişafı hər bir ağdaşlının firavan yaşam tərzini də şərtləndirir.
Ötən il də Ağdaş üçün uğurlu keçdi. İlin sonuna yaxın - oktyabrın 30-da Prezident İlham Əliyev Ağdaşa səfəri zamanı görülən
işlərlə tanış oldu, bir çox obyektlərin açılışında iştirak etdi, layihələrlə maraqlandı və rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşündə razılığını bildirdi: "Ağdaş indi müasir, gözəl rayona çevrilməkdədir... Çox şadam ki, burada
işlər yaxşı gedir. Ağdaşın gələcək inkişafı üçün də əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq ki, rayon daha da
gözəl, daha da yaxşı olsun".
Hazırda Ağdaşda su təchizatı layihəsi uğurla icra edilir. Yeni qəsəbələrə və yaşayış massivlərinə təbii qaz verilişi də
davam edir. Yaxın zamanlarda Ağdaşın bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulur. Elektrik enerjisinin təchizatı ilə
bağlı çətinliklər tamamilə həll olunmaq üzrədir.
Ötən il Ağdaşda 30 metr hündürlükdə Dövlət Bayrağı ucaldılıb, bütün kompleksdə yenidənqurma işləri görülüb, mərmər
lövhələrdə dövlət atributları, tarixi keçmişimizi əks etdirən memarlıq nümunələri yaradılıb. Kompleksin ərazisindəki Heydər
Əliyev Mərkəzi və mərkəzdəki muzey də əsaslı şəkildə yenidən qurulub.
100 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının tikintisi başa çatdırılıb və dövlət başçısının iştirakı ilə xəstəxananın açılış
mərasimi keçirilib. Rayonun bir çox təhsil, səhiyyə və mədəniyyət ocaqlarında əsaslı təmir işləri görülüb.
Ağdaşda yeni sənaye sahələrinin yaradılmasına və inkişaf etdirilməsinə diqqət artırılır. Yerli xammaldan istifadə edən
qum-çınqıl karxanalarında, Kükəl kərpic istehsalı müəssisəsində istehsalın həcmi genişlənir. "Orelay" şirniyyat
müəssisəsinin yeni istehsal sexində tikinti-quraşdırma işləri görülüb. Bu isə sənaye məhsulu istehsalının artımına zəmin
yaradıb. Sahibkarlara 6 milyon manata yaxın kredit verilməsi bu sahənin inkişafına ciddi təsir göstərir. Bunun nəticəsidir
ki, sahibkarlar tərəfindən Ağdaş şəhərində iki çoxmərtəbəli yaşayış binası, rayonun digər yaşayış məntəqələrində istirahət
mərkəzi və xidmət obyektləri tikilir. Rayonun Ərəbocaq kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksi və 80
başlıq atyetişdirmə məntəqəsi də inşa edilir.
Ümumilikdə Ağdaşda aparılan tikinti və yenidənqurma işlərində müasirliyə və milli memarlıq üslubunun qorunmasına ciddi
fikir verilir. Yenidən qurulmuş yol təsərrüfatından tutmuş, Ağdaş şəhərində fəvvarələrin tikintisinə, prospekt, küçə və
meydanlarda görülən yenidənqurma işlərinə qədər hər şeydə müasirlik və milli memarlıq elementləri nəzərə alınır.
Bu gün rayonda hər kəs əminliklə düşünür ki, dövlət qayğısı sayəsində Ağdaş dinamik inkişaf edəcək, ötən il olduğu kimi, bu
il də insanların işgüzarlığı, qurub-yaratmaq əzmi daha da artacaqdır.
Telman NƏZƏRLİ
"Azərbaycan" 14 fevral 2012
|
| |
Ağdaş mədəni intibah yolunda.
|
|
|
Müasir dövrdə hər bir xalqın dünya miqyasında özünəməxsus yer tutmasını şərtləndirən amillər heç də sırf iqtisadi amillərlə
şərtlənmir. Xalqları tanıdaraq məşhurlaşdıran həm də onların milli mədəniyyəti, milli-mənəvi dəyərləridir. Qloballaşma
tendensiyasının xalqların milli-mənəvi dəyərlər sisteminə yönəlmiş təhdidləri şəraitində bu məsələlərə əvvəlkindən daha da
çox diqqət yetirilməsinin vacibliyi ortaya çıxır.
Bu reallıq nəzərə alınmaqla ölkədə uğurla gerçəkləşdirilən mədəniyyət konsepsiyası təkcə paytaxt Bakıda deyil, ümumən
regionlarda da mənəvi-intellektual yüksəlişi təmin edib. Son illərdə Ağdaş rayonunun mədəni həyatındakı yeniliklər bunu bir
daha təsdiqləyir. Xüsusən də rayon Mədəniyyət və Turizm İdarəsinin xəttilə reallaşdırılan tədbirlər sistemli, konkret və
ünvanlıdır. Yeni ilin gəlişi ilə əlaqədar 2011-ci il yanvarın 1-dən 5-nədək şəhərin mərkəzi meydanında bayram şənlikləri
təşkil olunub. Keçirilən tədbirlərdə uşaq və məktəblilər yaxından iştirak ediblər.
20 yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar şəhər və kəndlərdə yerləşən bütün mədəniyyət müəssisələrində anma
mərasimləri, ədəbi-bədii kompozisiyalar keçirilib, foto-stendlər təşkil olunub. Mərkəzi Kitabxana Sistemində "Şəhidlik
zirvəsi", Tarix Diyarşünaslıq Muzeyində "Vətəni hər şeydən uca tutdular", Uşaq Musiqi məktəbində "Şəhidlər unudulmur", Ləki
qəsəbə Uşaq Musiqi məktəbində "Qanlı yanvar", Gənclər kitabxanasında ağdaşlı 20 yanvar şəhidi M.İsayevin xatirə gecəsi
keçirilib.
2011-ci ilin yanvarında, həmçinin yazıçı Zaman Qarayevin 80, Mədinə Gülgünün 85, yazıçı Vaqif Musanın 75 illik yubileyi
münasibətilə Mərkəzi Kitabxana sistemində və filial kitabxanalarında yaradıcılıq gecələri və kitab sərgiləri təşkil olunub.
Bundan başqa, rayon mədəniyyət evində xalq artisti, kinorejissor Eldar Quliyevin anadan olmasının 70 illiyi ilə həyat və
yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
2 fevral Gənclər Günü münasibətilə Tarix Diyarşünaslıq Muzeyində "Azərbaycan gəncləri" mövzusunda tematik gecə,
M.Şeyxzadənin ev muzeyində "Gənclik və zaman" mövzusunda "dəyirmi masa", "Gənclər" kitabxanasında isə rayonun fəal gəncləri
ilə görüş təşkil olunub. Həmçinin Gənclər Gününə həsr olunmuş rayon tədbirində mədəniyyət evinin "Şirvan" instrumental
ansamblı konsert proqramı ilə çıxış edib.
Xocalı faciəsinin ildönümü ilə əlaqədar olaraq bütün mədəniyyət müəssisələrində tədbirlər keçirilib. Ağdaş Dövlət Rəsm
Qalareyasında foto-stend təşkil olunub. Rayon mədəniyyət evinin foyesində kiçik rəssamların əl işlərindən ibarət rəsm
sərgisi hazırlanaraq rayon əhalisinə təqdim olunub. Eyni zamanda, Mərkəzi kitabxana sistemində Ağdaş rayonunda məskunlaşmış
Xocalı sakinləri ilə görüş keçirilib.
Fevral ayında həmçinin şair-dramaturq Nəriman Həsənzadənin anadan olmasının 80 illiyi münasibətilə Mərkəzi Kitabxana
Sistemində kitab sərgisi və oxucu konfransı təşkil olunub. Şəhər və Ləki qəsəbə uşaq musiqi məktəblərində xalq artisti,
tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.
8 mart Beynəlxalq Qadınlar Günü də rayonun mədəniyyət müəssisələrində yüksək səviyyədə qeyd olunub. Mərkəzləşdirilmiş
Kitabxana Sistemində, şəhər və Ləki qəsəbə uşaq musiqi məktəblərində bununla bağlı ədəbi-bədii gecələr keçirilib. Ağdaş
Dövlət Rəsm Qalareyasında yerli qadın rəssamların əl işlərindən ibarət sərgi təşkil olunub. "Şirvan" instrumental ansamblı
qadınlara həsr olunmuş tədbirdə geniş konsert proqramı ilə çıxış edib.
10 mart Azərbaycan Teatrı Günü münasibəti ilə rayon mədəniyyət evində "Azərbaycan teatrının inkişafı və görkəmli səhnə
ustalarımız" mövzusunda mühazirə təşkil olunub. Ağdaş "Xalq" teatrının səhnələşdirdiyi Nəcəf bəy Vəzirovun "Sonrakı
peşmançılıq fayda verməz" tamaşası tədbir iştirakçılarına nümayiş olunub.
Xalqın qədim milli bayramı olan Novruz bayramı münasibətilə şəhərin Füzuli meydanında konsert və tamaşalar şəklində təşkil
olunub. Qədim adət-ənənələri yaşadan əşyalar, şirniyyat süfrələri, habelə folklor nümunələrimiz bayram iştirakçılarına
nümayiş etdirilib. Tədbirdə rayon mədəniyyət evinin "Kəndirbazlar" folklor kollektivi ilə yanaşı, mədəniyyət
müəssisələrində fəallıq göstərən rəqs qrupları və folklor kollektivlərinin iştirakı təmin olunub. Bayramın yüksək səviyyədə
keçirilməsi rayon ictimaiyyətində ruh yüksəkliyi yaradıb.
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Maqsud Şeyxzadənin ev muzeyində, Tarix Diyarşünaslıq Muzeyində,
Mərkəzi Kitabxana Sistemində və digər mədəniyyət müəssisələrində anma mərasimləri keçirilib, Dövlət Rəsm Qalereyasında
foto-stend təşkil olunub. Soyqırım Günü ilə əlaqədar olaraq "Şəhidlər" abidə-kompleksində əklilqoyma mərasimi keçirilib və
mədəniyyət işçiləri tədbirdə iştirak ediblər.
Bununla yanaşı, mart ayında mədəniyyət müəssisələrində xalq artisti Sidqi Ruhullanın anadan olmasının 125, şair Əli
Kərimlinin 80, yazıçı publisist Nurəddin Babayevin 90 illik yubileyləri münasibətilə yaradıcılıq gecələri, kitab sərgiləri
təşkil olunub. Eyni zamanda, xalq şairləri Səməd Vurğun və Süleyman Rüstəmin anadan olmasının 105 illik yubileyləri
münasibətilə rayon mədəniyyət evində görkəmli ədiblərin həyat və yaradıcılığına həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə
hər iki şairin sözlərinə bəstələnilmiş musiqilər səsləndirilib, rayon mədəniyyət evinin "Xalq" teatrının aktyorlarının
ifasında Səməd Vurğunun "Vaqif" dramından və Süleyman Rüstəmin "Durna" pyesindən parçalar tədbir iştirakçılarına təqdim
olunub.
2 aprel Beynəlxalq Kitab Günü ilə əlaqədar Uşaq kitabxanasında "Uşaqlar kitabları sevir" mövzusunda kitab sərgisi, 8 saylı
şəhər Uşaq bağçasında isə "Nağıllı, sehrli dünyamız" adı altında körpələrin iştirakı ilə şəhərcik təşkil olunub.
Aprel ayı ərzində Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı və Mədəniyyət və Turizm Şöbəsinin Tədbirlər
Planına uyğun olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Gənc istedadların
baxış müsabiqəsi" keçirilib. Müsabiqədə Mədəniyyət və Turizm şöbəsini əhatə edən bütün mədəniyyət müəssisələri iştirak
ediblər.
Tərkibində musiqi, bədii-qiraət, rəqs ifaçılarının, gənc rəssamların, illüziyaçı və gənc aktyorların yer aldığı qaliblərin
may ayının 3-də yekun konserti keçirilib. Onların hər birinə Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyi tərəfindən fəxri
fərmanlar və hədiyyələr təqdim olunub.
23 aprel 2011-ci il tarixdən Habil Əliyev adına şəhər Uşaq Musiqi Məktəbində görkəmli muğam ustası Cabbar Qaryağdıoğlunun
anadan olmasının 150 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib. Tədbiri məktəbin direktoru Möysünə Hüseynova
açaraq xanəndənin həyat və yaradıcılığından söhbət açıb. Sonra tədbir yerli mügənnilərdən Samit Əliyevin, Nazim Məmmədovun,
Dilqəm Həsənovun, Nizami Məmmədovun ifasında Cabbar Qaryağdıoğlunun vaxtı ilə səsləndirdiyi muğam parçalarından ibarət
konsert proqram ilə davam edib.
Bununla yanaşı, aprel ayında mədəniyyət müəssisələrində oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 88-ci
ildönümü münasibətilə "Xalqa xidmətdə keçən ömür yolu" mövzusunda "dəyirmi masa", şair Ənvər Əlibəylinin anadan olmasının
90, yazıçı, ədəbiyyatşünas Allahverdi Eminovun anadan olmasının 70 illiyi münasibəti ilə kitab sərgiləri, "Molla Nəsrəddin"
jurnalının 105 illiyi münasibətilə rayon mədəniyyət evində ədəbi-bədii gecə təşkil olunub.
2011-ci ildə, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Mədəniyyət və Turizm
şöbəsi tərəfindən Tədbirlər Planı təsdiqlənib. Tarix Diyarşünaslıq Muzeyində, şəhər və Ləki qəsəbə Uşaq Musiqi məktəblərində,
rayon mədəniyyət evində, Mərkəzləşdirilmiş Kitabxana Sistemində, o cümlədən silsilə tədbirlər təşkil olunaraq həyata
keçirilib.
Aprel ayından başlayaraq rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində fəaliyyət göstərən Heydər Əliyev məktəbində
müdavimlərlə mütəmadi olaraq məşğələlər, "dəyirmi masa"lar keçirilib. O cümlədən filial kitabxanalarda ulu öndərin həyat və
yaradıcılığını əks etdirən kitablardan ibarət sərgilər təşkil edilib.
Tərlan Nəsirli "Mövqe" 13.12.2011
|
| |
Ağdaş təhsili yüksəliş yolundadır.
|
|
|
Rayon gənclərinin ali təhsil almağa marağı son illərdə nəzərə
çarpacaq dərəcədə artıb.
Ağdaşda təhsilin problemlərinin həlli istiqamətində atılan addımlar özünün praktik nəticələrini yeniyetmələrin ali təhsil
almağa, fənn olimpiadalarında iştiraka marağının artmasında göstərir. Ötən tədris ilində fənn olimpiadalarının
keçirilməsinə dair Təhsil Nazlirliyinin müvafiq əmrinin icrasını təmini məqsədilə rayonda genişmiqyaslı hazırlıq işləri
aparılıb. Olimpiadanın I rayon turunda 640 nəfər məktəbli iştirak edib.
I turun nəticələrinə görə yüksək bal toplayan 118 nəfər şagird rayon mərhələsinin II turunda da iştirak edib. II turun
nəticələrinə görə 8 nəfər şagird Bakı şəhərində keçirilmiş fənn olimpiadalarının respublika turunda iştirak edib və uğurlu
nəticələrə imza atıblar. Respublika turunda iştirak edən 8 nəfərdən 5 nəfəri Təhsil Nazirliyinin 7 aprel 2010-cu il
tarixli əmri ilə qalib hesab edilib. Bunlar S.Vurğun adına məktəbin, 8 saylı məktəbin və M.Şeyxzadə adına Texniki, Təbiət
və humanitar təmayüllü gimnaziyanın şagirdləridir.
2010-cu ilin aprel ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ölkənin hər yerində olduğu kimi
Ağdaş rayonunun ümumtəhsil məktəblərində də geniş şəkildə qeyd olunub. Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş
respublika inşa müsabiqəsində iştirak edən S.Vurğun adına orta məktəbin XI sinif şagirdi Novruzlu Rufanə Nizaməddin qızı
700 nəfərlik şagirdin iştirak etdiyi inşa müsabiqəsində II yerə çıxıb, Təhsil Nazirliyinin, YAP-ın və Respublika Həmkarlar
Təşkilatları Konfederasiyasının "Fəxri fərman"ı və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Kükəl kənd orta məktəbinin XI sinif şagirdi Hüseynova Şəhla Yelmar qızı, Şıxlı kənd orta məktəbin X sinif şagirdi Səfərova
Lalə Gündüz qızı inşa yazı müsabiqəsində qalib gəldikləri üçün Ağdaş Rayon İcra Hakimiyyəti və rayonun təhsil şöbəsi
tərəfindən mükafatlandırılıb. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş respublika rəsm
müsabiqəsində ən yaxşı rəsm əsərlərinə görə M.İsayev adına, 3 saylı, 7 saylı şəhər, Abad kənd orta və 5 saylı əsas məktəbin
şagirdləri Təhsil Nazirliyinin Estetik Tərbiyə Mərkəzinin diplomuna layiq görülüblər. Əslən Ağdaşdan olan akademik Bəkir
Nəbiyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş inşa müsabiqəsində qalib gələn M.Şeyxzadə adına Gimnaziyanın
VII sinif şagirdi Toğrul Umarov, 3 saylı orta məktəbin VIII sinif şagirdi Rüstəm Nəsibzadə, Ağcayazı kənd orta məktəbin
VIII sinif şagirdi Leyla Kərimova Ağdaş Rayon İcra Hakimiyyətinin pul mükafatına layiq görülüblər.
2009-2010-cu tədris ilində keçirilən "İlin ən yaxşı şagirdi" rayon müsabiqəsində 68 məktəbdən 120 nəfər şagird iştirak edib.
Onlardan 26 nəfəri "İlin ən yaxşı şagirdi" müsabiqəsinin qalibi olublar.
Ağdaşda məktəbli gənclərin fiziki və vətənpərvərlik tərbiyəsi də diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin göstərdiyi diqqət
və qayğı nəticəsində respublikada bədən tərbiyəsi və idman hərəkatı geniş vüsət alıb. Dünya idman olimpiadalarında
idmançılar daha geniş tərkibdə təmsil olunur. Və yüksək qələbələr qazanmaqla dövlət bayrağımızı yüksəklərə qardırırlar.
Respublikanın müxtəlif bölgələrində, o cümlədən Ağdaşda möhtəşəm olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsi
bir daha onu göstərir ki, gənclərin fiziki və mənəvi cəhətdən sağlam və gümrah böyüməsi dövlət üçün prioritet
məsələlərdəndir.
Ötən dərs ilində rayonun məktəbli idmançıları istər rayondaxili, istərsə də respublika idman yarışlarında uğurla iştirak
ediblər. Rayonun yeniyetmə gənclərində idmana marağın artırılmasında Ağdaş Uşaq Gənclər İdman məktəbinin və Uşaq Şahmat
məktəbinin xüsusi yeri var. Uşaq Şahmat məktəbində 32 qrupa 423 məktəbli cəlb olunub. Məktəbin istedadlı şahmatçıları rayon
və respublika yarışlarında uğurla iştirak ediblər. Məktəbin şahmatçılarından Aydın Şirinov və Tural Şirinov ümummilli lider
Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş respublika şahmat turnirində iştirak ediblər və turnirdə
qalib gəldikləri üçün "Təhsil" Respublika İdman Mərkəzinin xüsusi diplomuna layiq görülüblər.
Azərbaycan 20 ilə yaxındır ki, müharibə şəraitində yaşayır. Bu reallıq məktəbli gənclər arasında vətənpərvərlik
tərbiyəsinin daha da gücləndirilməsini tələb edir. Hazırda Ağdaş rayonunun 41 orta ümumtəhsil məktəbində 41 nəfər hərbi
rəhbər gənclərin çağırışaqədərki hazırlığı ilə məşğul olur. 59 əsas və orta məktəbin V-XI siniflərində 9727 nəfər şagirdin
fiziki tərbiyəsi ilə 111 nəfər, o cümlədən 33 nəfər ali təhsilli fiziki tərbiyə müəllimi məşğul olur. Tədris ili ərzində
məktəbdaxili və məktəblərarası idman yarışlarına xüsusi diqqət yetirilib. 2010-cu ilin yanvar ayında 1997-ci ildə anadan
olmuş gənclər arasında Karate-do üzrə rayon birinciliyi keçirilib, Nizami adına orta məktəbin şagirdi Fərid Xəlilov I yerə
və Qaradağlı kənd əsas məktəbin şagirdi Hüseyn Qurbanlı II yerə çıxıb.
"Cəsurlar" hərbi idman oyununun rayon birinciliyində Dəhnəxəlil kənd orta məktəbin komandası I yerə, S.Vurğun adına orta
məktəbin komandası isə II yerə çıxıb. Respublika zona yarışlarında iştirak edən Dəhnəxəlil kənd orta məktəbinin komandası
12 rayon arasında IV yeri tutub. Bundan başqa, "Şahin" hərbi idman oyunu üzrə rayonlararsı zona yarışında Ağdaş komandası
uğurlu nəticələr göstərib. Məktəblərdə şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində görülən tədbirlərin nəticəsidir
ki, şagirdlər arasında bu sahəyə meyil artıb. 2010-cu ildə respublika ali hərbi məktəbləriinə 7 nəfər, C.Naxçıvanski adına
hərbi liseyə 4 nəfər şagird qəbul olunub.
Ötən tədris ilində Ağdaş rayon Təhsil Şöbəsi təhsil sistemində idarəetmənin demokratikləşdirilməsi, rəhbərlik və nəzarət
sisteminin təkmilləşdirilməsi, yerlərdə icra intizamın, vəzifə məsuliyyətinin yüksəldilməsi istiqamətində bir sıra əməli,
təşkilati tədbirlər həyata keçirib. Təhsil sahəsində İslahat Proqramı və Təhsil Nazirliyinin əmr və təlimati məktublarının
icrası ilə yanaşı, 6-16 yaşlı şagirdlərin hamılıqla icbari orta təhsilə cəlb edilməsi sahəsində ardıcıl iş aparılıb.
2010-2011-ci tədris ilində I siniflərə 1358 nəfərr cəlb olunmuşdur. 2008-2009-cu dərs ilində IX sinfi bitirən 1836 nəfərdən
2009-2010-cu dərs ilində 968 nəfəri X sinfə, 151 nəfəri müxtəlif peşə məktəblərinə, 189 nəfəri orta ixtisas məktəblərinə,
155 nəfəri müxtəlif kurslara cəlb olunub.
2009-2010-cu dərs ilinin yekunları ilə əlaqədar XI sinif şagirdləri ilə yanaşı, ilk dəfə olaraq IX sinif şagirdləri də
mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı veriblər. Buraxılış sinif şagirdlərinin imtahanlara hazırlaşması və
imtahanların yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə rayon Təhsil Şöbəsi tərəfindən bir sıra tədbirlər həyata
keçirilib. Bu məqsədlə 59 məktəbin müəllim, şagird və valideynləri ilə görüşlər keçirilib, buraxılış imtahanlarının
mərkəzləşdirilmiş qaydada aparılması üçün maarifləndirmə işi aparılıb. Bundan əlavə, rayon Təhsil Şöbəsi məktəblərə
verilmiş test sualları əsasında tədris ili ərzində 4 dəfə sınaq imtahanları keçirib. 11-12 iyun 2010-cu ildə Təhsil
nazirliyi tərəfindən rayonda təşkil edilmiş üç mərkəzdə XI və IX sinif şagirdlərinin buraxılış imtahanları keçirilib.
Görülən tədbirlər nəticəsində builki nailiyyətlər keçən ilkindən daha yaxşı olub. XI siniflər üzrə imtahanlara 932 nəfər
şagird buraxılıb, onlardan 898 nəfəri imtahanda iştirak edib. 34 nəfər imtahana gəlməyib. İmtahanın nəticəsinə görə 108
nəfər "2" qiymət alıb, 790 nəfər (87,9 faiz) şagird buraxılış imtahanlarını müvəffəqiyyətlə verdiyi üçün tam orta təhsil
haqqında attestat alıb.
Rayonun S.Vurğun, M.İsayev adına şəhər, Texniki, Təbiət və Humanitar fənlər təmayüllü gimnaziyanın, Ləki qəsəbə, Kükəl,
Qolqəti, Ərəbocaq, Kotavan, Ağcayazı kənd orta məktəb şagirdlərinin əldə etdikləri nəticələr ən yüksək olmaqla 100 faiz
təşkil edib. Bir sıra məktəblərdə isə nəticələr zəif olub. Pirkəkə, Yuxarı Ləki, Qaradeyin, Qoşaqovaq, Pirəzə, Güvəkənd,
Orta kənd orta məktəblərində şagirdlərin 27-40 faizi imtahanlardan müvəffəq qiymət ala bilməyiblər.
Ağdaş rayon məzunları son dərəcə şəffaf keçirilən test imtahanlarında fəal iştirak edərək keyfiyyət baxımından yüksək
nəticələrə nail olublar. Ötən tədris ilində rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin XI sinfini 790 nəfər məzun
bitirib. Onlardan 470 nəfəri ali məktəblərə qəbul olunmaq üçün rayon Təhsil Şöbəsinin nəzdində yaradılmış Sənəd Qəbulu
Komissiyasında öz ərizələrini təsdiq etdirib. 470 nəfər abituriyentdən 201 nəfəri uğurlu nəticə əldə edərək tələbə adını
qazanıb. 271 nəfər məzun isə respublikanın müxtəlif orta ixtisas məktəblərinə qəbul olunub. Beləliklə rayon üzrə 790 nəfər
məzundan 478 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olunub.
Ümumtəhsil məktəblərinin 29 nəfər məzunu 500-dən yuxarı bal toplayıb, onlardan 9 nəfəri 600-700 bal intervalında yüksək
nəticə göstərə bilib. Ərizə verənlərin ali məktəblərə qəbul olma faizi 2006-cı ildə 25, 2007-ci ildə 25,9, 2008-ci ildə
32,4, 2009-cu ildə 36,5 faiz olduğu halda 2010-cu ildə bu rəqəm 42,7 faiz təşkil edib. Və bu da Ağdaş təhsili üçün son
illərdə ən uğurlu nəticə sayıla bilər. S.Vurğun adına şəhər orta məktəbin məzunu Novruzlu Rufanə Nizaməddin qızı 660 balla
Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakultəsinə qəbul olunub. Bu rayonun ümumtəhsil məktəbi məzunları arasında
rekord göstəricidir.
Nizami adına şəhər orta məktəbin məzunu Çələbiyev Hümmət İlqar oğlu 607 balla Azərbaycan Dövlət İqtisad Universitetinin
"Dünya iqtisadiyyatı", S.Vurğun adına şəhər orta məktəbin məzunu İsmətli Səbrin Səbuhi qızı 607 balla Azərbaycan Tibb
Universitetinin "Müalicə işi", 3 saylı şəhər orta məktəbin məzunu Məmmədov Sübhan Lətif oğlu 601 balla Azərbaycan Dövlət
İqtisad Universitetinin "Mühasibat uçotu və audit" fakültəsinə qəbul olunub.
2010-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanı zamanı ən yüksək nəticəni M.Şeyxzadə adına internat tipli Texniki,
Təbiət və Humanitar fənlər təmayüllü gimnaziya, S.Vurğun adına, M.İsayev adına, Nizami adına, 3 saylı şəhər, Pirkəkə,
Qəsil, Aralbir, Cüvə, Qoşaqovaq və Cücük kənd orta məktəbin məzunları xüsusilə fərqləniblər.
Tərlan Nəsirli "Mövqe" 10.12.2011
|
| |
Ağdaş rayonunda təhsilin inkişafına xüsusi diqqət var.
|
Ağdaş rayonunda son illərdəki sosial-iqtisadi uğurları sosial həyatın digər əhəmiyyətli sahələrində də mühüm nəticələrin
əldə olunmasını şərtləndirir. Bunu konkret olaraq rayonun son illərdə təhsil sahəsində əldə etdiyi uğurlar fonunda aydın
görmək olar. Rayonda təhsil infrastrukturunun müasirləşdirilməsi, yeni məktəblərin tikintisi, habelə bu sahədə maddi-texniki
bazasının yeniləşdirilməsi tədbirləri daim xüsusi diqqət mərkəzində saxlanılır.
Rayonda 68 ümumtəhsil məktəbi, o cümlədən 41 orta, 18 ümumi orta, 9 ibtidai məktəb, 30 məktəbəqədər 3 məktəbdənkənar
tərbiyə müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərdə 14977 nəfər şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 2155
nəfər müəllim məşğul olur. 30 məktəbəqədər tərbiyə müəssisəsində 67 qrup fəaliyyət göstərir. Bu qruplarda 1233 nəfər
uşağın tərbiyəsi ilə 198 nəfər tərbiyəçi müəllim məşğul olur. 3 məktəbdənkənar tərbiyə müəssisəsində isə 1693 nəfər
məktəblinin asudə vaxtı səmərəli təşkil olunur.
Ötən dərs ilində I-XI siniflər üçün 110 adda, 56536 manatlıq dərslik və müəllimlər üçün metodik ədəbiyyat gətirilərək
paylanılıb. Hər il olduğu kimi bu il də yeni məktəblərin tikintisi, təhsil müəssisələrinin yeni dərs ilinə hazırlanması
diqqət mərkəzində olub. Cari dərs ilində isə Gürcuva kənd ümumi orta məktəbi üçün 180 yerlik yeni məktəb binası tikilib
istifadəyə verilib. Habelə mövcud məktəblərin yeni dərs ilinə hazırlanması məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Tədris müəssisələrində xeyriyyəçi iş adamlarının, bələdiyyələrin köməkliyi və daxili imkanlar hesabına 150 min manatlıq
cari təmir işləri aparılıb. Bundan başqa, yerli büdcədən ayrılan 64 min manat vəsait hesabına Tofiqi, Aralbir kənd tam orta,
Qülbəndə kənd ümumi orta və Əmirmahmud kənd ibtidai məktəblərində əsaslı təmir işləri aparılıb. Beləliklə, bu il
məktəblərin təmirinə 214 min manatdan artıq vəsait sərf olunub.
Ağdaş Rayon Təhsil şöbəsinin müdiri Lütvü Paşayevin sözlərinə görə, 2011-ci ildə Təhsil Nazirliyi Nizami adına şəhər,
Ərəbocaq, Şəkili, Qəribli, Xosrov kənd tam orta məktəblərində və 9 saylı körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri
aparılıb. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də diqqətəlayiq işlər görülüb. Bu məqsədlə
69400 manat məbləğində 500 ədəd parta, 30 ədəd lövhə, 70 ədəd müəllim stulu, 120 ədəd stul gətirilərək ən çox ehtiyacı olan
məktəblərə paylanılıb.
Lütvü Paşayev bildirir ki, Ağdaşda məktəbəqədər körpə uşaqların qayğı və problemləri də diqqət mərkəzində saxlanılır.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu
il 5 sentyabr tarixli fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti "Məktəbəqədər
təhsilin dövlət standartı və proqramı" barədə qərar qəbul edib. Azərbaycan Respublikası Təhsil Nazirliyi "Məktəbəqədər
təhsilin dövlət standartı və proqramı"ndan irəli gələn tələblərin həyata keçirilməsini təmin etmək barədə 5 avqust 2010-cu
il tarixli əmr imzalayıb. Təsdiq olunmuş Dövlət Proqramı məktəbəqədər təhsilin məzmununu, onun idarə olunmasını,
məktəbəqədər təhsilin maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini,
təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini, 5 yaşlı uşaqların məktəbə hazırlanmasını zəruri edən dövlət
standartlarını əhatə edir.
Qəbul olunmuş proqramın icrasını təmin etmək və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək
məqsədilə rayonunun uşaq bağçalarına 29584 manat dəyərində əyani vəsait və tərbiyəçi müəllimlər üçün metodiki ədəbiyyatlar
göndərilib. "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı"nın təsdiq edilməsi məktəbəqədər tərbiyə müəssisəsi
rəhbərlərinin və tərbiyəçi müəllimlərin məsuliyyətini artırıb. Tərbiyəçi müəllimlər bütün uşaqların, xüsusilə, məktəbə
hazırlıq qrupunda tərbiyə olunan 5 yaşlıların təhsilinə, onların istedad və qabiliyyətlərinin aşkar olunmasına, inkişaf
etdirilməsinə xüsusi diqqət yetirirlər. Təhsil Şöbəsi Dövlət Proqramının icrasını təmin etmək məqsədilə xüsusi tədbirlər
planı təsdiq edib və bu istiqamətdə nəzərdə tutulan tədbirlərin icrasını həyata keçirir.
Azərbaycan prezidentinin 2008-ci il 10 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" təhsil ocaqlarında informasiya
kommunikasiya infrastrukturunun qurulmasına yönəlib. Ağdaş Rayon Təhsil şöbəsinin müdiri Lütvü Paşayev bildirir ki, Dövlət
Proqramının əsas məqsədi İnformasiya Kommunikasiya Texnologiyalarının səmərəli tətbiqi və istifadəsidir: "Bunsuz
keyfiyyətli təhsil almaq imkanı təmin edilə bilməz. Biz müəllimlər müasir dünyada tələb olunan biliklərə və bacarıqlara
malik vətəndaşlar yetişdirmək üçün informasiyalaşdırılmış cəmiyyətə uyğun keyfiyyətlərə yiyələnməliyik. Dövlət Proqramında
nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, o cümlədən təhsil müəssisələrinin kompyuter avadanlığı ilə təmin edilməsi
və yüksək sürətli internet əlaqəsinin təmin olunması bu imkanı daha da genişləndirəcək, təhsilin keyfiyyətinin yüksəlməsinə
kömək göstərəcəkdir. Nəzərinizə çatdırım ki, rayonun ümumtəhsil məktəblərində 406 ədəd kompyuter avadanlığı quraşdırılıb,
18 məktəb noutbuk və proyektorla təmin edilib. Yeni dərs ilindən rayonun 15 ümumtəhsil məktəbində internetə çıxış xətləri
çəkilib və 2011-ci ilin yanvar ayından internetə qoşulması təmin edilib.
Lütvü Paşayevin sözlərinə görə, ölkədə bütün ümumtəhsil məktəblərinin 1-ci siniflərindən başlayaraq kurikulum islahatı
tətbiq olunur. Tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük ümumi təhsilin müasir məzmununun didaktik əsasını təşkil
edir və "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)" çərçivə sənədi həmin prinsiplərin
üzərində qurulub. Bu sənədin qəbulundan keçən dövr ərzində onun müntəzəm olaraq öyrənilməsi təşkil edilib. Bununla əlaqədar
Təhsil Nazirliyinin mütəxəssisləri Ağdaş rayonunun ibtidai sinif müəllimləri ilə müntəzəm olaraq kurs seminarlar təşkil
ediblər. Bu ilin iyul-avqust aylarında 94 nəfər I-III sinif müəllimi bu seminarlarda iştirak edib və Təhsil Nazirliyinin
sertifikatlarını alıb.
Kurikulumun tətbiqi ilə işləyən ibtidai siniflərdə dərslərin gedişi rayon təhsil şöbəsinin xüsusi nəzarətində saxlanılır.
Hər dərs ilində bir dəfə məktəblərin əksəriyyəti əhatə edilməklə bu siniflərdə monitorinqlər aparılır və nəticəsi rayon
Təhsil Şöbəsinin Təhsilyanı Şurasında müzakirə edilərək müvafiq qərarlar qəbul edilir. Həmin müzakirələrin nəticəsi olaraq
Nizami adına, M.Şeyxzadə adına Gimnaziya, M.İsayev adına şəhər və Dəhnəxəlil kənd orta məktəblərində "Kurikulum mərkəzləri"
yaradılıb. Bu mərkəzlərə əsasən qabaqcıl iş təcrübəsi yayılmış, bacarıqlı müəllimlər rəhbərlik edirlər. Kurikulum
mərkəzlərində tez-tez məsləhət saatları təşkil edilir, açıq və nümunəvi dərslər keçirilir, çətinlik çəkən və gənc
müəllimlərə metodik məsləhətlər verilir.
Təhsil Nazirliyi Kurikulum Konsepsiyasına uyğun olaraq müəllimlərin yeni təlim metodları və texnologiyalara yiyələnməsi
məqsədilə yerlərdə qısamüddətli kurs treninqlər təşkil edir. Rayon müəllimləri bu kurs treninqlərdə fəal iştirak etməklə
yenilikləri maraqla öyrənirlər. Hazırda rayon müəllimlərinin bir qrupu bu kurslarda fəal şəkildə iştirak edir. İndiyə kimi
1000 nəfərdən çox müəllim belə kursların iştirakçısı olub.
Ağdaş təhsil şöbəsinin müdiri Lütvü Paşayev deyir ki, rayonda da istedadlı uşaq və gənclərin aşkar edilməsi, onlara qayğı
göstərilməsi daimi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə
təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı
(2006-2010-cu illər)"nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər bu il də tədris ili ərzində davam etdirilib.
Yüksək bilik və bacarıq nümayiş etdirən şagirdlər qabiliyyətlərinə görə qruplaşdırılıb, istedadlı şagirdlər arasında seçim
aparılıb, ən istedadlı şagirdlərin adlı siyahısı Təhsil Nazirliyinə təqdim olunub. S.Vurğun adına orta məktəbin X sinif
şagirdi Mustafazadə Şəlalə Rəhman qızı və Maqsud Şeyxzadə adına Texniki, Təbiət və Humanitar fənlər təmayüllü gimnaziyanın
IX sinif şagirdi Tağıyev Əhmədiyyə Münasib oğlu kimya fənni üzrə istedadlıların respublika seçim turunda iştirak edərək ən
yüksək balla I yerə layiq görülüblər.
Lütvü Paşayev bu fikirdədir ki, hazırda qabiliyyət və istedadın milli sərvət hesab edildiyi bir vaxtda onun qorunması,
inkişaf etdirilməsi və xalqın xidmətinə verilməsi milli strateji məsələdir. Bu baxımdan məktəbin qarşısında duran mühüm
məsələlərdən biri hər bir şagirdin hərtərəfli inkişaf etdirilməsi və istedadlarının üzə çıxarılması üçün məktəbdə optimal
şəraitin yaradılmasıdır. Şagirdlərin istedad və qabiliyyətlərinin aşkar edilməsində hər il ənənəvi olaraq keçirilən fənn
olimpiadalarının və müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsinin böyük əhəmiyyəti vardır. Belə tədbirlərdən
biri fənn olimpiadalarının rayon və respublika turunun təşkili və keçirilməsindən ibarətdir.
Tərlan Nəsirli "Mövqe" 09.12.2011
|
| |
Ağdaş rayonu ili böyük uğurlarla başa vurur.
|
|
|
Regionların sosial-iqtisadi inkişafı tədbirlərinin məntiqi nəticəsi olaraq Ağdaş rayonu 2011-ci ilin ötən 9 ayında mühüm
nailiyyətlərə imza atıb. Hesabat dövründə rayonda abadlıq-quruculuq tədbirləri uğurla davam etdirilib, əhalinin kommunal
xidmətlərlə normal təmini sahəsində məqsədyönlü işlər həyata keçirilib. Hesabat dövründə ümummilli lider Heydər Əliyevin
adını daşıyan muzey, istirahət parkı, prospekt və xiyaban tamamilə yenidən qurulub, parkın ərazisi genişləndirilib. 60 min
kubmetr torpaq daşınıb, əlavə olaraq 5 min ədəd ağac və gül kolları əkilib.
Parkda Azərbaycan bayrağı meydanı yaradılıb, iki müasir tipli fəvvarə quraşdırılıb. Ağdaş şəhərinin 25 küçəsinə və 10
dalana ümumu uzunluğu 11 poqon kilometr olan asfalt vurulub. Ağdaş-Ləki yolunun asfaltlaşdırılması başa çatdırılıb.
2010-cu ilin fevral ayının 12-də prezident İlham Əliyevin Ağdaşa səfəri zamanı təməlini qoyduğu 100 çarpayılıq Mərkəzi
Rayon Xəstəxanasının tikintisi də hesabat dövründə daim diqqət mərkəzində saxlanılıb. Bu ilin oktyabrında ölkə başçısının
Ağdaşa səfəri zamanı xəstəxananın rəsmi açılış mərasimi keçirilib. Yüz çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi
sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır.
Müasirliyi ilə seçilən poliklinika şöbəsi ən müasir avadanlıqla təchiz olunmuşdur. Burada operativ və yüksək səviyyədə
tibbi xidmət üçün hərtərəfli şərait yaradılıb. Hemodializ avadanlığı ən son elmi-texniki yeniliklərə əsaslanır. Burada 8
xəstənin eyni zamanda qəbulu mümkündür. Hemodializ prosedurunun yerinə yetirilməsi zamanı xəstələr televizorda verilişlərə
baxa, onlar üçün yaradılan hərtərəfli şəraitdən istifadə edə bilərlər. Ultrasəs müayinə cihazları da dünyanın ən inkişaf
etmiş ölkələrində istifadə edilən tibbi avadanlıqlardandır. Həkim otaqlarında da tibbi xidmətin yüksək səviyyədə aparılması
üçün hərtərəfli imkanlar yaradılıb.
Diaqnostika şöbəsində yaradılmış hərtərəfli şərait müalicə və müayinə işinin yüksək səviyyədə təşkilinə imkan verir.
Diqqəti cəlb edən məqamlardan biri buradakı bütün müasir avadanlığın yerli mütəxəssislər tərəfindən quraşdırılmasıdır.
Xəstəxananın əməliyyat blokunda bütün əməliyyatlar xüsusi paneldən Azərbaycan dilində idarə edilir. Xəstəxananın reanimasiya
şöbəsində isə eyni vaxtda 7 xəstə yerləşdirilə bilər.
Tibb ocağının stasionarında eyni vaxtda 100 xəstəyə xidmət göstərilə bilər. Təcili tibbi yardım şöbəsi də hər cür
avadanlıqla təmin edilib. Burada xəstələrə operativ qaydada yardım göstərilməsi üçün zəruri şərait yaradılıb. Xəstəxananın
müasirliyi ilə seçilən akt zalı da var.
Hesabat dövründə rayonda digər sosial obyektlərdən - Aşağı Nemətabad kənd orta məktəbi əsaslı təmir edilib. Qəribli,
Ovculu, Abad və Şordəhnə kəndlərində yeni məktəb binalarının, Ərəbocaq və Qolqəti kəndində həkim məntəqəsinin tikintisinə,
habelə Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli orta məktəbin və 11 nömrəli uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Ağdaş
şəhər S.Vurğun adına 1 nömrəli orta məktəbin əsaslı təmiri hazırda başa çatdırılıb və məktəb kollektivinin istifadəsinə
verilmək üzrədir.
Rayon əhalisinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təminatını yaxşılaşdırmaq məqsədilə hesabat dövründə təmir
işləri davam etdirilib, 34.2 km uzunluğunda elektrik xətti əsaslı və cari təmir olunub. Rayonun Kükəl kəndi ərazisində
220-/110 kv-luq 2x125 meqavatt gücündə Ağdaş regional elektrik yarımstansiyasının tikintisi davam edib. Ağdaş şəhərinin
küçələrində, Ləki qəsəbəsində və rayonun 6 kəndində müxtəlif ölçülü 26 min 330 poqon metr uzunluğunda qaz xətləri yenisi
ilə əvəz olunub. Rayonun Aşağı və Orta Ləki kəndlərinə 280 mm-lik plastik boru vasitəsilə 1300 poqonmetr uzunluğunda
daşıyıcı boru xətti, Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz yanacağının verilməsi üçün müxtəlif ölçülü 6740 poqonmetr
uzunluğunda boru xətti çəkilib. Əmirmahmud-Tofiq-Qarağan-Saat kəndlərinə qaz verilməsi üçün 200 mm-lik plastik boru
vasitəsilə 7025 poqonmetr uzunluğunda daşıyıcı xətt çəkilib. Ağdaş Qaz İstismar İdarəsi üçün yeni inzibati bina tikilərək
istifadəyə verilib.
Ötən dövrdə rayonda sənaye sahələrinin inkişafı sahəsində də lazımi tədbirlər görülüb. Yerli xammaldan istifadə edən
qum-çınqıl karxanalarında, Kükəl kərpic istehsalı müəssisəsində istehsal prosesləri davam etdirilib. "Orelay" şirniyyat
istehsalı müəssisəsinin yeni istehsal sexində tikinti-quraşdırma işləri aparılıb. Altı ay ərzində rayonda keçən ilin eyni
dövründəkindən 22,3 faiz çox sənaye məhsulu istehsal olunub. Rayonda sahibkarlara 5 milyon 835 min manat həcmində kredit
verilib. Hazırda sahibkarlar tərəfindən Ağdaş şəhərində 2 çoxmərtəbəli yaşayış binasının, rayonun digər yaşayış
məntəqələrində bir istirahət mərkəzinin və çoxlu sayda xidmət obyektlərinin tikintisi davam edir.
Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı da hesabat dövründə diqqət mərkəzində saxlanılıb.
Rayonda əkilmiş 16222 hektar taxıl sahəsindən 38965,3 ton taxıl istehsal olunub. Hesabat dövründə 4368 hektar tərəvəz
sahəsinə aqrotexniki qulluq göstərilib, 65700 ton tərəvəz istehsal olunub. İlin əvvəlindən 1307 hektar dən qarğıdalı
sahəsindən 8476.5 ton qarğıdalı, 1183 hektar kartof sahəsindən 17291.2 ton kartof, 1523 hektar bostan sahəsindən 22403.5
ton bostan məhsulları götürülüb. Bitkiçilik məhsulları istehsalının artırılması üçün aqrar sektorda çalışanlara güzəştli
qiymətlərlə 606.8 ton gübrə satılıb. Rayonda mal-qara arasında süni mayalandırma işinin təşkili və onun genişləndirilməsi
sahəsində ardıcıl tədbirlər görülür.
Ötən 9 ay ərzində 1483 baş heyvan süni yolla mayalanmış və nəticədə 894 baş bala alınıb. Qara yara xəstəliyinə qarşı iri
və xırda buynuzlu mal-qarada peyvəndlənmə aparılıb. Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satışı
yarmarkalarına 167 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilib. Rayonun Ərəbocaq kəndində 1200 başlıq müasir
tipli heyvandarlıq kompleksinin və 80 başlıq at yetişdirmə məntəqəsinin tikintisi davam edir.
Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il
tarixli sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən məhsul istehsalçılarına yardımların verilməsi
sahəsində ardıcıl iş aparılıb.
Hesabat dövrü ərzində həyata keçirilmiş tədbirlər nəticəsində rayonda keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul
istehsalı 20.3 faiz və ya 29 milyon 452 min manat artaraq 174 milyon 374 min manat, sənaye məhsulu istehsalı 9.7 faiz və ya
427 min manat artaraq 4 milyon 824 min manat, kənd təsərrüfatı məhsulu istehsalı 21.9 faiz və ya 19 milyon 408 min manat
artaraq 107 milyon 919 min manat, tikinti-quraşdırma işlərinin həcmi 20.6 faiz və ya 4 milyon 978 min artaraq 29 milyon 559
min manata çatdırılıb.
2011-ci ilin doqquz ayında rayon üzrə bütün maliyyə mənbələri hesabına əsas kapitala 30 milyon 224 min manat həcmində,
keçən ilin eyni dövrünə nisbətən 18.6 faiz çox investisiya qoyulub. Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət
nəticəsində büdcə gəlirləri artıb, bu da rayon büdcəsindən maliyyələşən tədbirlərin maliyyələşdirilməsinə yönəldilmiş
vəsaitin çoxalmasına səbəb olub.
2011-ci ilin doqquz ayı üçün rayon büdcəsi 12 milyon 686 min manat və ya keçən ilin eyni dövründəkindən 2 milyon 37 min
manat, yaxud 19.1 faiz çox təsdiq edilib. Həmin dövrdə rayon büdcəsinin xərcləri 11 milyon 590 min manat və ya keçən ilin
eyni dövrü ilə müqayisədə 1 milyon 791 min manat və ya 18.3 faiz çox icra edilib. Bu dövrdə təhsil xərclərinə 6 milyon 595
min manat, keçən ilin eyni dövründəkindən 734 min manat çox, səhiyyə xərclərinə 2 milyon 303 min manat, 346 min manat çox,
mədəniyyət xərclərinə 768 min manat, 196 min manat çox, mənzil-kommunal xərclərinə 1 milyon 19 min manat, 589 min manat çox
vəsait xərclənib.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 17 may 2011-ci il tarixli fərmanına əsasən, 2006-cı ilin yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək
pensiyaları, pensiya təyin edilən tarixə iş stajının hər ili üçün 1.94 manat sığorta hissəsi əlavə edilməklə 01 iyul
2011-ci il tarixdən yenidən hesablanıb. Bu zaman rayon üzrə mövcud olan 13057 nəfər pensiyaçının 12748 nəfərinin pensiyası
yenidən hesablanıb. Rayon üzrə ümumi pensiyanın orta aylıq artımı 420 min manat təşkil edib.
Tərlan Nəsirli "Mövqe" 07.12.2011
|
| |
Ağdaşda sosial-mədəni infrastruktur layihələri uğurla reallaşdırılır.
|
|
|
Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər Ağdaş
rayonunun son illərdəki uğurlarını şərtləndirən mühüm uğurlar sırasındadır. 2011-ci ildə rayonda əkilmiş 15609 hektar taxıl
sahəsinin 11552 hektarında biçin aparılıb, həmin sahədən 28177 ton taxıl istehsal olunub. Hesabat dövründə 4225 hektar
tərəvəz sahələrinə aqrotexniki qulluq davam etdirilib, 1302 hektar dən qarğıdalı, 1161 hektar kartof, 1470 hektar bostan,
6121 hektar yonca əkilib.
Bitkiçilik məhsulları istehsalının artırılması üçün aqrar sektorda çalışanlara güzəştli qiymətlərlə 606,8 ton gübrə satılıb.
Rayonda mal-qara arasında süni mayalandırma işinin təşkili və onun genişləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür.
Ötən dövrdə 1072 baş heyvan süni yolla mayalanıb və heyvanlardan 622 baş bala alınıb.
Dövlət Proqramı əsasında rayonda tikinti materiallarına yararlı xammal yataqlarının axtarışı və kəşfiyyat işlərinin
aparılması tədbiri üzrə olan tikinti materiallarının yataqları müəyyənləşdirilib. Hazırda rayonda sənaye ehtiyatı 1500 min
kubmetr olan Kükəl gil yatağı, sənaye ehtiyatı 2197 min kubmetr olan Xaldan gil yatağı, sənaye ehtiyatı 10957 min kubmetr
olan Türyançay qum-çınqıl yatağı mövcuddur. Dövlət Proqramında rayon ərazisində yerli əhəmiyyətli avtomobil yollarının
əsaslı təmiri, tikintisi və Yuxarı Şirvan kanalı üstündəki körpülərin yenidən qurulması tədbirinin icrası 2010-2013-cü
illərdə nəzərdə tutulub. Hazırda həmin tədbir üzrə Ağdaş-Ləki magistral avtomobil yolunun əsaslı təmirinə başlanılıb.
Dövlət Proqramında Ağdaş şəhərinin küçələrinin əsaslı təmiri, asfaltlaşdırılması və işıqlanma sisteminin yenidən qurulması
tədbiri üzrə Ağdaş şəhərinin 23 küçəsi və 10 dalanı asfaltlaşdırılıb. Hazırda digər küçələrin asfaltlaşdırılması üzrə
tədbirlər davam etdirilir. Proqrama əsasən, rayonun elektrik şəbəkələrinin yenidən qurulması və yeni yarımstansiyanın
inşası tədbirinin icrası 2010-2013-cü illərdə nəzərdə tutulub. Həmin tədbir üzrə rayonun Kükəl kəndi ərazisində 220/110
kv-luq 2x125 MVA gücündə Ağdaş regional elektrik yarımstansiyasının tikintisinə 2010-cu ildə başlanılıb və hazırda tikinti
işləri davam edir.
Dövlət Proqramında şəhərin təhsil və səhiyyə müəssisələrinin qazanxanalarının modernləşdirilməsi, yeni qazanxananın
tikintisi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası tədbirinin icrası 2009-2011-cü illərdə nəzərdə tutulub.
Ötən dövr ərzində bu tədbir üzrə iş görülmədiyi üçün tədbirin Dövlət Proqramı üzrə əsas icraçısı "Azəristiliktəchizat" ASC
qarşısında məsələ qaldırılıb. "Azəristiliktəchizat" ASC-nin 06 iyun 2011-ci il tarixli məktubu ilə bildirilib ki, istilik
təchizatı sistemlərinin bərpası ilə bağlı tədbirlərin konkret istiqamətləri hər il üçün Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi proqramlara əsasən müəyyən edilir. Ağdaş rayonunda nəzərdə tutulmuş tədbirlərin investisiya
proqramı layihəsinə daxil edilməsi məsələsinə növbəti illərdə baxılması nəzərdə tutulur.
Proqram əsasında Ağdaş şəhərinin yeni salınmış yaşayış massivlərinin və rayonun digər yaşayış məntəqələrinin qazla
təminatının bərpası və yaxşılaşdırılması tədbirləri də uğurla həyata keçirilib. 2009-cu ildə rayonun Dəhnəxəlil, İkinci Aral,
Yeniarx, Binələr, Dovutlu, Cardam və Xosrov kəndlərinə, 2010-cu ildə Qəribli kəndinə təbii qaz yanacağı verilib. 2011-ci
ilin əvvəlindən Ağdaş şəhərinin küçələrində, Ləki qəsəbəsində və rayonun 6 kəndində müxtəlif ölçülü 10100 poqonmetr
uzunluğunda qaz xətləri yenisi ilə əvəz olunub. Rayonun Aşağı və Orta Ləki kəndlərinə 280 mm-lik plastik boru vasitəsilə
1300 poqonmetr uzunluğunda daşıyıcı boru xətti, Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz yanacağının verilməsi üçün 57
mm-lik 700 poqon metr, 76 mm-lik 400 poqon metr boru xətti çəkilib və hazırda son tamamlanma işləri görülür. Əmirmahmud-
Tofiq-Qarağan-Saat kəndlərinə qaz verilməsi üçün 200 mm-lik plastik boru vasitəsilə 2400 poqonmetr uzunluğunda daşıyıcı xətt
çəkilib. Ağdaş Qaz İstismar İdarəsi üçün yeni inzibati binanın tikintisi də başa çatdırılıb.
Dövlət Proqramında rayonun mərkəzi və kənd ATS-lərinin müasir texnologiya əsasında rekonstruksiyası tədbirinə uyğun olaraq
rayonda mərkəzi Avtomat Telefon Stansiyası (ATS) 4192 nömrəlik elektron ATS-lə (EATS-lə) və 13 kənd ATS-i elektron ATS-lə
əvəz edilib.
Dövlət Proqramına əsasən, Ağdaş şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin həyata
keçirilməsi tədbirlərinə başlanılıb. Ötən dövr ərzində həmin layihə çərçivəsində suqəbuledici qurğu, nasos stansiyası, su
anbarları və xlorator qurğusunun tikintisi, şəbəkəyədək olan magistral boru xətlərinin dəyişdirilməsi, eləcə də su kanal
idarəsi üçün yeni inzibati binanın və istehsal bazasının tikintisi başa çatıb. Layihənin ikinci mərhələsi üzrə su qəbuledici
qurğuların tikintisinin tam başa çatdırılması, su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri
görülməlidir. Layihə Asiya İnkişaf Bankının krediti hesabına həyata keçirilir.
Dövlət Proqramında (maddə 4.3.2.81) rayonda kollektor-drenaj şəbəkəsinin tikintisi tədbirinin icrası 2010-2012-ci illərdə
nəzərdə tutulmuşdur. Dövlət Proqramı üzrə tədbirin əsas icraçısı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Ötən dövr
ərzində bu tədbir üzrə heç bir əsaslı iş görülməmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 12 iyun 2009-cu il
tarixli 11/10-294 nömrəli məktubu ilə bildirilmişdir ki, maliyyə vəsaitinin ayrılması ilə əlaqədar təkliflər respublikanın
aidiyyəti təşkilatlarına təqdim olunmuşdur.
Dövlət Proqramında rayonun səhiyyə müəssisələrinin təmiri, tikintisi və avadanlıqlarla təchiz edilməsi tədbirinin icrası
2009-2011-ci illərdə nəzərdə tutulub. Dövlət Proqramı üzrə tədbirin əsas icraçısı Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyidir. Ötən dövrdə Ağdaş şəhərində 5.3 hektar torpaq sahəsində 100 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının tikintisi
uğurla başa çatdırılıb. Rayonun Ərəbocaq və Qolqəti kəndlərində həkim məntəqələrinin tikintisinə başlanılıb.
Dövlət Proqramında yeni mədəniyyət obyektlərinin tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası tədbirinin icrası
tədbirləri 2010-2013-cü illərdə nəzərdə tutulub. Tədbirin əsas icraçısı Mədəniyyət və Turizm Nazirliyidir. Bununla bağlı
Heydər Əliyev Fondu tərəfindən Ağdaş Musiqi məktəbi tikilib, lazımi inventar-avadanlıqlarla təchiz edilib və 2009-cu ildə
istifadəyə verilib. Mədəniyyət və Turizm Nazirliyinin 3 mart 2009-cu il tarixli məktubunda rayonda Tarix-diyarşünaslıq
Muzeyi və Rəsm Qalereyası üçün yeni binaların tikintisinin və XIX əsrə aid Qarabəy karvansarayının bərpasının 2012-2013-cü
illərdə nəzərdə tutulduğu bildirilib.
Dövlət Proqramında idman-sağlamlıq obyektlərinin tikintisi tədbiri üzrə Ağdaş Olimpiya İdman Kompleksinin tikintisi başa
çatıb və 2010-cu ildə ölkə başçısının iştirakı ilə istifadəyə verilib. Proqramda rayon məktəblərinin əsaslı təmiri, idman
zallarının, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikintisi tədbirinin icrası 2010-2013-cü illərdə nəzərdə
tutulub. Tədbir üzrə 360 şagirdlik Yuxarı Ləki kənd və 360 şagirdlik Qaradeyin kənd orta məktəb binaları 2009-cu ildə, 180
şagirdlik Gürcuva kənd məktəb binası isə 2010-cu ildə tikilib, istifadəyə verilib. 2011-ci ilin ikinci rübündə 180 şagirdlik
Qəribli, 180 şagirdlik Şordəhnə və 80 şagirdlik Ovculu kənd məktəblərinin tikintisinə, Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli
orta məktəbin və Aşağı Nemətabad kənd orta məktəbin əsaslı təmirinə başlanılıb. Ağdaş şəhər 11 nömrəli uşaq bağçasının
əsaslı təmirinə başlanılması üçün hazırlıq işləri görülür.
Hazırda rayonda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" üzrə
həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar işlər davam etdirilir. Əminliklə demək olar ki, proqram
çərçivəsində görülən işlər rayonun sosial-iqtisadi inkişafını sürətləndirəcək və mövcud problemlərin həllində mühüm rol
oynayacaqdır.
Tərlan Nəsirli "Mövqe" 06.12.2011
|
| |
Ağdaşda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir.
|
|
|
Ölkə rəhbərliyinin diqqət və qayğısı son illərdə Ağdaşda hələ sovetlər birliyi dövründən "miras qalmış" bəzi problemlərin həllinə geniş imkanlar açıb. Xüsusən də regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində həyata keçirilən kompleks tədbirlər Ağdaşı müasir və abad şəhərə çevirib. Sistemli şəkildə, yüksək zövqlə gerçəkləşdirilən abadlaşdırma, tikinti, quruculuq tədbirləri bütövlükdə rayonun görkəmini dəyişib. Görülən işlər uzun illər doğma rayonlarını abad və müasir görmək istəyən sadə ağdaşlıların da ürəyincədir.
2004-2008-ci illəri əhatə edən I regional inkişaf proqramı çərçivəsində rayonda əsaslı infrastruktur layihələri həyata keçirilib, vətəndaşları qayğılandıran problemlərin həlli istiqamətində əsaslı tədbirlər görülüb. Bu müddətdə bir sıra dövlət qurumları üçün ən müasir standartlara cavab verən inzibati obyektlərin inşası və yenidənqurulması istiqamətində də mühüm işlər görülüb. Dövlət Proqramı çərçivəsində Ağdaş Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasının əsaslı təmiri başa çatıb. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin yeni inzibatı binası və 9 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə yeni xidmət terminalı tikilərək istifadəyə verilib.
Ağdaş kənd təsərrüfatı rayonu olduğundan ötən illərdə bu sahədə də genişmiqyaslı tədbirlər həyata keçirilib. Rayonda kənd təsərrüfatı məhsulları istehsalının artımını təmin etmək üçün ardıcıl tədbirlər görülüb. 2008-ci ilin məhsulu üçün əkilmiş 13812 hektar payızlıq taxıl əkini sahələrinə aqrotexniki qulluq göstərilib, taxılın tez və itkisiz yığımı üçün mövcud olan kombaynlar biçinə hazır vəziyyətə gətirilib və həmin sahələrdən cəmi 43,3 min ton taxıl istehsal olunub.
Ümumiyyətlə, rayonda ötən dövr ərzində bitkiçilik məhsulları istehsalının inkişaf etdirilməsi sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 2003-cü ilə nisbətən 2008-ci ildə taxıl istehsalı 15964 ton artaraq 43347 ton, kartof istehsalı 3388 ton artaraq 9985 ton, tərəvəz istehsalı 15339 ton artaraq 54142 ton, bostan məhsulları istehsalı 5613 ton artaraq 21233 ton, meyvə və giləmeyvə 5067 ton artaraq 19150 ton, üzüm istehsalı 1727 ton artaraq, 2396 ton olub. Taxıl məhsulları istehsalının artırılması üçün rayonda 7 yeni toxumçuluq təsərrüfatı yaradılıb. Hazırda 2009-cu ilin məhsulu üçün 15528 hektar sahədə taxıl əkilib.
"Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq cəmi 15065 nəfər istehsalçıya 2170,3 min manat dövlət yardımının verilməsi təmin olunub. Fərmana uyğun olaraq 2008-ci ildə 649 hektar sahədə əkilmiş çəltik və 10256 hektar sahədə əkilmiş buğda üçün 2468 nəfər istehsalçıya 436.2 min manat həcmində dövlət yardımının verilməsi məqsədilə müvafiq sənədlər hazırlanaraq təqdim edilib. Bitkiçilik məhsulları istehsalının artırılması üçün aqrar sektorda çalışanlara güzəştli qiymətlərlə 529 ton gübrə satılıb.
Rayonda heyvandarlıq məhsulları istehsalının artırılması üçün əhalidə olan mal-qaraya baytarlıq xidmətlərinin göstərilməsi, vaksinləşmə işlərinin aparılması da 2004-2008-ci illərdə xüsusi diqqət mərkəzində saxlanılıb. 2003-cü ilə nisbətən 2008-ci ildə iri buynuzlu mal-qaranın sayı 17061 baş artaraq 72068 baş, xırda buynuzlu mal-qaranın sayı isə 17698 baş artaraq 87428 baş olub. Son beş ildə ət istehsalı (kəsilmiş çəkidə) 2226 ton, süd istehsalı 9807 ton, yun istehsalı 34,6 ton, yumurta istehsalı isə 4 milyon 88 min ədəd çoxalıb. Rayonda 7 yeni süni mayalandırma məntəqəsi yaradılıb.
2005-ci ildən rayonda şəkər çuğunduru istehsalına başlanılıb. Şirvan Kollektorlar İdarəsi və Ucar Meliorasiya İdarəsi ilə birlikdə rayonun Abad, Yuxarı Nemətabad, Xosrov, Binələr, Dovutlu, Qəribli, Yenicə və Kükəl kəndlərində mövcud kollektorların və şirə kanallarının lildən təmizlənməsi layihələşdirilib. Hesabat dövrü ərzində 50 min ədəd tut tingi, 35 min ədəddən çox şam ağacları əkilərək müxtəlif ərazilərdə yaşıllıq zolaqları salınıb.
Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 683 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilib. 2005-ci ildə "Aqrolizinq" ASC-nin əmri ilə rayonda "Aqrotexservis" yaradılıb. Hazırda həmin "Aqrotexservis"in 8 ədəd şum traktoru, 8 ədəd taxılbiçən kombaynı və 19 ədəd müxtəlif aqreqat və qurğusu vasitəsilə aqrar sektora xidmət göstərilir. Rayonda fiziki şəxslər tərəfindən 5 kiçik aqrotexservis yaradılıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda olan tikinti materiallarının yataqları müəyyənləşdirilib. Rayonda sənaye ehtiyatı 1500 min kub metr olan Kükəl gil yatağı, sənaye ehtiyatı 2197 min kubmetr olan Xaldan gil yatağı, sənaye ehtiyatı 10957 min kubmetr olan Türyançay qum-çınqıl yatağı mövcuddur.
Ötən dövr ərzində Kükəl Kərpic istehsalı zavodunda yeni texnologiya tətbiq olunaraq istehsal fəaliyyəti bərpa edilib, müasir avadanlıqlar quraşdırılıb, istehsal gücü artırılıb. İki yeni qum-çınqıl karxanası və iki yeni kərpic istehsal edən sahə yaradılıb. Plastik materiallardan qapı-pəncərə istehsal edən üç yeni müəssisə yaradılıb. Rayonda iki yeni nar şirəsi istehsalı sahəsi və "Ərəş" sərinləşdirici sular istehsalı müəssisəsi yaradılıb.
2004-cü ildə tikiş və trikotaj məhsulları istehsalı üçün yaradılmış müəssisəyə əlavə olaraq 2,5 min kvadratmetr istehsal sahəsi olan 3 mərtəbəli bina ayrılıb və həmin binada hazırda təmir və yenidənqurma işləri davam etdirilir. Rayonda sənayenin inkişafı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 2003-cü ilə nisbətən 2008-ci ildə sənaye məhsulu istehsalı 3,1 dəfə və ya 6011.0 min manat artıb.
Rayonda əhaliyə göstərilən bank xidmətlərinin yaxşılaşdırılması üçün ötən dövr ərzində "Azəriqazbank"ın, "Dəmiryolbank"ın filialları və "FİNCA" kredit təşkilatının mərkəzi yaradılıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2003-2008-ci illərdə rayonda 10907 iş yeri yaradılıb və onun da 3873-ü daimi iş yeridir. Yaradılmış daimi iş yerlərinin 3792-si yeni yaradılmış müəssisə, təşkilat və xidmət obyektlərinin, 81-i isə mövcud müəssisələrin payına düşür.
Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası da rayon rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Ötən dövr ərzində Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası nəzarətdə saxlanılıb, bu sahədə görülmüş işlər hər rüb geniş təhlil olunub. Dövlət Proqramı üzrə Ağdaş rayonunda 16 tədbirin icrası nəzərdə tutulub.
Həmin tədbirlərdən pambıqçılıq, taxılçılıq və heyvandarlığın inkişafının dəstəklənməsinin davam etdirilməsi üzrə ötən dövrdə rayonda aqrar sektorun inkişafı sahəsində müəyyən işlər görülüb. Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli, 32 saylı qərarı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"na və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"na uyğun olaraq 2009-cu ildə 8429 kənd təsərrüfatı istehsalçısına 1945741 manat, 2010-cu ildə 8134 kənd təsərrüfatı istehsalçısına 1815986 manat, 2011-ci ildə 7722 kənd təsərrüfatı istehsalçısına 1808253 manat yardım edilib.
Rayonun Ərəbocaq kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksinin və 80 başlıq at yetişdirmə məntəqəsinin tikintisinə başlanılıb. Rayonda "Aqrotexservis"ə yeni inzibati bina və baza tikilərək istifadəyə verilib, 8 ədəd SK-5 ME-1 kombaynı alınıb. Rayonda istehsal olunan meyvələrin emalı üçün hazırda meyvə qurusu istehsalı sahəsi yaradılır. Ötən dövr ərzində Sahibkarlığa Kömək Milli Fondu hesabına 47 sahibkara 662 min manat məbləğində kredit verilib. 2008-ci illə müqayisədə 2010-cu ildə ümumi məhsul buraxılışı 15 faiz artaraq 185436800 manat, kənd təsərrüfatı məhsullarının həcmi isə 12.7 faiz artaraq 97525000 manat təşkil edib.
Tərlan Nəsirli "Mövqe" 03.12.2011
|
| |
Regional inkişaf proqramları Ağdaşda yüksək dinamizmlə icra olunur
|
|
|
Son illər regionların sosial-iqtisadi inkişafı sahəsində reallaşdırılan kompleks tədbirlər sisteminin məntiqi nəticəsi olaraq,
Ağdaş rayonunun iqtisadiyyatında ciddi dönüş yaranıb, eyni zamanda, burada yeni dövrün tələbləri ilə səsləşən genişmiqyaslı
abadlıq-quruculuq, yenidənqurma işləri həyata keçirilib. Bütün bu cəhətlərinə görə, hazırda Ağdaş respublikanın digər inkişaf
etmiş şəhərlərindən qətiyyən geri qalmır.
2004-2008-ci illəri əhatə edən I regional inkişaf proqramı çərçivəsində rayonda kompleks tədbirlər həyata keçirilib. Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası müntəzəm olaraq nəzarətdə saxlanılıb və hər rüb üzrə geniş müzakirə olunub.
Bu müddətdə rayonda sosial abadlıq və yenidənqurma sahəsində tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb və
əhalinin kommunal xidmətlərlə normal təmin olunması, sosial-abadlıq sahəsində tədbirlərin həyata keçirilməsi sahəsində
məqsədyönlü işlər görülüb.
Həmin dövrdə Ağdaş şəhərinin küçələrinə 93700 kv.metr tamet döşənib, küçə və yollara 372.3 min kv.metr asfalt vurulub. 10,5
km uzunluğunda Ağdaş-Pirkəkə, Ləki-Pirəzə-Qaxay yolunun 2 km hissəsi, Orta Ləki kəndində kəndarası 3,2 min kvadratmetr yol,
Əmirarx-Güvəkənd-Ləki kəndlərarası 8.0 min kvadratmetr yol, habelə Ağdaş şəhərinin mərkəzi küçələri, Ləki qəsəbəsinin iki
mərkəzi küçəsi asfaltlaşdırılıb.
Ötən dövr ərzində Ağdaş şəhərinin Heydər Əliyev prospekti və əsas mərkəzi küçələri - M.Ə.Rəsulzadə, M.İsayev, Vaqif, 20
Yanvar, M.Ə.Rəsulzadə, Maşad və Cəfər Cabbarlı küçələri asfaltlaşdırılıb. Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə, M.İsayev,
Vaqif, 20 Yanvar küçələrinə 600 ədəd müasir elektrik dirəkləri basdırılaraq gecə işıqlanma sistemləri yeniləşdirilib.
Rayonun Kükəl və Ərəb kəndlərinin kəndarası 3 km, Yenicə kəndinin 8 km, Birinci Aral kəndinin 6,5 km, Qaradeyin kəndinin 6
km, Tofiqi kəndinin 5,5 km, Mürsəl kəndinin 7,4 km yolu, Eymur-Ərəbşəki-Ağcaqovaq kəndlərinin 5,0 km yolu, Şordəhnə kəndinin
kəndarası 5,4 km yolu çınqıl tökülərək əsaslı təmir olunub. Bələdiyyələr tərəfindən digər bütün kənd yaşayış məntəqələrinin
daxili yollarına 56,1 min kub metr çınqıl tökülüb.
Beynəlxalq "İpək yolu" layihəsinin tərkib hissəsi olan "Ucar-Yevlax yolunun Rekonstruksiya Layihəsi"ni həyata keçirən "Polat
Yol Yapı sanayi və Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialı rayonda yerləşdirilib. Hazırda Ucar-Yevlax
yolunun rayon ərazisindən keçən hissəsindən tikinti və yenidənqurma işləri davam edir.
Elektrik enerjisi və təbii qaz yanacağı ilə təminatı yaxşılaşdırmaq üçün ötən dövr ərzində yenidənqurma və təmir işləri
görülüb, qaz və elektrik sayğaclarının quraşdırılması işləri aparılıb. Rayonda 2005-ci ildə 2X16 MVA gücündə 110/35/10 KV-luq
"Ağdaş" elektrik yarımstansiyası tikilərək istifadəyə verilib. 7,4 km uzunluğunda yeni elektrik xətti çəkilməklə "Pirəzə" və
"Pirkəkə" 35/10 KV-luq yarımstansiyaları, həmçinin 3 km uzunluğunda yeni elektrik xətti çəkilməklə "Kükəl" və "Xosrov" 10 KV-
luq xətləri "Ağdaş" yarımstansiyasına qoşulub. 10 KV-luq "Kükəl" xəttinin 7,5 km uzunluğunda elektrik dirəkləri yenisi ilə
əvəz olunub. Ümumiyyətlə, bu dövrdə rayonda 54 yeni elektrik transformatoru qoyulub. Rayon üzrə 19006 ədəd elektrik sayğacı
quraşdırılıb və elektrik enerjisinin verilməsində olan fasilələr tamamilə aradan qaldırılıb.
Rayonda əhalinin normal təbii qaz yanacağı ilə təmin edilməsi üçün 2006-ci ildə 5,5 km uzunluğunda qaz xətti çəkilərək
"Şəmsabad" Qazpaylayıcı stansiya işə salınıb. Ağdaş şəhərində təbii qazla təminatı yaxşılaşdırmaq üçün 2,5 km uzunluğunda
dairəvi qaz xətti çəkilib, 1600 poqon-metr uzunluğunda qaz xətti yerüstünə çıxarılıb, 1400 poqon-metr uzunluğunda yeni qaz
xətti çəkilib.
2004-2008-ci illərdə rayonun Cücük, Qolqəti, Yuxarı Qəsil, Bulaqotağı, Qülbəndə, Gürcuva, Nehrəxəlil, Qarağan-Sədi,
Bulaqotağı, Qarağan-Şıxlar, Qəsil, Qumlax, Kotanarx, Şordəhnə, Ərəb, Birinci Aral, Şəmsabad, Aşağı Qəsil, Kükəl və Orta Ləki
kəndlərində qaz kəmərlərinin təmiri başa çatdırılıb. Həmin kəndlərdə yaşayan abonentlərin mənzillərinə qaz sayğacları
quraşdırılaraq, təbii qaz yanacağı verilib. Rayon üzrə 10026 ədəd qaz sayğacı quraşdırılıb.
Ağdaş şəhər M.Şeyxzadə, M.İsayev adına və 3 saylı məktəblərin, Ləki qəsəbə, Kükəl kənd məktəblərinin, Güvəkənd kənd orta
məktəbinin yeni tikilmiş korpusunun istilik sistemləri qurulub. Bundan başqa, prezident İlham Əliyevin tapşırığı əsasında
Ağdaş şəhərində şəhid ailələri və əlillər üçün tikilən 48 mənzilli yaşayış binası istifadəyə verilib.
Ağdaş şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanıb. 2008-ci ilin aprel
ayının 17-də rayonda Azərbaycan Respublikası Nazirlər Kabinetinin, "Azərsu" SC-nin və Asiya İnkişaf Bankının nümayəndələrinin
iştirakı ilə Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin təqdimetmə mərasimi keçirilib. Hazırda
layihə çərçivəsində 3 ədəd artezian quyusu qazılmış, idarə və anbar binalarının tikintisinə başlanılıb.
Rayonun Orta Ləki, Qoşaqovaq, Yuxarı Nemətabad kəndində modul tipli sutəmizləyici qurğu quraşdırılıb. Qəsil, Qəribli, Abad və
Xosrov kəndlərində artezian su quyuları qazılıb və su paylayıcı sistem tikilib. Əhaliyə göstərilən tibb xidmətinin
səviyyəsinin yüksəldilməsi üçün rayon Mərkəzi Xəstəxanasında, poliklinikada, Doğum evində təmir və abadlıq işləri aparılıb.
Rayonun Orta Ləki, Aşağı Ləki və Ərəb kəndlərində həkim ambulatoriyaları tikilib. Ağdaş şəhərində 100 çarpayılıq yeni
xəstəxana binasının və 9 kənddə sağlamlıq mərkəzlərinin tikintisi üçün müvafiq torpaq sahələri ayrılıb. 2008-ci ilin fevral
ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən rayon Mərkəzi Xəstəxanasına əvəzsiz olaraq 371,9 min manatlıq
35 adda müxtəlif tibb avadanlıqları verilib.
Dövlət Proqramına uyğun olaraq rayonda təhsilin inkişafına xüsusi diqqət yetirilib. Bu dövrdə 264 şagirdlik Kotavan kənd
orta məktəb binası, 200 şagirdlik irkəkə kənd orta məktəb binası, 200 şagirdlik Kükəl kənd orta məktəb binası tikilərək
istifadəyə verilib. Ağdaş şəhər 3 saylı orta məktəb üçün 200 yerlik 10 sinif otağı, Yuxarı Ləki kənd orta məktəbi üçün 100
yerlik 5 sinif otağı, Nehrəxəlil kənd əsas məktəbi üçün 100 yerlik 5 sinif otağı, Yenikənd kənd əsas məktəbi üçün 40 yerlik
2 sinif otağı, Güvəkənd kənd orta məktəbi üçün 160 yerlik 8 sinif otağı, Dəhnəxəlil kənd orta məktəbi üçün 160 yerlik 8
sinif otağı, Mürsəl kənd orta məktəbi üçün 120 yerlik 6 sinif otağı tikilib. Bundan başqa, Ağdaş şəhər M.Şeyxzadə adına
internat məktəbi, 3 saylı və M.İsayev adına orta məktəbləri, Ləki qəsəbə 6 saylı orta məktəbi əsaslı təmir olunub.
2008-ci ildə 320 şagirdlik Yuxarı Ləki kənd orta məktəb binasının və 320 şagirdlik Qaradeyin kənd orta məktəb binasının
tikintisinə başlanılıb və başa çatdırılıb. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Ağdaş
Olimpiya İdman Kompleksi, habelə Heydər Əliyev Fondunun vəsaiti hesabına musiqi məktəbi tikilərək istifadəyə verilib.
Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2006-cı ildə
əsaslı təmir olunmuş Ağdaş şəhər M.Şeyxzadə adına internat məktəbinin bazasında texniki, humanitar və təbiət fənləri
təmayüllü gimnaziya yaradılıb. 2004-2008-ci illərdə rayonun bütün məktəblərinə 387 ədəd kompyuter, 16 ədəd proyektor-
notebook avadanlığı və müxtəlif inventar-avadanlıq verilib.
Bundan başqa, rayonda telekommunikasiya sahəsinin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilib. Ağdaşın Orta Ləki,
Abad və Aşağı Zeynəddin kəndlərinin hər birində yeni 256 nömrəlik elektron ATS quraşdırılaraq istifadəyə verilib, Cardam
kəndində 100 nömrəlik yeni ATS quraşdırılıb. Hapıtlı kəndində 96 nömrəlik yeni elektron ATS-in tikinti-quraşdırma işləri
aparılıb. Ləki qəsəbə ATS-nin tutumu 200 nömrə, Kükəl, Qoşaqovaq və Dəhnəxəlil kəndlərindəki ATS-lərin hər birinin tutumu
50 nömrə artırılıb. Rayonun Orta Ləki kəndində və Ləki qəsəbəsində yeni poçt binaları tikilib və istifadəyə verilib. Ağdaş
şəhərində "Azercell-Ekspress" müştəri xidməti mərkəzi yaradılıb.
Tərlan Nəsirli "Mövqe" 02.12.2011
|
| |
Ağdaş müasir və abad rayona çevrilib |
|
|
İnkişafının keyfiyyətcə yeni mərhələsini yaşayan müstəqil Azərbaycanın regionlarında müşahidə olunan geniş miqyaslı quruculuq
və abadlıq tədbirləri bu gün Ağdaş rayonunun simasında özünü daha qabarıq göstərir. Böyük tikinti meydanını xatırladan,
müasir şəhərlərə xas arxitektura əsasında abadlaşdırılan rayonda aparılan təmir və yenidənqurma işləri ilk baxışdan diqqəti
cəlb edir. Son illər Ağdaşda görülən işlər kampaniyaçılıqdan, kosmetik dəyişikliklərdən tamamilə uzaq olub, rayonun uzun
illərdən bəri həllini gözləyən problem və qayğılarının kompleks həllinə hesablanıb.
Məlumat üçün bildirək ki, Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda və Kür çayının sol
sahilində yerləşir. Rayonun ərazisi Bərdə rayonu ilə 33 km, Oğuz rayonu ilə 6 km, Qəbələ rayonu ilə 10 km, Ucar rayonu ilə
29 km, Zərdab rayonu ilə 11,5 km məsafədə həmsərhəddir. Rayonun ərazisindən Türyan çayı, cənub-qərb sərhəddi boyu Kür çayı
axır. Yuxarı Şirvan kanalı Ağdaş rayonu ərazisindən keçir. Rayonda əsasən boz çəmən torpaqları yayılıb, ərazisinin cənubunda
şoran torpaqlar var.
Əkin altında olan sahələrin relyefi hamar düzənliklər olub, xırda çökəkliklərdən ibarətdir. Bitkiləri əsasən çöl və
yarımsəhra tiplidir. Kür çayı sahilində Tuqay meşələri, Türyançayı hissəsində isə Türyançay Dövlət Qoruğu yerləşir. Rayon
şose, dəmir yolu və digər kommunikasiya xətlərinin üstündə yerləşir. Rayon ərazisindən Bakı-Qazax avtomobil yolu, Bakı-Tbilisi
dəmir yolu, Bakı-Supsa, Bakı-Ceyhan, Qaradağ-Ağstafa neft-qaz kəmərləri, Mingəçevir-Bakı elektrik ötürücü xətti keçir.
Zəngin flora və faunaya malik olan Ağdaş ərazisində 800-ə qədər bitki növü vardır. Ərazisinin 10 faizdən artıq hissəsi Kür
çayı boyunca yerləşən tuqay meşələri ilə örtülüb. XVI əsrdən başlayaraq, rus tacirlərinin burada istehsal olunan baramanın
Şamaxıda emal edilməklə, Avropanın qabaqcıl toxuculuq mərkəzlərinə daşıması barədə tarixi mənbələrdə kifayət qədər məlumatlara
rast gəlinir. Ağdaş rayonu ərazisindəki torpaq səthinin əsasən düzənlik tipli, torpaqların boz-çəmən forması, mülayim iqlim
şəraitinin olması, eyni zamanda rayonun Kür çayının sol sahilində yerləşməsi, bol sulu olması ilə mütəxəssislərin diqqətindən
yayınmayıb. 20-ci əsrin əvvəllərindən başlayaraq burada iqtisadiyyatın əsasını təşkil edən pambıqçılıq sürətlə inkişaf etməyə
başlayıb. Sonralar Yuxarı Şirvan kanalının, 1958-ci ildə Türyançay üzərində su qovşağının tikilməsi, Kürqırağı ərazilərdəki
təsərrüfatların mexaniki suvarma sistemləri ilə təminatı rayonda pambıqçılıqla bərabər digər sahələrin, xüsusilə tərəvəzçilik,
meyvəçilik və heyvandarlığın inkişafına güclü təkan verib.
Ağdaş texniki bitkilərin, o cümlədən pambığın becərilməsində özünəməxsus ənənələri olan bölgələrdən biri olub. Sövet
dönəminin ən çətin vaxtlarında 2 nəfər sıravi ağdaşlı pambıqçı - Zeynəb Qəmbərova və anası Xəlilovanın Sosialist Əməyi
Qəhrəmanı kimi ən yüksək fəxri ada layiq görülüb.
1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dönəmlərində Ağdaşın iqtisadiyyatı
sürətlə inkişaf edib, onlarla sənaye obyektləri, nəhəng heyvandarlıq kompleksləri, emal müəssisələri işə düşüb. Rayon ərazisində
yüzlərlə kilometr yola asfalt örtük döşənib, onlarla müasir tipli təhsil, səhiyyə və mədəniyyət ocaqları, faraş tərəvəz
istehsal edən istixana kombinatı, yeni yaşayış binaları, fərdi evlər tikilib. Rayon mərkəzi, qəsəbə və kəndlərin işıq, qaz
və su təchizatı ilə bağlı problemlərinin həllində böyük dönüşə nail olunub.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Ağdaş rayonu öz inkişafının mühüm mərhələsinə qədəm qoyub. Ölkə
prezidentinin sərəncamları ilə medallar və fəxri adlarla təltif olunan ağdaşlıların sayı hazırda 27 nəfərdir.
Rayon iqtisadiyyatını əsasən sənaye və kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. 2010-cu ildə rayonda 185 milyon 437
min manatlıq ümumi məhsul istehsal olunub və onun da 52,3 faizini və ya 97 milyon 525 manatını kənd təsərrüfatı məhsulları,
6 milyon 129 min manatını və ya 3,3 faizini sənaye məhsulları istehsalının payına düşür. 2010-cu il ərzində rayonun ümumi
məhsul istehsalının tərkibində tikinti-quraşdırma işlərinin həcmi 37 milyon 472 min manat və ya 20,2 faiz, nəqliyyat
xidmətinin həcmi 3 milyon 84 min manat və ya 2,0 faiz, ticarət xidmətlərinin həcmi 40 milyon 322 min manat və ya 21,7 faiz
olub.
2010-cu ildə 2003-cü ilə nisbətən rayonda ümumi məhsul istehsalı 4.2 dəfə, sənaye məhsulu istehsalı 3,3 dəfə, kənd
təsərrüfatı məhsulu istehsalı 3.1 dəfə artıb, tikinti-quraşdırma işlərinin həcmi 14.4 dəfə çoxalıb. Bu dövrdə əhalinin
gəlirləri 10.7 dəfə yüksəlmiş, rayon büdcəsinin məxaric hissəsi 5.0 dəfə artıb. Rayonda sənaye məhsulu istehsalı ilə məşğul
olan hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisi, qaz, su, istilik enerjisinin emalı ilə yanaşı, çörək, çörək-bulka,
müxtəlif şirniyyatlar, sərinləşdirici içkilər, meyvə şirəsi, şokolad, karamel, qatılaşdırılmış süd, dondurma, mebel, kərpic,
qum-çınqıl və sair istehsal olunur. Hazırda rayonda sənaye üsulu ilə meyvə qurusu istehsalı sahəsinin yaradılması üçün
tədbirlər görülür.
Hazırda rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə fasiləsiz təmin olunur. Elektrik verilişi xətlərinin ümumi
uzunluğu 1783 poqon km, transformatorların ümumi sayı isə 277-dir. Rayon ərazisində 4 elektrik yarımstansiyası var və
hazırda rayonun Kükəl kəndi ərazisində daha bir 220/110 kv-luq 2x125 MVA gücündə elektrik yarımstansiyasının tikintisi davam
edir. Rayonun 75 yaşayış məntəqəsindən 34-ü təbii qaz yanacağı ilə təmin olunur. Hazırda 5 kənddə yaşayış məntəqəsinin
qazlaşdırılması üçün tikinti-quraşdırma işləri görülür. Rayonda 3 kənddə su təmizləyici qurğu quraşdırılıb, 24 kənddə
artezian quyusunun suyundan istifadə olunur. Ağdaş şəhərinin su xəttinin uzunluğu 57,2 km, kanalizasiya xəttinin uzunluğu isə
18 km-dir. Azərbaycan hökumətinin və Asiya İnkişaf Bankının vəsaiti hesabına şəhərin su-kanalizasiya sisteminin yenidən
qurulması layihəsinin həyata keçirilməsinə 2008-ci ildə başlanılıb. Layihə çərçivəsində suqəbuledici qurğu, nasos
stansiyası, su anbarları və xlorator qurğusunun tikintisi, şəbəkəyədək olan magistral boru xətlərinin dəyişdirilməsi, eləcə
də su kanal idarəsi üçün yeni inzibati binanın və istehsal bazasının tikintisi başa çatıb. Layihənin ikinci mərhələsi üzrə
su qəbuledici qurğuların tikintisinin tam başa çatdırılması, su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması
işləri görülməlidir.
Rayonun 27 yaşayış məntəqəsi tam telefonlaşdırılıb. Hazırda 6 kəndin telefonlaşdırılması üçün tədbirlər görülür. 2010-cu ildə
bütün ATS-lərin elektron ATS-lə əvəz edilməsi prosesi başa çatıb. Rayon ərazisindən Bakı-Tbilisi dəmiryolu, Bakı-Supsa, Bakı
-Ceyhan, Qaradağ-Ağstafa boru kəmərləri, Mingəçevir-Bakı elektrik ötürücü xətti keçir. Bakı-Tbilisi dəmir yolunun keçdiyi
ərazidə yerləşən Ləki qəsəbəsində dəmir yolu stansiyası var.
Hazırda Ağdaş şəhər Ləki qəsəbəsini birləşdirən 10.0 km-lik yola asfalt vurulur. Rayon ərazisindən Bakı-Şamaxı-Qazax və
Bakı-Kürdəmir-Qazax magistral avtomobil yolları keçir. Bakı-Kürdəmir-Qazax magistral avtomobil yolunun yenidən qurulması
başa çatıb. Bakı-Şamaxı-Qazax magistral avtomobil yolunun yenidən qurulması işləri hazırda davam edir.
Ağdaş ötən 7-8 ildə əsaslı nəzərəçarpacaq dərəcədə inkişaf edib. Rayon rəhbərliyi görülən işlərlə yaxından maraqlanır, zəruri
tapşırıq və tövsiyələrini verir. Rayonla ilkin tanışlıq zamanı bir daha əmin oluruq ki, bu, əslində, hər işə ciddi
tələbkarlıqla, məsuliyyətlə, kreativliklə yanaşan rayon rəhbərliyinin gündəlik iş rejimidir.
Məhz bu sistemli və ardıcıl fəaliyyətin məntiqi nəticəsi kimi son illərdə bir sıra yeni obyektlərin istifadəyə verilib.
Ümumi sahəsi 7 hektar olan "Heydər parkı" 1974-cü ildə ümummilli liderin tapşırıq və tövsiyəsinə əsasən salınıb. Parkda
müasirlik və tarixiliyi özündə əks etdirən Heydər Əliyev abidə-kompleksi yaradılıb. 200 metr uzunluğunda olan bu kompleksin
mərkəzində ulu öndərin abidəsi ucaldılıb. Abidənin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının heykəltaraşlıq kafedrasının
müdiri, dosent, heykəltaraş Azad Zeynalovdur. Kompleks boyunca bir-birini əvəz edən mərmər lövhələrdə dövlət atributları,
tarixi keçmişimizi əks etdirən memarlıq elementləri bəzəyir. Meydanda hündürlüyü 30 metr olan dövlət bayrağı ucaldılıb,
biri musiqili olmaqla, müasir dizayn elementləri ilə bəzədilmiş 2 fəvvarə istifadəyə verilib. Kompleksdə tikinti və yenidən
qurma işləri başa çatdırılıb, obyekt tam istifadəyə verilib. Tərlan Nəsirli "Mövqe" 01.12.2011
|
| |
YAP Ağdaş rayon təşkilatının VI konfransı keçirilib. |
Bu gün YAP Ağdaş rayon təşkilatının VI konfransı keçirilib.
Konfrans nümayəndələri və qonaqlar ilk əvvəl Heydər parkında partiyanın qurucusu və yaradıcısı, ümummilli liderimiz Heydər
Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyub, ona hörmət və ehtiramlarını ifadə ediblər.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının konfransında iştirak etmək üçün seçilmiş 188 nəfər nümayəndədən 184 nəfəri,
dəvət olunmuş 22 nəfər qonaqdan 20 nəfəri konfransın işində iştirak etdi.
Eyni zamanda Konfransın işində Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar
Rəhimzadə, millət vəkili, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Ərəstun Cavadov, Azərbaycan Respublikası
Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədr müavini, millət vəkili Çingiz Əsədullayev və Yeni Azərbaycan Partiyası
Mərkəzi aparatının məsul işçisi Qalib Əsgərov iştirak etdiblər.
Konfrans dövlət himninin səsləndirilməsi ilə işinə başlayıb.
Sonra YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov təşkilatın V konfransından ötən dövr ərzində görülən işlərdən,
uğurlardan və nailiyyətlərdən bəhs edən məruzə ilə çıxış etmişdir. O, bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon
təşkilatı öz fəaliyyətini Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycan Partiyasının IV qurultayında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə
yönəltmişdir. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı ölkə Preztdenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək
rayonumuzun inkişaf etməsi üçün əlindən gələni etməkdədir. Əvvəlki illərə nisbətən Gənclər Birliyinin, Qadınlar Şurasının,
təşkilat və ideologi şöbələrin işi daha da genişləndirilmiş, rayon təşkilatının ilk partiya təşkilatları ilə əlaqələri
möhkəmlənmiş, partiya maarifçilik işi gücləndirilmişdir. Çoxsaylı gənclər, qadınlar və ağsaqqallar sıralarımıza qəbul olmaq
üçün ilk partiya təşkilatlarına müraciət etmişlər. Bu gün 12605 nəfər YAP üzvü 77 ərazi ilk partiya təşkilatında
birləşmişdir. Onlardan 6423 nəfərini, yəni 51%-ni qadınlar, 5434 nəfərini, yəni 43%-ni gənclər təşkil edir. Ümumiyyətlə, V
konfransdan ötən dövr ərzində 3552 nəfərə partiya üzvlük vəsiqəsi verilmişdir.
Konfransda YAP Ağdaş rayon təşkilatının Nəzarət-təftiş qrupunun sədri Sahib Məmmədovun da hesabat məruzəsi dinlənilmişdir.
Məruzələr ətrafında Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ağdaş rayon təşkilatının sədri Anar Şahmuradov, Ağdaş
Bələdiyyəsinin sədri Hənifə Yusibova, Rayon Ağsaqqallar Şurasının üzvü, Tərəqqi medallı Vaqif Hacıyev, Yeni Azərbaycan
Partiyası Ağdaş rayon təşkilatı Şurasının üzvü, rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov çıxış edərək V
konfransdan keçən dövr ərzində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən görülmüş işlərin qənaətbəxş hesab
edilməsini, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Nəzarət-təftiş qrupunun hesabatının nəzərə alınaraq təsdiq
edilməsini təklif etdilər.
Azərbaycan Demokratik Maarifçilik Partiyası rayon təşkilatının sədri Şöhrət Musayev rayonda fəaliyyət göstərən və konfransın
işinə qatılan 7 siyasi partiyanın rayon təşkilatları adından Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının VI
Konfransının işinə uğurlar arzuladı və təbriklərini çatdırdı.
Konfransın işində iştirak edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar
Rəhimzadə, millət vəkili, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Ərəstun Cavadov və Azərbaycan Respublikası
Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədr müavini, millət vəkili Çingiz Əsədullayev çıxış edərək, ölkəmizdə mövcud
ictimai-siyasi vəziyyət və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən
möhtəşəm quruculuq işlərindən bəhs etdilər, partiyanın gördüyü işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat
verdilər. Qonaqlar Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının işinin qənaətbəxş olmasından danışaraq rayon
təşkilatı aparatının düzgün formalaşmasını, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının keçirilən bütün siyasi
kampaniyalardakı fəaliyyətini yüksək qiymətləndirərək konfransın işinə uğurlar arzuladılar.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Şurasının və İdarə heyətinin üzvü, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı
Rafiq Niftəliyev çıxış edərək konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etdi, Yeni Azərbaycan Partiyası
Ağdaş rayon təşkilatının rayonun ictimai-siyasi həyatındakı rolundan danışdı və onun rayonda aparıcı siyasi qüvvəyə
çevrildiyini qeyd etdi. Konfransın işinə və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının gələcək fəaliyyətində
uğurlar arzuladı.
YAP Ağdaş rayon təşkilatının 35 nəfərdən ibarət Şurası, 17 nəfərdən ibarət İdarə heyəti, 5 nəfərdən ibarət Nəzarət-təftiş
qrupu və iki sədr müavini seçildi.
Cavid Həmid oğlu Osmanov yenidən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri seçildi.
Konfransın Qərar layihəsi oxundu. Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul edildi.
Konfrans dövlət himninin səsləndirilməsi ilə işini başa çatdırdı. Nadir Azəri "Yeni Azərbaycan" 01.12.2011
|
| |
Ağdaş-qədimliklə müasirliyi özündə qovuşduran şəhər. |
|
|
Şirvan bölgəsinin qədim tarixə, özünəməxsus adət-ənənələrə malik
rayonlarından sayılan Ağdaş son illərdə çox dəyişib, əsaslı dərəcədə müasirləşib.Bir zamanlar qoca çinarları,bir də tarixi
tikililəri ilə yaddaşlarda canlanan rayon bu gün möhtəşəm sosial –inzibati binaları,yaşıl xiyaban və parkları,müasir
infrastrukturu ilə diqqət çəkir. Bəli,yüksək zövqlə,məqsədyönlü və ünvanlı şəkildə həyata keçirilən abadlıq- quruculuq və
yenidənqurma işləri Ağdaşın görkəmini əsaslı şəkildə dəyişib. Elə ilk baxışdandan da aşkar görünür ki, şəhərinb
abadlaşdırılması xüsusi plan əsasında, yüksək tələbkarlıqla, keyfiyyətlə həyata keçirilir.Əldə olunan uğurlar həm də regional
inkişaf proqramları çərçivəsində rayonda həyata keçirilən çoxşaxəli tədbirlərin nəticəsidir.
Tarixi qaynaqlar sübut edir ki, əlverişli təbii şəraitə malik olan bu bölgədə ilkin həyat və insan yaşayışın mövcudluğunu,
habelə Ağdaş toponiminin meydana gəlməsi təqribən 400 illik tarixə malikdir. Şirvan bəylərbəyliyinin tabeliyindəki Ərəş
sultanlığı uzun illər feodal hakimlərinin idarəçiliyində olub. Azərbaycanın şimal ərazisinin Rusiyaya ilhaq edilməsindən
sonra çarizmin inzibati islahatları nəticəsində indiki Ağdaş rayonu ərazisində 1873- cü ildə Yelizapetpol quberniyasının
tərkibinə daxil olan, əhalisinin sayı 52371 nəfərdən ibarət olan Ərəş qəzası yaradılıb. Bu inzibati ərazi vahidi 1929-cu
ilədək mövcud olub, elə həmin ildə ləğv edilərək bir il sonra 1930- cu ildə Ağdaş rayonu yaradılıb. XVI əsrdə salınmış bu
yaşayış mərkəzinə 1900-cu ildə şəhər statusu verilib.
Hazırda rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 1 qəsəbə olmaqla 72 kənd vardır. Əhalisinin sayı 102 min nəfərdən artıqdır.
Rayonun ərazisində dövlət qeydiyyatına alınmış 17 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi, hətta tarixi islamiyyətin
yayıldığı ilk illərə təsadüf edən müqəddəs ziyarətgahlar və pirlər vardır. Rayon ərazisinin tranzit dəhliz baxımından
əlverişli olması, burada mövcud olan karvansaraylar, texniki bitkilərin becərilməsi sahəsində əldə olunan təcrübə, nəhayət,
1883-cü ildə Bakı-Tiflis dəmiryolunun çəkilməsi Ağdaşın əhəmiyyətini daha da artırıb, burada yeni emal sahələrinin
yaradılmasına səbəb olub.
XX əsrin əvvəllərinədək Ağdaşda pambıq maşınlarından ibarət 7 zavod işləyib. Məhz buna görə də Qafqaz pambıqçılarının ilk
qurultayının 1904-cü ildə Ağdaşda keçirilməsi təsadüfi sayıla bilməzdi. Pampıqdan başqa, Ağdaş digər ənənəvi məhsulları ilə
bölgədə məşhur olub. O zamanlar nəşr olunan “Qafqaz” qəzeti yazırdı: “Ağdaş Marsel və İtaliyaya göndərilən həm bütün xam
ipəyi, həm də baramanı özündə cəmləşdirən mərkəz idi”.
Ləkidə 1886-cı ildə tikilən biyan kökü emalı zavodunun istehsal etdiyi lakritsa boyasının Amerika və Fransaya ixrac
olunması, buradakı dəmiryolu vasitəsilə yüz min pudlarla qoz-fındıq və meyvənin tədarük olunaraq xarici bazarlara daşınması
Ağdaşın əhəmiyyətini günbəgün artırır, bölgəyə xarici investisiya axınını gücləndirirdi. Bu sahədə polyak və fransız iş
adamlarının üstün mövqelərə malik olması xüsusilə diqqətçəkəndir.
Hazırda şəhərdəki mövcud olan tarixi binalarının dam örtüyünü bəzəyən kirəmitlərin üzərində “Les Freres Roux”
(Ru qardaşları) farnsız şirkətinə məxsusluğu bildirən emblemin yazılması Azərbaycan Fransa arasında iqtisadi münasibətlərin
tarixi baxımından da böyük maraq doğurur. Ağdaşda sənayenin və kən təsərrüfatının o illərdəki sürətli inkişafı burada
təhsilin və mədəniyyətin inkişafına ciddi təkan verib, Azərbaycanda mövcud olan 3 dünyəvi təhsil müəssisəsindən biri 1882-ci
ildə məhz Ağdaşda açılıb.
2002-ci ildə bu tədris ocağının 120 illiyinə həsr olunmuş yubiley tədbiri ilə bağlı 3 saylı orta məktəbə ünvanladığı
məktubunda ümummilli lideri Heydər Əliyev yazırdı: “Fərəhli haldır ki, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu və
məktəbin ilk rəhbərlərindən olmuş tanınmış maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulmuş mütərəqqi təhsil ənənələri
indi də yaşayır və ildən-ilə inkişaf edir. İlk təhsilini bu məktəbdə almış Azərbaycan və Özbəkistanın görkəmli yazıçısı
Maqsud Şeyxzadə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Bürhan Kərimov, akademik Bəkir Nəbiyev, xalq
artisti Habil Əliyev kimi elm vəmədəniyyət xadimləri ilə xalqımız haqlı olaraq fəxr edir”.
XX əsrin əvvəllərində Ağdaşda mədəniyyət və incəsənətin inkişafı sahəsində böyük canlanma müşahidə olunurdu. Qori
Seminariyasının məzunu, məşhur Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin həm qardaşı, həm də əmisi nəvəsi olan Zülfüqar
Hacıbəylinin yaxın köməkliyi ilə Rəşid bəy Əfəndiyevin “Qan ocağı” əsərinin 1908-ci ildə tamaşaya qoyulması Ağdaş teatrının
həyatında böyük rol oynamağa başladı. Teatrın repertuarı təkcə dram əsəri ilə məhdudlaşmamış, burada yerli həvəskarların
köməkliyi ilə Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan “ kimi
klassik opera və operettalar tamaşaya qoyulmuşdu. Teatrın fəaliyyəti Azərbaycan dövlətinin diqqətindən yayınmamış, uzun illər
bu mədəniyyət ocağının aparıcı aktyoru və rejissoru olmuş İbrahim Qaradağlı 1941-1945-ci illər müharibəsinin qızğın dövründə
- 1943-cü ildə Azərbaycan SSR-nin “Əməkdar artisti” fəxri adına layiq görülmüşdü. Bu hadisə rayonun mədəniyyət tarixinin ən
əlamətdar hadisəsi kimi bu gün də sənətsevərlər tərəfindən məmnunluqla xatırlanır.
Ağdaşda musiqi təhsilinin təşəkkül tapması maraqlı tarixçəsi də diqqət çəkir. 1934-cü ildə məşhur bəstəkar Üzeyir bəyin
tövsiyəsi ilə rayona gəlmiş Azərbaycan opera sənətinin görkəmli nümayəndəsi, şərqin ilk operası olan “Leyli və Məcnun”da
Leyli rolunun ilk kişi ifaçısı, görkəmli pedaqoq, əməkdar incəsənət xadimi Əhməd bəy Ağdamski (Bədəlbəyli) 1936-cı ildə
burada ilk musiqi məktəbinin təşkilində fəal iştirak etmişdi. Əhməd bəy ömrünün son günlərinədək Ağdaşın ictimai-mədəni
həyatına və el şənliklərinə öz töhfələrini vermişdi. Zəngin musiqi təhsili ənənələrini yaşadan bu təhsil ocağının yetirmələri
sırasında korifey sənətkar, kaman ifaçılığı sənətinin görkəmli mnümayəndəsi, xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli
Habil Əliyev, əməkdar artist Munis Şərifov, uzun illər M.Maqomayev adına dövlət filarmoniyasının solisti olmuş xanəndə
Ramiz Hacıyev kimi görkəmli sənətkarların olması Ağdaşın zəngin mədəni potensiala malik olmasının əyani göstəricisidir.
Elmə, ədəbiyyata və mədəniyyətə yüksək dəyər verilən bu bölgə tanınmış ziyalıları ilə bu gün də haqlı olaraq fəxr edir.
Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi “Şöhrət” və “İstiqlal” ordenli alim, akademik Bəkir Nəbiyev,
xalq şairi, “Şöhrət” ordenli Fikrət Qoca, mərhum professor, Nyu-York Kembric Universitetinin fəxri doktoru, “Şöhrət” ordenli
Yaşar Səlimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, sərbəst güləş üzrə dünya və Avropa çempionu, “Şöhrət” ordenli
Xəzər İsayev Azərbaycanın Suriyadakı fövqəladə və salahiyyətli səfiri vəzifəsini həyata keçirən Mahir Əliyev, yazıçı-
dramaturq Xeyrəddin Qoca, professorlar – Telman Ağdamski, Sadiq Abdullayev, Telman Nizamov, Elmira Rəhimova, Muxtar
Abdullayev, Salih Salihov, İsmayıl Qəribov, Mustafa Salihov, Sabir Osmanov, Gülab Gülablı, xalq artistləri Lütvü Məmmədbəyov,
Ramiz Mustafayev, Moskva Dövlət Universitetinin professoru Bürhan Kərimov, prezident təqaüdçüsü, əməkdar jurnalist Elmira
Əliyeva və sıra sayını uzada biləcəyimiz onlarla yaradıcı insanlar məhz bu bölgənin övladlarıdır. Ağdaşlılar dövlətçilik və
Vətən uğrunda gedən mübarizələrin daim ön cərgələrində olublar. Bu gün Ağdaş özünün vətənpərvər oğulları ilə haqlı olaraq
fəxr edir. 1941-1945-ci illər müharibəsində düşmənə qarşı silaha sarılan Ağdaşın 2 ləyaqətli övladı Səməd Abdullayev və Fariz
Səfərov Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülüblər. Birinci Qarabağ müharibəsində 189 nəfər ağdaşlı
gənc Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Son 50
ilə yaxın dövr ərzində 5 nəfər ağdaşlı general ali hərbi rütbəsinə layiq görülüb, hazırda onlarla ağdaşlı zabitlər Milli
Ordumuzun sıralarında peşə borcunu ləyaqətlə həyata keçirir.
|
| |
AĞDAŞ - sürətli inkişafın yeni ünvanı |
 |
 |
"Ağdaş indi müasir, gözəl rayona çevrilməkdədir. İstirahət etmək, yaşamaq, işləmək üçün bütün şərait vardır.
...Bu, Ağdaşa mənim Prezident kimi üçüncü səfərimdir. Mən rayonda gedən dəyişiklikləri görürəm, qiymətləndirirəm. Çox şadam
ki, burada işlər yaxşı gedir. Ağdaşın gələcək inkişafı üçün də əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq ki, rayon
daha da gözəl, daha da yaxşı olsun".
İlham Əliyev
Ölkəmizin sosial-iqtisadi potensialı gücləndikcə regionların siması dəyişir, əhalinin rifah halı da yaxşılaşır. İnkişafının
yeni mərhələsini yaşayan Ağdaş rayonu da ildən-ilə qazandığı uğurlarını artırır. Göstərilən dövlət qayğısını rayon əhalisi
yüksək qiymətləndirir, həyata keçirilən tədbirlərə işgüzarlıqla dəstək verməyə çalışır. Bu gün Ağdaşı ölkənin abadlıq,
quruculuq məkanlarından biri adlandırmaq olar. Rayonda bir çox layihələr, o cümlədən su təchizatı layihəsi uğurla icra
olunur. Son vaxtlar yeni qəsəbələrə və yaşayış massivlərinə təbii qaz verilir. Yaxın zamanlarda rayonun bütün kəndlərinin
qazlaşdırılması nəzərdə tutulur. Elektrik enerjisinin təchizatı ilə bağlı problem qalmayıb. Təzə çəkilən yollar, içməli su
və kanalizasiya layihələrinin icrası Ağdaşın inkişafının yeni mərhələsindən soraq verir.
Prezident İlham Əliyev oktyabrın 30-da Ağdaşa səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir:
"Növbəti illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaqdır. Bildiyiniz kimi, həm
dövlət büdcəsində vəsait nəzərdə tutulur, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan bölgələrin inkişafı üçün vəsait
ayrılır ki, hər bir rayon, hər bir şəhər, hər bir kənd abadlaşsın və yaşamaq üçün şərait daha da yaxşı olsun".
Dövlət başçısı İlham Əliyev Ağdaşa budəfəki səfərində rayonun Heydər Əliyev abidə kompleksində aparılmış yenidənqurma işləri
ilə tanış olmuş, Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin və Ağdaş Rayon Mərkəzi Xəstəxanasının açılışı
mərasimlərində iştirak etmişdir. 7 hektar ərazini əhatə edən kompleksdə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb, 30
metr hündürlükdə Dövlət Bayrağı ucaldılıb, mərmər lövhələrdə dövlət atributları, tarixi keçmişi əks etdirən memarlıq
nümunələri yaradılıb. Kompleksin ərazisindəki Heydər Əliyev Mərkəzi və mərkəzdəki muzey də əsaslı şəkildə yenidən qurulub.
Prezident İlham Əliyevin Ağdaş rayonuna budəfəki səfəri də insanlarda yüksək əhvali-ruhiyyə yaradıb, işgüzarlığın və
təşəbbüskarlığın artmasına stimul verib.
Ağdaş RİH başçısı Rafiq Niftəliyev Prezident İlham Əliyevin rayona səfəri ilə əlaqədar bildirdi ki, dövlət başçısının hər
xoş sözü bizim üzərimizə daha böyük məsuliyyət qoyur. Çalışırıq ki, onun tapşırıq və tövsiyələri vaxtında yerinə yetirilsin.
Yaxşı bilirik ki, hər bir rayonun, bölgənin inkişafı üçün ölkə Prezidenti necə diqqət və qayğı göstərir.
Ağdaş Texniki, Təbiət və Humanitar Təmayüllü Gimnaziyanın direktoru Şəhla Hacıbalayevanın da ürək sözlərini eşitdik: -
2010-cu il fevralın 12-də Ağdaşa səfəri zamanı ölkə Prezidentini rayon ictimaiyyətinin nümayəndələri adından salamlamışdım.
Həm o vaxtkı, həm də budəfəki görüşün təəssüratları qəlbimdə bir-birinə qarışıb. Azərbaycan Prezidentinin hər gəlişi
rayonumuz üçün bayrama çevrilir, xeyir-bərəkət gətirir. Dövlət başçısının əvvəlki gəlişindən ötən müddət ərzində Ağdaşda
böyük işlər görülüb. Budəfəki səfərindən sonra da dövlət başçısı sosial-iqtisadi tədbirlərin sürətləndirilməsinə dair
Prezidentin Ehtiyat Fondundan rayonumuza 2 milyon manat vəsait ayrılması barədə sərəncam imzaladı. Şübhəsiz, bu qayğı bizi
daha da ruhlandırmaqla yanaşı, işgüzarlığımızı və məsuliyyətimizi də artırır.
Ağdaş Dövlət Humanitar Kollecinin direktoru, respublikanın əməkdar müəllimi Tənzilə Şıxıyeva söhbətə hər bir ölkə
vətəndaşının qürur duyduğu tarixi məqamdan başladı: - Bu məqam müstəqillik tariximizin ən parlaq qələbəsi, diplomatiyamızın
bənzərsiz uğurudur. BMT Baş Məclisinin oktyabrın 24-də keçirilmiş plenar iclasında müstəqil Azərbaycanın 2012-2013-cü illərdə
Şərqi Avropa bölgəsini bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasında təmsil edəcək üzv seçilməsindən qürurlandıq. İyirmi
ildir müstəqillik yollarında inamla addımlayan Azərbaycan Respublikasının dünyanın ali idarəçiliyində təmsil olunan 15 dövlətd
ən birinə çevrilməsi ölkəmizin beynəlxalq aləmdə rolunu daha da artıracaq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında
müstəsna əhəmiyyət kəsb edəcəkdir.
Belə bir ərəfədə ölkə rəhbərinin Ağdaşa səfərinin ikiqat bayrama çevrildiyini qeyd edən T.Şıxıyeva bildirdi ki, ilboyu
rayonun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan bir qrup Ağdaş sakininin fəxri adlar və medallarla təltif
olunması ilə bağlı Prezident sərəncamları böyük razılıq hissi ilə qarşılanır, daha aktiv fəaliyyət göstərmələri üçün bir
stimula çevrilir: - Biz bu qayğını bütövlükdə Ağdaş rayonuna və ağdaşlılara göstərilən böyük etimadın təzahürü kimi
dəyərləndiririk. Onu da minnətdarlıq hissi ilə qeyd etməyi özümə borc bilirəm ki, Ağdaş rayonunun bugünkü inkişafında
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın da böyük xidmətləri var. Biz ağdaşlılar Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə və beynəlxalq aləmdə
nəcib ideallara xidmət edən bütün layihələrin həyata keçirilməsini ürəkdən bəyənir və müdafiə edirik.
Ağdaş rayonunda bu il yol təsərrüfatı yenidən qurulub, şəhərdə zövq oxşayan fəvvarələr tikilib, prospekt, küçə və meydanlar
milli memarlıq ənənələrinə uyğun olaraq tamamilə yenidən qurulub, müasir işıqlandırma sistemləri ilə təchiz edilib.
Rayonda yeni iş yerləri açılır, ekoloji və sosial-məişət problemləri həll olunur, sahibkarlığın inkişafına yüksək dövlət
dəstəyi göstərilir. Hazırda Ağdaş şəhərində və ucqar kəndlərdə təhsil və səhiyyə müəssisələrinin maddi-texniki bazalarının
möhkəmləndirilməsi sahəsində böyük məbləğdə maliyyə vəsaiti qoyuluşu hesabına aparılan işləri sakinlər böyük razılıq hissi
ilə qarşılayır və buna hər cür dəstək verməyə çalışırlar.
Ağdaşa səfəri zamanı Prezident İlham Əliyev mərkəzi rayon xəstəxanasının açılışındakı nitqində demişdir: "Gözəl hadisədir.
Xəstəxananın tikintisi bir il bundan əvvəl başlanmışdı. Mən çox şadam ki, qısa müddət ərzində Ağdaşda çox gözəl, müasir
xəstəxana tikilib istifadəyə verilmişdir".
Yüz çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli
səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır.
Xəstəxananın baş həkimi Nuru Nuriyev Ağdaşda belə bir möhtəşəm xəstəxananın qısa müddət ərzində tikilib istifadəyə
verilməsini Prezident İlham Əliyevin birbaşa qayğısının təzahürü kimi dəyərləndirdi: - Ən müasir tibb avadanlıqları ilə
təchiz olunmuş bir səhiyyə ocağında çalışmaq hər bir tibb işçisinin arzusudur. Dövlətimizin və dövlət başçısının qayğısı
sayəsində biz bu arzumuza çatmışıq. İndi elə çalışmalıyıq ki, ölkə Prezidentinin dediyi kimi, elə etməliyik ki, burada
göstərilən tibbi xidmət yüksək səviyyədə olsun.
Ağdaş rayonunda olarkən söhbət etdiyimiz sakinlərdən Vaqif Hacıyev, Gülər Məmmədova, Rəsul Zamanov, Hənifə Yusibova, Tahir
Əliyev, Azad Gözəlov, Vüsal Davidov, Fidan Fərzəliyeva və başqaları da əminliklə bildirdilər ki, ölkə rəhbərinin onlara
göstərdiyi diqqət və qayğının müqabilində daha fədakarlıqla çalışacaqlar.
Telman NƏZƏRLİ,
"Azərbaycan"
|
| |
Mədəni irsimiz qorunur və təbliğ olunur. |
|
|
Mədəniyyətimizin hamisi, xalqımızın ümummilli lideri Heydər Əliyev
hakimiyyətinin bütün dövlərində mədəniyyətimiz və incəsənətimizə daim diqqət və qayğı göstərilmişdir. Bu gün həmin ənənələr
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının son illərdə bütün sahələrlə
bərabər, mədəni abidələrimizin qorunması, sosial-mədəni obyektlərin inşası və yenidən qurulması, tarixi irsimizin gələcək
nəsillərə çatdırılması istiqamətində gördüyü qlobal işlər mədəniyyət işçilərinə qol-qanad verir, hamımızı daha yaxşı işləməyə
ruhlandırır.
Bu günlərdə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş
iclasında ölkə Prezidenti demişdir: “Hər bir rayon, hər bir kənd mənim üçün əzizdir, doğmadır. Ancaq ölkəmizdə elə şəhərlər
var ki, onların adı qədim xəritələrdə də göstərilir. Belə şəhərlərə və orada olan tarixi abidələrə, əlbəttə ki, xüsusi diqqət
göstərilməlidir”.
Qədim tarixi keçmişə malik Ərəş mahalı— Ağdaşda da bu cür tarixi abidələrin qorunması, təmir və bərpa işlərinin yüksək
səviyyədə həyata keçirilməsi məhz ölkə başçısının göstərdiyi böyük diqqət və qayığının parlaq nümunəsidir.
Ağdaş Mədəniyyət və Turizm şöbəsi rayonun mədəni həyatında başlıca rol oynayır. Şöbənin müdiri, təcrübəli mədəniyyət işçisi
Tahir Əliyev başa çatmaqda olan 2011-ci ilin ötən dövrü ərzində görülmüş işlərdən danışaraq qeyd etdi ki, ulu öndərin 88-ci
ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə
mədəniyyətimizin hamisi Heydər Əliyev hakimiyyətinin dövründə mədəniyyət və incəsənətimizə verilən yüksək qiymətdən, ümummilli
liderin ləyaqətli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasət nəticəsində mədəniyyət
sahəsində olan dinamik inkişafdan söhbət açılmış, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın böyük əməyi və
səyləri nəticəsində Azərbaycan mədəniyyətinin bütün dünyaya yüksək səviyyədə tanıdılmasından bəhs edilmişdir.
Həmçinin rayonda “Müstəqilliyimizin 20 ili”, “Dilimiz–tariximiz”, “Qadınların ictimai həyatda rolu”, “Yeni kitablar-yeni
nəşrlər” bütövlükdə 18 bölümdən ibarət IV ənənəvi kitab bayramı keçirilmişdir.
Yüksək səviyyədə təşkil olunmuş tədbirdə rayon mərkəzi kitabxana sisteminə daxil olan bütün kitabxana müəssisələri ilə
yanaşı mədəniyyət və təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
9 may alman faşizmi üzərində qələbənin ildönümü hər il olduğu kimi bu il də Ağdaş rayonunda yüksək səviyyədə qeyd olunmuş,
rayon ictimaiyyətinin nümayəndələri yeni təmir olunmuş Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərimizin xatirə
abidəsinin önünə toplaşaraq onları böyük ehtiramla yad etmiş, abidənin önünə tər çiçək dəstələri düzmüşlər.
Eyni zamanda tarix-diyarşünaslıq muzeyində rayon veteranları ilə görüş keçirilmiş, müharibə iştirakçılarının şərəfinə verilən
ziyafətdə rayon mədəniyyət evinin “Şirvan” instrumental ansamblı konsert proqramı ilə çıxış etmişdir.
Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Ağdaş rayonunda, o cümlədən
rayonun mədəniyyət müəssisələrində yüksək səviyyədə qeyd edilmişdir. Belə ki, həmin tarixdə yenidən rekonstruksiya olunmuş
Heydər Əliyev mərkəzinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev,
millət vəkilləri Çingiz Əsədullayev, Şəmsəddin Hacıyev və Milli Məclisin bir neçə üzvü, akademik Bəkir Nəbiyev, xalq şairi
Fikrət Qoca və respublikada tanınmış bir neçə ağdaşlılarla birgə, idarə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin
nümayəndələri iştirak etmişlər. Rəsmi açılış mərasimindən sonra yeni ucaldılmış dövlət bayrağı himn sədaları altında
qaldırılmış və Heydər Əliyev mərkəzinə kütləvi baxış keçirilmişdir.
Mərkəzdə yeni yaradılmış kompyuter mərkəzi, gənc rəssamlar üçün yaradıcılıq studiyası tədbir iştirakçıları tərəfindən yüksək
qiymətləndirilmişdir.
Sonra bütün mədəniyyət işçiləri ümummilli liderin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq ulu öndəri bir daha dərin
ehtiramla yad etmişlər.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci il 18 fevral tarixli əmrinə əsasən 14 may 2011-ci il
tarixdə Ağdaş rayonunda “Muzeylər gecəsi” aksiyası keçirilmişdir. Tədbir Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsinin
tabeliyində fəaliyyət göstərən Heydər Əliyev muzeyi, tarix-diyarşünaslıq muzeyi və Məqsud Şeyxzadənin ev muzeyinin
əməkdaşları tərəfindən təşkil olunmuşdur.
Respublika Günü münasibətilə Heydər Əliyev muzeyində “Müstəqil Azərbaycanın müstəqil qanunları” mövzusunda “Dəyirmi masa”,
Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Müstəqillik yollarında”, rayon tarix-diyarşünaslıq muzeyində “Müstəqilliyə gedən yol”,
Məqsud Şeyxzadə ev muzeyində “Şərqin ilk Demokratik Respublikası” mövzularında mədəni-kütləvi tədbirlər, sərgilər təşkil
olunmuşdur.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 15 iyun—Milli Qurtuluş Günü münasibətilə rayonun mədəniyyət müəssisələrində silsilə
tədbirlər təşkil olunmuşdur. Belə ki, Heydər Əliyev muzeyində “Müstəqil Azərbaycan Dövlətçiliyinin memarı” mövzusunda
“Dəyirmi masa”, Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Dahilərin dahisi” mövzusunda kitab sərgisi və kitabxanada fəaliyyət
göstərən Heydər Əliyev məktəbinin müdavimləri ilə görüş təşkil olunmuş, ulu öndərin həyat və fəaliyyəti haqqında söz açılmış,
ümummilli lider bir daha anılmışdır.
Həmçinin Ağdaş Dövlət Rəsm Qalereyasında”Dövlətimizin memarı” mövzusunda fotosərgi, şəhər və Ləki qəsəbə Uşaq Musiqi
məktəbində “Heydər Əliyev və Azərbaycan incəsənəti”, “Milli qurtuluş yolu”, mövzularında ədəbi-bədii gecələr,
Tarix-diyarşünaslıq muzeyində “Böyük ömrün səhifələri”, “Qurtuluş günəşi əbədidir” mövzularında “Dəyirmi masa”lar
keçirilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci il 22 iyun tarixli əmrinə əsasən 9-18 avqust 2011-ci il
tarixlərində Ağdaş rayonunda Ağdaş, Göyçay, Zərdab, Ucar rayonlarının orta təhsilli, ixtisasartırma kurslarından keçməyən
kitabxana və klub müəssisələri işçiləri üçün 10 günlük kurslar təşkil edilmişdir. Hər kateqoriyadan 2 qrup olmaqla 4 qrup
üzrə dinləyicilər üçün rahat dərs otaqları ayrılmış, yüksək səviyyədə şərait yaradılmışdır. Respublika mədəniyyət müəssisələri
işçilərinin ixtisasartırma mərkəzinin təcrübəli müəllim kollektivinin apardığı məşğələlərə Ağdaş rayonundan hər kateqoriya
üzrə 10 nəfər olmaqla 20 mədəniyyət işçisi kurslara cəlb olunmuşdur.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün rayonda qeyd
olunması haqqında müvafiq sərəncamı və Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsinin Tədbirlər Planına uyğun oalraq 28 sentyabr
2011-ci il tarixdə Məhəməmd Füzuli adına rayon mədəniyyət evində “Müstəqil Azərbaycan—20” mövzusunda elmi-praktiki konfrans
keçirilmişdir.
Konfransda müstəqilliyimizin tarixi uğurlarla zənginləşməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna
xidmətlərindən danışmış, ulu öndərin müdrik uzaqgörənliklə həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə dövlətçiliyin
mövcudluğunu təhlükə altına alan proseslərin dəf olunmasından söz açmışdır.
Tədbirdə Mərkəzi Kitabxana Sisteminin direktoru S. Feyzullayev, tarix-diyarşünaslıq muzeyinin direktoru N.Yusifova, Heydər
Əliyev muzeyinin direktoru S.Alcanov və başqaları öz çıxışlarında ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə olduğu kimi
ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın milli maraqlarına uyğun gerçəkləşdirilən siyasəti nəticəsində
ölkəmizin dünyanın siyasi cəhətdən ən stabil ölkələrindən birinə çevirilməsini qeyd etmişlər.
Tədbirin sonunda öz işlərində fərqlənən qabaqcıl mədəniyyət işçilərinə mədəniyyət və turizm şöbəsinin fəxri-fərmanları və
mükafatlar təqdim olunmuşdur.
“Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 21.01.2011-ci
il tarixli 1293 nömrəli sərəncamının icrası məqsədlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.02.2011-ci
il tarixli 60 nömrəli əmri və Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsinin Tədbirlər Planına uyğun olaraq 20-30 sentyabr
tarixləri arasında “Müstəqilliyimizin 20 ili” devizi altında gənc rəssamların iştirakı ilə rəsm müsabiqəsi keçirilmişdir.
Müsabiqədə rayon mədəniyyət evinin rəssamlıq dərnəyinin üzvləri ilə yanaşı məktəblilər və rayonda yaşayan gənc rəssamlar
iştirak etmişlər. Bu il sentyabrın 30-da Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Uşaq yaradıcılıq studiyasının sərgi
salonunda müsabiqənin yekun tədbiri keçirilmişdir. Rayon ictimayyətinin qaliblərinə rayon mədəniyyət və turizm şöbəsinin
fəxri-fərmanları təqdim olunmuşdur.
2011-ci ilin 9 ayı ərzində Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin fonduna 3500 nüsxə kitab daxil olmuşdur. Beləliklə,
ümumi fond 470300 nüsxəyə çatmışdır ki, bunun da 88000 nüsxəsi latın qrafikası ilə olan kitablardır. İlin ötən dövrü
ərzində həmin kitablardan 31500 oxucu istifadə etmiş, onlara kitab verilişi 520,000 nüsxə olmuşdur. Kitabxana kollektoru
ilə bağlanmış müqaviləyə 100 faiz əməl olunmuşdur.
Rayon hərbi komissarlığının çağırış məntəqəsində gənclərin hərbi xidmətə yolasalma mərasimlərində gənc çağırışçılar
qarşısında rayon mədəniyyət evinin “Şirvan” instrumental ansamblı konsert proqramı ilə çıxış etmiş, hərbi vətənpərvərlik
ruhunda mahnılar ifa etmişlər.
Bu günlərdə ulu öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin rayonumuzda olması, yeni-yeni mədəni-sosial obyektlərin
açılışında iştirak etməsi, əhali ilə keçirdiyi səmimi görüşlər biz ağdaşlıların xatirindən heç zaman silinməyəcəkdir.
Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsi gələcək fəaliyyətini də ulu öndərimizin siyasi xəttinə sadiqlik prinsipi əsasında
quracaq, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında respublika mədəniyyətinə öz töhfələrini
verəcəklər.
İlham Pənahov "Respublika" 06.11.2011-ci il.
|
| |
Ağdaş: Qazanılan uğurlar müstəqilliyimizin təntənəsidir. |
 |
 |
Regionların iqtisadi potensialının hərəkətə gətirilməsi,
yerlərdə təşəbbüskarlığa geniş meydan verilməsi nəticəsində bölgələrimizdə də iqtisadi fəallıq xeyli artmış, şəhər və rayon
larmızda bir çox infrastruktur layihələri həyata keçirilmişdir. Təkcə bir faktı demək kifayətdir ki, regional inkişaf proqramının
icrası nəticəsində cari ilin ötən dövründə qırx minə yaxın yeni iş yeri açılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin
təşəbbüsü ilə qəbul edilən sosial-iqtisadi inkişaf proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi
nəticəsində yaşayış məntəqələrinin siması getdikcə dəyişir, gözəlləşir, əhalini narahat edən problemlər sürətlə aradan
qaldırılır. Qədim tarixə, özünəməxsus ənənələrə malik olan Ağdaşda həyata keçirilən sosial-iqtisadi tədbirlər sözün həqiqi
mənasında fərəh doğurur. Son illərdə rayonda abad küçələrin, park və meydanların, yaraşıqlı tikilillərin sayı xeyli
artmışdır.Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan muzey və istirahət parkı tamamilə yenidən qurulmuşdur. Parkda
Azərbaycan Bayrağı Meydanı yaradılmış, iki müasir tipli fəvvarə quraşdırılmışdır. Ağdaş şəhərinin 18 küçəsinə və 10 dalana
ümumi uzunluğu 8800poqonmetr olan asfalt döşənmişdir. Elektrik enerjisi ilə təminatı yaxşılaşdırmaq məqsədilə hesabat dövrü
ərzində təmir işləri davam etdirlmiş, 7,8 km uzunluğunda elektrik xətti əsaslı və cari təmir olunmuşdur. Rayonun Kükəl kəndi
ərazisində 220/110kv-luq 2x125 meqavatt gücündə Ağdaş regional elektrik yarımstansiyasının tikintisi davam etmişdir. Təbii
qaz yanacağı ilə təminatı yaxşılaşdırmaq məqsədilə təmir işləri davam etmiş, Ağdaş şəhərinin küçələrində, Ləki qəsəbəsində və
rayonun 6 kəndində müxtəlif ölçülü 10 min 100 poqonmetr uzunluğunda qaz xətləri yenisi ilə əvəz olunmuş, rayonun Aşağı və Orta
Ləki kəndlərinə 280 mm-lik plastik boru vasitəsilə 1300 poqonmetr uzunluğunda daşıyıcı boru xəti, Güvəkənd və Əmirarx kəndlərinə
təbii qaz yanacağının verilməsi üçün 57 mm-lik 700 poqonmetr, 76 mm-lik 400 poqonmetr boru xətti çəkilmiş, hazırda son tamamlama
işləri görülür. Əmirmahmud-Tofiq-Qarağan-Saat kəndlərinə qaz verilməsi üçün 200 mm-lik plastik boru vasitəsilə 2400 poqonmetr
uzunluğunda daşıyıcı xətt çəkilmişdir. Rayon üçün olduqca böyük əhəmiyyətə malik olan 100 çarpayılıq mərkəzi xəstəxananın
tikintisinə 2010-cu ildə başlanılmış və hazırda tikinti işləri davam edir. 2011-ci ilin ikinci rübündə Ağdaş şəhər S.Vurğun
adına 1 nömrəli orta məktəbin və Aşağı Nemətabad kənd orta məktəbinin əsaslı təmirinə başlanılmışdır. Ötən dövrdə rayonda
sənayenin inkişaf etdirilməsi sahəsində lazımi tədbirlər görülmüşdür. Yerli xammaldan istifadə edən qum-çınqıl karxanalarında,
Kükəl kərpiic istehsalı müəssisəsində istehsal prosesləri davam etmiş, "Orelay" şirniyyat istehsalı müəssisəsinin yeni sexində
tikinti-quraşdırma işləri aparılmışdır. Rayonda keçən ilin eyni dövründəkindən 25.5 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.
Rayonda sahibkarlara 3 milyon 304 min manat həcmində kredit verilmişdir. Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd
təsərrüfatının inkişafı da daim diqqət mərkəzində saxlanılmışdır. Rayonda 2011-ci ilin məhsulu üçün 39823 hektar sahədə
payızlıq və yazlıq kənd təsərrüfatı bitkiləri əkilmişdir. Dən üçün əkilmiş 15622 hektar taxıl sahəsində vegetasiya suyu və aqrtexniki
qulluq işləri aparılmış, taxıl biçini dövründə mövcud olan kombaynların gücündən səmərəli istifadə olunması üçün kompleks tədbirlər
həyata keçirilmişdir. İlin birinci yarısında taxıl sahəsinin 12807 hektarında biçin aparılmış, 31482 ton taxıl istehsal olunmuşdur.
Biçin üçün 65 ədəd kombaynın gücündən tam istifadə edilmişdir.4368 hektar tərəvəz sahələrinə aqrotexniki qulluq davam etdirlmiş, 1318
hektar qarğıdalı,1183 hektar kartof, 1523 hektar bostan, 6143 hektar yonca əkilmişdir. Rayonda şoranlaşmış torpaqlar mövcud olduğundan
həmin ərazilərin yaralı əkin sahələrinə çevrilməsi üçün çəltik əkininin böyük əhəmiyyəti vardır. Ona görə də rayonda 2011-ci ilin
birinci yarısında 1129 hektar şoranlaşmış torpaq sahəsində çəltik əkilmişdir. Rayonda heyvandarlığın inkişaf etdirlməsi üçün
yem bitkilərinin, xüsusilə yonca, qarğıdalı, arpa əkini sahələrinin genişləndirilməsi və naxırın cins tərkibinin yaxşılaşdırılması
ön plana çəkilmişdir. 2011-ci ildə mal-qaranın qüvvəli və qaba yemlə təmin olunması məqsədilə 5300 hektar arpa, 1318 hektar qarğıdalı,
6143 hektar təzə yonca əkilmiş, mövcud olan 6575 hektar yonca sahəsində aqrotexniki qulluq işləri aparılmışdır. Hazırada rayonda
qaba yem tədarükü davam etdirilir. Heyvandarlıq məhsulları istehsalına göstərilən qayğının nəticəsində rayonda iribuynuzlu mal-
qaranın sayı 837 baş artaraq 74236 baş, xırdabuynuzlu mal-qaraının sayı isə 1459 baş artaraq 91411 baş olmuşdur. Azərbaycan
Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli
sərancamının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı qərarı ilə təsdiq edilmiş
"Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət
büdcəsinin vəsaiti hesabına yardım verilməsi "Qaydaları"na və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər
tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin güzəştlə satılması "Qaydaları"na uyğun məhsul istehsalçılarına
müvafiq izahatlar verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət yardımının verilməsi üçün 41 kənd ərazi komissiyasında
toplanmış məlumatlar-istehsalçıların siyahısı, istifadə olunan əkin sahələri çoxillik əkmələr barədə məlumatlar, istehsalçıların
iştirakı ilə baxış aktları və digər tələb olunan sənədlər təhlil edilmiş, məlumatlar Respublika Komissiyasına təqdim olunmuşdur.
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına
mineral gübrələrin güzəştlə satılması "Qaydaları"na əsasən 2010-cu ilin əvvəlindən istehsalçılara güzəştli qiymətlərlə 606.8
ton mineral gübrə satılmışdır. Bakı şəhərində keçirilən yarmarkaya rayonun fermerləri tərəfindən 131.4 ton keyfiyyətli və ucuz
qiymətlərlə müxtəlif növ kənd təsərrüfatı məhsulları çıxarılmışdır. 2011-ci ildə məhsul istehsalçılarına güzəştli qiymətlərlə
606850 kq mineral gübrə satılmışdır. Rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri çoxillik bitki ilə qidalanan gəmiricilər
və çəyirtkələrə qarşı 6950 hektar sahədə yoxlam aparmış, 4300 hektar yoluxmuş sahə müəyyən etmişlər. Rayonun iqtisadi
həyatında mühüm rolu olan Ağdaş Suvarma Sistemləri İdarəsi 2011-ci ilin doqquz ayı ərzində 25187 hektar əkin sahələrini suvarma
suyu ilə təmin etməyi planlaşdırmışdır və bu işlər davam etdirilir. 11835 hektarı dənli bitkilər, 670 hektarı bostan-tərəvəz,
592 hektarı çoxillik əkmələr, 8348 hektarı yem bitkiləri, 3642 hektarı həyətyanı sahələr, 100 hektarı çəltik sahəsidir.77509
hektar sahədə 3.1 dəfə suvarma aparılmışdır. 2011-ci ilin 9 ayı ərzində Ağdaş Suvarma Sistemləri İdarəsi öz su mənbələrindən
Türyançay çayından Və Yuxarı Şirvan kanalından 148079 min kubmetr su götürmüşdür ki, bu zaman su ayrıclarından 111714 min kubmetr
plana qarşı 115128 min kubmetr su verilmişdir ki, bunun da 101214 min kubmetri birbaşa əkin sahələrinin suvarılmasında istifadə
olunmuşdur. 2011-ci ilin 9 ayı ərzində Ağdaş Suvarma Sistemləri İdarəsi suvarma suyunu sahələrə 1538.1 km uzunluğunda suvarma
kanalları vasitəsilə çatdırıb. İlin əvvəlindən həmin suvarma kanallarının 432 km-lik hissəsində mexanizmlər vasitəsilə 788 min
kubmetr lildəntəmizləmə işləri aparılmışdır. Əsaslı təmir tədbirləri işlərinə uyğun olaraq Türyançay hidroqovşağının təmir
işlərinə başlanmış, hidroqurğuların binasının təmiri başa çatdırılmış, işıqlandırma sisteminin və məhəccərlərin təmir işləri
davam etdirilir. 2011-ci ilin 9 ayı ərzində Ağdaş Suvarma Sistemləri İdarəsi suyun pullu satışından 64400 manat vəsait əldə
etmişdir və bu iş davam etdirilir. 2011-ci ilin 9 ayı ərzində 225 ədəd müxtəlif hidrotexniki baş qurğuda, növbətçi evində
və idarə binasında cari təmir işləri aparılmışdır. Rayonda ət istehsalı (diri çəkidə) 180 ton artaraq 5454 ton, süd istehsalı
975 ton artaraq 17468 ton, yumurta istehsalı 208 min ədəd artaraq 5 milyon 685 min ədəd, yun istehsalı 1.3 ton artaraq 151.6
ton olmuşdur. Rayonun Ərəbocaq kəndi ərazisində müasir tipli 1200 başlıq heyvandarlıq kompleksinin tikintisi davam etmişdir.
Mövcud olan mal-qaraya zoobaytar xidmətlərinin göstərilməsi və heyvanların cins tərkibinin yaxşılaşdırılması sahəsində ardıcıl
tədbirlər həyata keçirilmişdir. Ötən dövr ərzində hər ay baytarlıq sahəsində epizootik tədbirlərin yerinə yetirilməsi vəziyyəti
müzakirə olunmuş, insan və heyvan üçün təhlükəli olan infeksion xəstəliklərə qarşı mübarizə işinin aparılması nəzarətdə saxlanılmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən vaksin və dərmanların gətirilməsi təmin edilmişdir. Rayonda mal-qara
arasında süni mayalandırma işinin təşkili və onun genişləndirilməsi sahəsində də müəyyən işlər görülmüşdür. BMT-nin nəzdində Kənd
Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) və İslam İnkişaf bankı tərəfindən "kənd yerlərinin kompleks inkişafı" layihəsi
çərçivəsində rayonun kənd yaşayış məntəqələrində təsərrüfatdaxili su və şirə kanallarının bərpası ilə əlaqədar hazırlıq işləri görülür.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə təsdiq edilmiş plan-qarfikə uyğun təsərrüfatlararası kanalların
lildən təmizlənməsinə başlanılmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində rayonda keçən ilin müvafiq dövrünə nisbətən
ümumi məhsul istehsalı 31.7 faiz və ya 25 milyon 913 min manat artaraq 106 milyon 843 min manat, sənaye məhsulu istehsalı 25.5
faiz və ya 744 min manat artaraq 3 milyon 662 min manat, kənd təsərrüfatı məhsulu istehsalı 19.4 faiz və ya 10 milyon manat
artaraq 61 milyon 527 min manat, pərakəndə əmtəə dövriyyəsi 39.9 faiz və ya 5 milyon 778 min manat artaraq 20 milyon 384 min
manat təşkil etmişdir. Rayon üzrə bütün maliyyə mənbələri hesabına əsas kapitala 19 milyon 213 min manat həcmində, keçən
ilin eyni dövrünə nisbətən 7 milyon 463 min manat çox investisiya qoyulmuşdur. Bir sözlə, Ağdaşda son illərdə həyata
keçirilən bütün ürəkaçan işlər düzgün siyasi və iqtisadi strategiyanın parlaq və məntiqi nəticəsidir. Müstəqilliyimizin bərpasının
iyirmi ili ərzində bütün bütün bölgələrimiz kimi, daha böyük uğurlara imza atmağa səy göstərən bi qədim diyar da bu gün özünün
ən xoş günlərini yaşayır. İlham Pənahov "Respublika" 22.10.2011-ci il.
|
| |
Dövlət qayğısı daha böyük uğurlara səfərbər edir. |
Son illər Azərbaycanda iki mindən artıq yeni məktəb tikilib və bu təhsil ocaqlarının hər
biri müasir avadanlıqlarla təchiz edilib.
Ölkə Prezidentinin təhsilin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi proqramlar milli təhsil sistemində
mühüm mərhələ sayılır və ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan təhsil islahatlarının uğurlu davamı kimi dəyərləndirilir.
Dövlət başçısı İlham Əliyevin "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında
11 iyul 2011-ci il tarixli sərəncamı respublikada müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün daha geniş perspektivlər
açır. Başqa sözlə, ölkəmizdə informasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə
tələbatı fundamental vəzifə kimi qarşıya qoyulur. O da fərəhli haldır ki, yeni mərhələyə qədər Azərbaycanda müasir tipli məktəb
binalarının tikilməsi və əsaslı bərpası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və
kommunikasiya texnologiyaları ilə təmin edilməsi və digər məsələlərlə bağlı xeyli iş görülüb. Vacib məqamlardan biri də yaradılan şəraitin
müqabilində təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsinə diqqətin artırılmasıdır. Bu məsələdə hər il keçirilən "Ən yaxşı ümumtəhsil
müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələri də çox əhəmiyyətlidir. Son illər Ağdaş təhsilinin inkişafındakı göstəriciləri də bu sahəyə
dövlətin qayğısı sayəsində yaradılan şəraitlə əlaqələndirmək olar.
Builki müsabiqələrdə Ağdaş Təbiət, Texniki və Humanitar Təmayüllü Gimnaziya və S.Vurğun adına Ağdaş şəhər 1 nömrəli tam orta məktəb ilin
"Ən yaxşı təhsil müəssisəsi" adına layiq görüldülər. Müsabiqə başladığı dörd ildən bəri Ağdaşın təhsil işçilərinə ilk dəfədir ki, bu sevinci
yaşamaq nəsib olur.
Qeyd etmək lazımdır ki, hazırda rayonda təhsilin inkişafına diqqət daha da artırılıb. Məktəblərin dərsliklə təminatı, tədrisin keyfiyyəti,
həmçinin şagirdlərin yaradıcılıq müsabiqə və sərgilərində müntəzəm iştirakı qazanılan uğurları şərtləndirən amillərdir. Şübhəsiz ki, dövlət
qayğısı sayəsində təhsilin maddi-texniki bazasının gücləndirilməsi də böyük əhəmiyyət kəsb edir.
1959-cu ildən internat kimi fəaliyyətə başlayan Ağdaş Texniki, Təbiət və Humanitar Təmayüllü Gimnaziya 2006-cı ildən yeni adla fəaliyyətini
davam etdirir. Gimnaziyanın direktoru Şəhla Hacıyeva təhsil uğurlarına görə "Tərəqqi medalı"na layiq görülüb. Şəhla xanım ölkə təhsilinin
inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevaya dərin minnətdarlığını bildirir.
Prezident İlham Əliyev 2006-cı ildə Ağdaş rayonuna səfəri zamanı gimnaziyaya baş çəkmiş, onun mövcud vəziyyəti ilə tanış olduqdan sonra bu
təhsil ocağında əsaslı yenidənqurma işləri aparılmış, maddi-texniki baza gücləndirilmişdir. İndi üçmərtəbəli binada yerləşən gimnaziyada hər
cür şərait yaradılıb. Müasir tədris otaqları, kompyuter mərkəzi, kitabxana, yeməkxana şagirdlərin ixtiyarındadır. Üçüncü mərtəbədə ətraf
rayonlardan gələn şagirdlər üçün yataqxana da fəaliyyət göstərir. Fərəhli haldır ki, 539 şagirddən 282-si əla qiymətlərlə oxuyur. "Ana dilimizi
sevək, sevdirək" mövzusunda inşa yazısına görə beynəlxalq olimpiadada gimnaziyanın şagirdi Aysel Hacıyeva birinci yerə layiq görülüb. Gimnaziya
kollektivinin ən böyük arzusu elektron məktəb layihəsinə qoşulmaqdır.
S.Vurğun adına Ağdaş şəhər 1 nömrəli tam orta məktəbdə də tədrisin keyfiyyətinin yüksəldilməsinə kompleks yanaşılır. Burada şagirdlərin
hərbi-vətənpərvərlik ruhunun artırılması daim diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, "Cəsurlar" və "Şahin" hərbi idman oyunlarında məktəbin
təmsilçiləri həmişə yüksək yerlər tuturlar. Onu da qeyd etmək lazımdır ki, şəhər 1 nömrəli məktəb "Səmərəli məktəb" layihəsinə də düşüb. Təhsil
ocağının direktoru, respublikanın əməkdar müəllimi Natella Çələbiyeva söhbət zamanı bildirdi ki, dövlətin göstərdiyi qayğının müqabilində daha
yüksək göstəricilərə nail olmağa çalışırlar. Məktəbdə 502 şagirdin təlim-tərbiyəsi ilə 77 müəllim məşğul olur. Onlardan iki nəfəri əməkdar
müəllimdir. Keçən il 32 məzundan 17-si ali məktəblərə qəbul edilib. Hazırda S.Vurğun adına Ağdaş şəhər 1 nömrəli tam orta məktəbin binasında
Dünya Bankının vəsaiti hesabına əsaslı təmir işləri aparılır. Təmirdən sonra yaradılan şərait, şübhəsiz ki, təhsil göstəricilərini daha da
yaxşılaşdırmaq üçün əlavə stimul olacaq. Hər iki təhsil ocağının kollektivi ilin "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsində qalib gəlmələrini
sevinc hissi ilə qarşılayır və xüsusi qeyd edirlər ki, bu nailiyyət onları böyüməkdə olan nəslin təlim-tərbiyəsi sahəsində daha böyük uğurların
qazanılmasına səfərbər edir.
Telman NƏZƏRLİ,
"Azərbaycan"
|
| |
Ağdaşda Milli Qurtuluş Günü qeyd olunub. |
 |
Ötən gün 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ağdaş rayon İcra hakimiyyəti
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı ilə birgə rayon
ictimaiyyəti nümayəndələrinin iştirakı iə yığıncaq keçirib. Tədbirdən öncə rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin
Ağdaş şəhərinin Heydər parkında ucaldılan əzəmətli abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər. Ağdaş Musiqi məktəbinin
iclas zalında keçirilən təntənəli yığıncaqda Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev geniş məruzə ilə çıxış edib. "Hamıya
məlumdur ki, SSRİ dağıldıqdan sonra onun tərkibində olan dövlətlər öz müstəqilliyini qazandı və müstəqilliyin ilk illərində bəzi çətinliklərlə
qarşılaşdı. Azərbaycan isə, o illərdə daha ağır vəziyyət düçar olmuşdu. Bunun səbəbi o vaxtkı hakimiyyətin səriştəsizliyi, qorxaqlığı, siyasi
bacarığının olmaması ilə əlaqədar idi. Bu ağır vəziyyətdə xalqımıza Heydər Əliyev kimi dahi siyasətçi, xalqını, millətini sevən, müdrik, siyasi
səriştə və böyük iradəyə malik olan lider lazım idi. Ümummilli liderimiz Heydər Əliyev də xalqını və vətənini çox sevdiyi üçün bu ağır vəziyyətdə
millətinin koməyinə gəldi. Ulu öndər Heydər Əliyev Azərbaycanın başı üstündə olan bütün qara buludları məhv etdi və ölkəmizin bütün sahələrdə inkişaf
etməsinə nail oldu. Hər kəsə məlumdur ki, ümummilli lider Azərbaycanı çox çətinliklərdən qurtardı" deyən R. Niftəliyev vurğuladı ki, ölkəmiz elə
bir ağır vəziyyətdə idi ki, bu vəziyyətdən Azərbaycanı yalnız dahi öndər çıxara bilərdi. Heydər Əliyevin Azərbaycan üçün, xalqımız və millətimiz
üçün etdiyi o qədər böyük, saysız-hesabsız işlər var ki, bunları saymaqla bitirmək olmaz. Ulu öndərimizin ictimai, siyasi, mədəni və digər sahələrdə
apardığı uğurlu işlər güclü, qüdrətli Azərbaycan naminə görülən işlər idi. Ulu öndər Heydər Əliyev dünya dövlətlərinin hesablaşacağı, əməkdaşlıq
etməyə səy göstərəcəyi güclü bir Azərbaycan dövləti yaratmış oldu. Bu güclü Azərbaycan dövləti bu gün də cənab Prezident İlham Əliyevin apardığı
siyasət sayəsində daha da qüdrətlənir. Tədbir bədii hissəsi respublika incəsənət ustalarının iştirak etdiyi geniş konsert proqramı ilə axşam
Heydər parkında davam etdirildi.
|
| |
Qəlbimə düşən işıq |
 |
 |
Ağdaşa gəlib ulu öndər Heydər Əliyevin
adını daşıyan parkı ziyarət etməmək, sadəcə olaraq, mümkünsüzdür. Əvvəla, ona gorə ki, bu park xalqımızın böyük oğlunun bütün nəsillərə nümunə olan şərəfli
və qalib adı ilə bağlıdır. Biz hələ onu demirik ki, əsası ötən əsrin 70-ci illərdə ümummilli liderin respublikaya rəhbərlik etdiyi dövrdə qoyulmuşdur.
Digər tərəfdən, bu park sözün əsl mənasında, böyük bir universitet keçmək, ibrət dərsi almaq, xalq, millət və Vətən, onun qəhrəmanı və şərəfli keçmişi,
mübarizə yolu, xoşbəxt bu günü və işıqlı gələcəyi haqqında aydın, dürüst və geniş məlumat əldə etmək məqamıdır. Başqa sözlə desək, burada həm dincəlmək,
istirahət etmək, həm də məlumatlanmaq, olub-keçənləri götür-qoy etmək, nəticə çıxartmaq, sabaha daha aydın və inamla baxmaq məkanıdır. Son vaxtlar Ağdaşda
tamamilə yenidən qurulmuş Heydər Əliyev adına parka gələrkən qəlbimdən keçən duyğu və düşüncələr bax bundan ibarətdir. Əslində, Heydər Əliyev adına
park son 7 ildə ikinci dəfədir ki, əsaslı şəkildə yenidən qurulmuşdur. Bu heç də təsadüfi deyil. Ağdaş Rayon İcra Hakimiyyətinin iş üslubunda,
təşkilat idarəetmə məsələlərində ən fərqləndirici, aparıcı cəhətlərdən biri müasirlik axtarışları, yenilik meylləridir. Görülən işlərlə arxayınlaşmamaq,
həyatın nəbzini tutmaq, çevik, operativ, ardıcıl və sistemli fəaliyyət, daha çox elmi münasibət son illər əldə edilmiş böyük uğurların əsas amilinə
çevrilib. Əlbəttə, söhbət heç də hər hansı küçəyə asfalt döşənməsindən, ağac əkilməsindən, divarın rənglənməsindən və s. getmir. Söhbət görülən işin
keyfiyyətindən, yüksək zövq və səviyyədən, dünya təcrübəsindən, onu öyrənmək və tətbiq etmək bacarığından, müasirlik duyğusundan və s. gedir. Mən
son günlər dəfələrlə Ağdaşda, Heydər Əliyev adına parkda olmuşam. Ən əvvəl, yuxarıda da dediyim kimi, burda olmaqdan zövq alıram, ruhən dincəlirəm,
zənginləşirəm. Digər tərəfdən, parkı ziyarət etməyəgələn insanlarla görüşmək, onların fikir və düşüncələrini öyrənmək maraqlıdır. Onu da deyim ki,
aldığım cavablar, əslində, qəlbimdən keçənlərin əks-sədası idi. Rafiq Nəbiyev: - Ölkəmizin son 50 ildə keçdiyi yol gözlərim qarşısındadır.
Ümumiyyətlə, tariximizə yaxşı bələdəm. Bunula belə, parkda bu tarixi mərhələləri əks etdirən elementlərə tamaşa edəndə bir daha qəhrəman və şanslı keçmişimiz,
son 40 ilin yüksəliş mərhələləri, müstəqilliyimizin çətin və şərəfli yolu barədə düşünürəm. Bu isə çox vacibdir və əslində, hər bir azərbaycanlının hər gün
görməli, tanış olmalı və dərk etməli olduğu müqəddəs bir duyğudur. Yeri gəldi-gəlmədi tariximizdən, vətənpərvərlik tərbiyəsindən çox danışırıq. Nəzərə almaq
lazımdır ki, vətənpərvərlik tərbiyəsi təkcə ailədən, məktəbdən başlanmır.Düzdür, bunlar da vacibdir. Lakin bu elə bir zəruri amildir ki, onu gərək hər gün,
hər yerdə görəsən, duyasan. Digər tərəfdən, bu elementlərin məhz Heydər Əliyev adına parkda təşkil olunmasının böyük rəmzi mənası var. Axı ulu öndərin hamımıza
örnək olan həyat və fəaliyyəti elə Vətənə, xalqa, millətə olan sevgi və sədaqətin ən bariz nümunəsidir. Şəlalə Mustafazadə: - Gördüyünüz kimi, parka
gələnlərin əksəriyyəti gənclərdir. Özü də biz bura təkcə əylənməyə, istirahət etməyə gəlmirik. Bizi bura çəkib gətirən ən əsas səbəb dərs kitablarında
oxuduqlarımızın, necə deyərlər, əyani ifadəsini görməkdir. Burada xalqımızın tarixi, keçdiyi yol, tarixi şəxsiyyətlərimiz, dünya şöhrətli elm, ədəbiyyat və
incəsənət xadimlərimiz haqqında əyani məlumat ala bilirik. Ən vacib cəhətlərdən biri də ondan ibarətdir ki, ulu öndər Heydər Əliyev mərkəzi də məhz buradır.
Deməli, hər cür məlumat almaq imkanımız var. 9 bölmədən ibarət olan Heydər Əliyev muzeyi isə, sözün əsl mənasında, biz gənclərin ziyarət yeridir. Ulu öndərin
həyat yolunu, mübarizələrlə dolu fəaliyyətini əks etdirən zəngin sənədlər, foto və arxiv materialları bizdə qürur və iftixar hissi oyadır, Vətənə, millətə,
layiqli övlad olmaq duyğusu yaradır. Ulu ondər Heydər Əliyevin adını daşıyan 7 hektarlıq parkın yenidən qurulmasına 6 ay əvvəl başlanılıb. Rayon sakinlərinin
sevimli istirahət mərkəzi olan parkın girişində 200 metr uzunluğunda istinad divarlar tikilərək aqlay və gülbağ daşlarla üzlənib. Dairəvi formada hörülən 400 metr
uzunluğundakı hasarlar isə təbii çay daşları ilə bəzədilib. İstirahət guşəsinin ərazisində 3000 kvadratmetr tamet, 2000 kvadratmetr mərmər üzlük döşənib. Rəngli-
musiqili fəvvarə quraşdırılıb. 5000 ədəd ağac, bəzək və gül kolları əkilib. 5000 kvadratmetr sahədə yaşıllıq salınıb. 120 ədəddən çox müasir işıq dirəyi quraşdırılıb.
Parkın mərkəzində 200 metr uzunluğunda Heydər Əliyev abidə kompleksi yaradılıb. Kompleks boyunca bir-birini əvəz edən mərmər lövhələrin səthini dövlət artributlarını,
tarixi keçmişimizi və milli-mənəvi dəyərlərimizi əks etdirən memarlıq elementləri bəzəyir. Mütəxəssislərin qədim şərq və müasir memarlıq ənənələrinin incəliklərindən
məharətlə istifadə etməsi abidə kompleksinin möhtəşəmliyini daha da artırır. Meydana hündürlüyü 40 metr olan bayraq dirəyi xüsusi yaraşıq verir. Parkdakı Heydər
Əliyev mərkəzi əsaslı surətdə yenidən qurularaq sahəsi 500 kvadratmetr artırılıb, 3 salonda olan sarayda kompyuter və ideoloji mərkəz, muzey, uşaq və gənclərin
yaradıcılıq mərkəzi, çoxsaylı dərnəklər fəaliyyət göstərir. Mərkəzin muzeyində 9 bölmədəHeydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı 200-dən çox fotoşəkil, qiymətli
eksponat nümayiş etdirilir. Burada məktəblilər yüksək ixtisaslı mütəxəssislərin köməyi ilə rəsm, tarix, ədəbiyyat, şahmat dərnəklərində biliklərini artıracaqlar.
Kompyuter mərkəzi isə yeniyetmələrin informasiya texnologiyalarına yiyələnməsində mühüm rol oynayacaqdır. İnkişaf və yüksəlişin əsasında nə dayanır?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəsarətli və qətiyyətli rəhbərliyi altında bütövlükdə respublikamız, o cümlədən ayrı-ayrı bölgələr iqtisadi,
sosial və mədəni sahədə misli görünməmiş inkişaf yolu keçmişdir. Bu inkişaf və sıçrayışın konkret təzahürlərindən biri də məhz Ağdaş rayonudur. Elə buradaca son
illər rayonda həyatımızın müxtəlif sahələrində əldə edilmiş uğurları əks etdirən fakt, rəqəm və göstəriciləri bir daha yada salmaq istəyirik. Ümumiyyətlə, 2003-2010-cu
illərdə rayonda ümumi məhsul istehsalı 4,2 dəfə, sənaye 3,3 dəfə, kənd təsərrüfatı 3,1 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 14,4 dəfə, əhalinin
gəlirləri 10,7 dəfə, orta aylıq əmək haqqı 10 dəfə artmışdır. Təkcə ötən ildə 185 milyon manatlıq - 2003-cü ildəkindən 141 milyon manat və ya 4,2 dəfə çox
ümumi məhsul,6 milyon 129 min manatlıq - 4 milyon 298 min manat və ya 3,3 dəfə çox sənaye məhsulu, 97 milyon 525 min manatlıq-66 milyon 176 min manat və ya 3,1
dəfə çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu dövrdə rayonda aparılan tikinti işlərinin həcmi 14,4 dəfə və ya 36,5 milyon manat artaraq 39,2 milyon
manat təşkil etmişdir. Son yeddi ildə rayonda 5 min 219-u daimi olmaqla, 13 min 689 iş yeri, o cümlədən 2010-cu ildə 740-ı daimi olmaqla, 1617 iş yeri açılmışdır.
O da maraqlıdır ki, istehsal olunan sənaye məhsulunun 93,4 faizi, ümumi məhsulun isə 95,6 faizi özəl bölmənin payına düşür. Məlumdur ki, Ağdaş ənənəvi kənd
təsərrüfatı rayonudur. Ona görə də burada kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılır. Bu sahənin inkişaf etdirilməsi üçün bir sıra əhəmiyyətli
tədbirlər həyata keçirilir. Məsələn, təkcə ötən il kənd təsərrüfatından 96 milyon 186 min manat gəlir əldə edilmişdir ki, bu da 2009-cu ildəkindən 2,4 faiz çoxdur.
2010-cu ildə 15,8 min hektar taxıl sahəsindən 37,2 min ton məhsul istehsal olunmuşdur. 2011-ci ilin məhsulu üçün isə 16,2 min hektar taxıl əkilmişdir.
Kənd təsərrüfatının müasir texniki vasitələrlə təminatının yaxşılaşdırılmasında böyük rolu olan "Aqrotexservis"in Ağdaş filialı üçün inzibati bina tikilib
istifadəyə verilmişdir. "Aqroservis"in balansında olan 52 müxtəlif növ kənd təsərrüfatı texnikası ilə fermerlərə və fərdi torpaq sahələrinə xidmət göstərilir.
Rayonda iri malın sayı 1002 baş artaraq 74,6 minə xırda malın sayı isə 1386 baş artaraq, 90,5 minə çatmışdır. Diri çəkidə ət istehsalı 259,6 ton, fiziki çəkidə
süd istehsalı isə 879,9 ton artmışdır. Təhsil sahəsində müvafiq dövlət proqramlarının yerinə yetirlməsi istiqamətində son illər mühüm tədbirlər həyata
keçirilmişdir. Kotavan,Pirkəkə, Kükəl, Yuxarı Ləki, Qaradeyin və Gürcuva kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. M.Şeyxzadə adına
gimnaziya, M.İsayev adına, habelə 3 saylı şəhər, 6 saylı Ləki qəsəbə tam orta məktəbləri əsaslı təmir olunmuşdur. Bundan başqa, 3 saylı şəhər orta, Güvəkənd,
Dəhnəxəlil, Mürsəl, Yuxarı Ləki kənd tam orta, Nehrəxəlilvə Yenikənd kənd ümumi orta ümumtəhsil məktəbləri üçün 840 yerlik 42 əlavə sinif otağı tikilmişdir.
13 məktəbdə müasir istilik sistemləri quraşdırılmışdır. Heydər Əliyev Fondu tərəfindən tikilib istifadəyə verilmiş Habil Əliyev adına misiqi məktəbi rayonun
həyatında böyük mədəni hadisəyə çevrilmişdir. Təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı dövlət proqramlarının
icrasına uyğun rayonun təhsil müəssisələrinə indiyədək 480 ədəd kompyuter verilmiş, 15 ümumtəhsil məktəbində kompyuterlərin internetə bağlantısı təmin edilmişdir.
Rayondan ali və orta ixtisas məktəblərinə daxil olmuş məzunların sayı 2003-cü illə müqayisədə 5 dəfəyədək artmışdır. Əhaliyə göstərilən səhiyyə xidmətinin
səviyyəsinin yüksəldilməsi məqsədilə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrində, doğum evində və uşaq poliknikasında əsaslı və cari
təmir işləri həyata keçirilmişdir. Orta Ləki, Aşağı Ləki və Ərəb kəndlərində yeni həkim ambulatoriyaları tikilmiş, 371,9 min manatlıq tibbi avadanlıq verilmişdir.
Müasir idarəetmə elmi prinsiplərə söykənir.
Ağdaş Rayon İcra Hakimiyyətinin fərqli iş üslubundan, təşkilat-idarəetmə məsələlərindən çox yazmışıq. Həmişə də diqqətimizi daha çox o çəkib ki, burada yenilik
hissi çox güclüdür, adət edilmiş ənənəvi yolla getməyi xoşlamırlar. Bəli, əslində bu, məhz belə də olmalıdır. Ən azı ona gorə ki, dünya həqiqətən də gör-götür
dünyasıdır.
İkinci bir tərəfdən, axı həyat bir yerdə durub dayanmır, sutkanı uzatmaq da mümkün deyil. Deməli, sabahın qayğılarını bu gün görmək və həll etmək,
və həll etmək, üstəgəl, ən vaciblərini seçib ön plana çəkmək olduqca vacibdir. Bunu isə ilk növbədə, indiki insanların səviyyə və dünyagörüşü, həyatın özünün
irəli sürdüyü vacib problemlər tələb edir. Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev ürəyimizdən keçənləri dəqiq hiss
etmişdi: - İndi başqa cür işləmək, sadəcə olaraq, mümkün deyil. Çevik, operativ, sistemli v ardıcıl fəaliyyət olduqca vacibdir. Adamlar sənə inanmalı,
ardınca getməli, deyilən sözün, qəbul edilən qərarın dəqiq icrasına möhkəm inanmalıdırlar. Digər tərəfdən, indi kabinetdən rəhbərlik dövrü deyil. Daim adamlar
arasında olmaq, yerlərdəki vəziyyətlə arayış və sənədlər əsasında yox, canlı əlaqə və ünsiyyət vasitəsilə tanış olmaq hər hansı sahəə əldə edilmiş uğurların
başlıca amilidir. Rafiq Niftəliyevi çoxdan tanıyıram, uzun illər müxtəlif rayonlarda rəhbər vəzifələrdə çalışıb. Təcrübəli, geniş dünyagörüşlü və praqmatik
adamdır. Bir rəhbər işçi kimi mənə ən xoş gələn odur ki, maraqlı, rəngarəng iş üslubuna malikdir, müasir, elmi münasibətə daha çocx üstünlük verir. Sevdiyi və
başqalarından da tələb etdiyi daha bir cəhət var: dəqiq icra intizamı: - Əvvəllər vahid partiya vardı, hər şey bir mərkəzdən idarə olunurdu. İndi isə
vəziyyət başqadır. Hər şey sənin özünün işi qurmaq bacarığından, adamlarla işləyə bilmək səriştəsindən asılıdır. İlk növbədə, əlbəttə, adamlar sənə inanmalı,
fəaliyyətinə və şəxsiyyətinə hörmətlə yanaşmalıdırlar. İndi, necə deyərlər, nə kommunist partiyasının zəhmli büro iclasları, nə də qılıncının dalı da, qabağı
da kəsən raykom katibləri var. Bax, bu yerdə əsas ağırlıq adamlarla işləyə bilmək, onların hörmət və ehtiramını qazanmaq, başqa sözlə desək, rəhbər işçidən daha
çox el adamı olmaq kimi vacib mənəvi amillərin üzərinə düşür. Bu cəhətdən tale bizim üzümüzə gülüb. Ona görə ki, öz həyatını xalqa, Vətənə və millətə həsr
etmiş, parlaq nümunə, əsl örnək daim başımızın üstündədir. Xalqımıızın böyük oğlu, ulu öndər Heydər Əliyevin hamımıza örnək olan ömür yolu, adamlara diqqət
və qayğısı, iş üslub və metodları hər bir rəhbər işçi üçün, sözün əsl mənasında, həyat dərsləridir. Biz bu zəngin və tükənməz xəzinədən hələ cox şey üyrənməli
onun prinsiplərindən daim faydalanmalıyıq. Hec uzağa getməyək. Ümummilli lider 70-80-ci illərdə 2 dəfə Ağdaşa tarixi səfər etmiş, rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşmüş, müxtəlif müəssisələrdə, kəndlərdə olmuşdur. Həmin görüş və söhbətlər bu gün də ağdaşlıların qəlbində və yaddaşında ən əziz xatirə
kimi yaşamaqdadır. Olduqca fərəhlidir ki, həmin gözəl ənənə bu gün də uğurla davam etməkdədir. Mən bu sözləri deyərkən hər şeydən əvvəl Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin regionlara tarixi səfərlərini nəzərdə tuturam. Ölkə rəhbəri son illər 2 dəfə Ağdaşa səfər etmişdir. İndi şəhərimizi
bəzəyən bir sıra ictimai, sosial və idman müəssisələrinin açılışında, yaxud təməqoyma mərasimində iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşmüşdür. Dövlət başçısı Ağdaşda həyata keçirilən genişmiqyaslı işlərə böyük qiymət verməklə yanaşı, öz dəyərli məsləhət və tövsiyyələrini də
bildirmişdir. Bu isə şübhəsizdir ki, rayonda işlərin daha yüksək sürətlə getməsinə təkan vermiş, adamlarda ruh yüksəkliyi yaratmış, onların sabaha olan inam
və ümidini artırmışdır. Demək istəyirəm ki, hamımıza parlaq örnək və əsl məktəb ola biləcək zəngin xəzinəmiz var. Biz mümkün qədər bu xəzinədən çox şey
öyrənməli, onu öz gündəlik fəaliyyətimizdə tətbiq etməyi bacarmalıyıq. Mən şəxsən elə bir gün olmur ki, ulu öndərin dahiyanə fikir və ideyalarını əks
etdirən ölməz xitablarını, ölkə Prezidentinin qətiyyətli, cəsarətli daxili və xarici siyasətini ifadə edən əsərlərini oxumayam. Bu, hər bir rəhbər işçi,
ümumiyyətlə, vətəndaş üçün mənəvi zənginlik və kamillik məktəbidir. - Biz bayaq sizinlə müasir mərhələdə iş üslub və metodlardan danışdıq. Sözsüz ki,
burada kadrların düzgün seçilməəsi, yerləşdirilməsi və tərbiyə edilməsi xüsusi yer tutur... - Əvvəllər belə bir deyim vardı: kadrlar hər şeyi həll edir.
Əsl həqiqətdə isə bu deyim bütün zamanlar və cəmiyyətlər üçün eyni məzmun və məna daşıyır. Ona görə ki, hər hansı sahədə işin uğurlu təşkili kadrların
düzgün seçilməsindən və yerləşdirilməsindən çox asılıdır. Hər yerdə olduğu kimi, Ağdaşda da öz işlərini günü tələbləri səviyyəsində quran, təşəbbüskar və
yaradıcı, yüksək iş və mənəvi keyfiyyətləri ilə seçilən kadrlar çoxdur. Biz belələrini vaxtında görüb cəsarətlə üzə çıxardır, onlara yüksək etimad göstəririk.
Onu da əlavə edim ki, gənc kadrları irəli çəkərkən yuxarıda sadaladığımız iş və mənəvi keyfiyyətlərlə yanaşı, bir mühüm amilə də xüsusi diqqət yetiririk:
Yanar ürək. Öz xalqı, milləti, Vətəni üçün yanar ürək, ulu öndər Hyedər Əliyevin ölməz ideyalarına və əməllərinə, ölkə Prezidenti İlham Əliyevin cəsarəti və
qətiyyətli fəaliyyətinə sonsuz sədaqət. Biz öz fəaliyyətimizi məhz bu vacib prinsiplər əsasında qurmağa çalışırıq. Ağdaşdan gəlirəm...
...Bölgə müxbiri kimi Ağdaşa çox səfərlərim olub Ancaq səmimiyyətlə etiraf edim ki, heç vaxt qəlbim bu dəfəki kimi fərəh və qürur hissi ilə döyünməmişdi.
Gördüklərim, müşahidə etdiklərim, şahidi olduqlarım xəyalımdan, yaddaşımdan çəkilmirdi. Elə bil ki, ürəyimə işıq düşmüşdü: son illər burada həyata keçirilən
genişmiqyaslı işlərdən, bugünkü xoşbəxt həyatımızdan, sabaha olan dərin inam və ümiddən doğan işıq. Bəli, bu işığın ünvanı Ağdaşdır. Ziyəddin Sultanov.
"Xalq qəzeti" 11 iyun 2011- ci il.
|
| |
Ağdaş davamlı inkişafın yeni ünvanıdır. |
 |
 |
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
ölkəmizin mənafeyi tam nəzərə alınmaqla ədalətli həlli istiqamətindəki fədakar fəaliyyətini ağdaşlılar birmənalı şəkildə dəstəkləməklə
yanaşı, ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın daha da çiçəklənməsi və tərəqqisi naminə üzərlərinə düşən məsuliyyəti
də yaxşı dərk edirlər. Məhz bunun nəticəsidir ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və dəqiq yerinə yetirilməsi üçün
bütün lazımi tədbirlər yüksək səviyyədə həyata keçirilir. Ağdaş rayonunda 2003-cü ildən bəri 5323-ü daimi olmaqla, 14101 iş yeri açılıb.
Təhsil, səhiyyə, yol infrastrukturu, abadlıq-quruculuq sahəsində uğurlu işlər görülüb, xeyli sosial-iqtisadi layihələr gerçəkləşdirilib.
Ölkəmizdə həyata keçirilən islahatlar, təsdiq olunan dövlət proqramları Ağdaş rayonunun da inkişafında əhəmiyyətli rol oynayır. Ölkə Prezidenti
İlham Əliyev çıxışlarının birində demişdir: "Qəbul edilmiş ən gözəl qərar əgər yerlərdə icra olunmursa, onun heç bir əhəmiyyəti yoxdur. Ona görə
də ictimai nəzarət güclü olmalıdır, yerli icra hakimiyyəti orqanları səmərəli işləməli, insanların qayğıları ilə yaşamalı, kömək etməli, yaratmalı
abadlıq-quruculuq işləri aparılmalıdır. Bir sözlə, bizim müasir tələblərimizə uyğun şəkildə işləməlidir". Ağdaş Rayon İcra Hakimiyyəti aparatı
fəaliyyətini məhz cənab Prezidentin tövsiyə etdiyi prinsiplərə uyğun qurmağa çalışır. Rayon sakinlərinin qayğıları ilə yerində və vaxtında məşğul
olmaq üçün səyyar qəbulların səmərəli təşkil edilməsi, gərəkli tədbirlərin həyata keçirilməsinə ciddi nəzarət, müraciət və ərizələrə operativ
reaksiya, işçi-məmur münasibətlərinin şəffaflığı, qarşılıqlı etimad qazanılan uğurları şərtləndirən amillərdir. Rayonda əməkhaqlarının ödənilməsi,
əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı təbəqələrə pensiya və müavinətlərin çatdırılması, sosial yardıma ehtiyacı olan insanların
müəyyənləşdirilməsi, ünvanlı dövlət sosial yardımının təyin olunması kimi məsələlər diqqət mərkəzində saxlanılır, bu sahədə müntəzəm və məqsədyönlü
işlər görülür. 2010-cu il fevralın 12-si ölkə Prezidenti İlham Əliyevin Ağdaş rayonuna növbəti səfəri ilə əlamətdar olmuşdur. Həmin səfər zamanı
dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Ağdaş musiqi Məktəbində yaradılmış şəraitlə tanış olmuş, şəhərin su-kanalizasiya
şəbəkəsinin yenidən qurulması layihəsi çərçivəsində ilkin suyun verilməsini bildirən rəmzi açılış mərasimində, Ağdaş Olimpiya İdman Komleksinin
açılışında, eləcədə mərkəzi rayon xəstəxanasının Regional Elektrik Yarımstansiyasının təməlqoyma mərasimlərində iştirak etmişdir. Ağdaş rayon
ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edən dövlət başçısı rayonda sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirilən tədbirləri yüksək
qiymətləndirərək qeyd etmişdir ki, Ağdaşda işlər yaxşı gedir, gözəl sosial obyektlər tikilib istifadəyə verilir, regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramının ikinci mərhələsinin icrası nəticəsində problemlər həllini tapır, inkişafın sürəti artır. Ölkə Prezidenti İlham
Əliyev 2011-ci il yanvarın 12-də Ağdaş rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif olunması
barədə sərancamlar imzalayıb. Ağdaşlılar hesab edirlər ki, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öz əməyi ilə fərqlənən
şəxslərin yüksək dövlət mükafatları ilə təltif edilməsi dövlət başçısının ümumilikdə rayonda aparılan quruculuq-abadlıq işlərinə, Ağdaşın bütün
zəhmətsevər insanlarına göstərdiyi böyük diqqət və qayğısının təzahürüdür. Rayon sakinləri bu sərəncamları böyük sevinc və minnətdarlıq hissləri
ilə qarşılamışlar. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası istiqamətində Ağdaş rayonnunda bir sıra tədbirlər
həyata keçirilib. Ağdaş şəhərinin Heydər Əliyev prospektivə 10 küçəsi asfaltlaşdırılıb, küçələrdə 600 ədəd elektrik dirəyi quraşdırılıb. Ləki
qəsəbəsinin 2 küçəsi, 10,5 kilometr uzunluğunda Ağdaş-Pirkəkə, Orta Ləkinin və Əmirarx-Güvəkəndin kəndlərarası yollarına da asfalt örtüyü çəkilib.
Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində suqəbuledici qurğu, nasos stansiyası, su anbarları və xlorator
qurğusunun tikintisi, şəbəkəyədək olan magistral boru xətlərinin dəyişdirilməsi, eləcə də su kanal idarəsi üçün yeni inzibati binanın və istehsal
bazasının tikintisi başa çatıb. Yaxınlarda lahiyənin ikinci mərhələsinin icrasına başlanılacaqdır. Əlavə olaraq qeyd edək ki, rayonun 3 kəndində
modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Ağdaşda əhalinin kommunal xidmətlərlə normal təmin olunmasına ciddi fikir verilir. İstehlakçıların
elektrik enerjisi və təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə təmir işləri indi də davam edir. 55 km uzunluğunda elektrik verilişi xətləri
artıq təmir olunub. Kükəl kəndi ərazisində isə Ağdaş Regional Elektrik Yarımstansiyasının tikintisinə başlanılıb. Bunlardan əlavə, Ağdaş şəhərinin
küçələrində, Ləki qəsəbəsində və 5 kənddə müxtəlif ölçülü qaz xətləri dəyişdirilib. Ləki qəsəbəsi ərazisində istismara yarasız hala düşmüş daşıyıcı
qaz kəmərinin əvəzinə plastik boru xətti çəkilib. Qəribli kəndinə təbii qaz verilib. Ağdaş şəhərindəki çoxmənzilli yaşayış binalarının su-kanalizasiya
xətləri də yenidən qurulub. Ötən ilin əlamətdar hadisələrindən biri də Ağdaş şəhərində 5,3 hektar ərazidə 100 çarpayılıq xəstəxananın tikintisinə
başlanmasıdır. Hazırda tikinti işlərisürətlə davam edir. Xatırladaq ki, dövlət başçısının 5 noyabr 2010-cu il tarixli sərəncamı ilə bu obyektin tikintisi
üçün Prezidentin Ehtiyat Fondundan əlavə 1 milyon manat vəsait ayrılıb.
Ağdaş Olimpiya İdman Kompleksi və Gürcuva kəndindəki 180 şagirdlik yeni məktəb
binası da ötən il istifadəyə verilən obyektlər sırasındadır. Ötən il həmçinin mərkəzi avtomat telefon stansiyası 4192 nömrəlik elektron ATS-lə əvəz olunub.
Kəndlərdəki 27 ATS isə elektronlaşdırılır. Rayonda eyni zamanda, sənaye sahələri inkişaf edir. Yerli xammaldan istifadə edən qum-çınqıl karxanaları, Kükəl
kərpic istehsalı müəssisəsi və digər sənaye obyektləri istehsalı getdikcə genişləndirilir. "Orelay" şirniyyat istehsalı müəssisəsində isə yeni istehsal sexi
yaradılır. Sənaye məhsulu artımından sözsüz ki, "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" layihəsi çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 35 sahibkarlıq subyektinə 500 min manat güzəştli kreditin verilməsinin xüsusi köməyi olmuşdur. Yeni sahibkarların
şəxsi vəasitləri hesabına da rayonda bir sıra obyektlər tikilib. Bu hesaba 2 şadlıq sarayı tikilib istifadəyə verilib. Çoxmərtəbəli yaşayış kompleksinin və
istirahət mərkəzinin tikintisi isə davam edir. Ağdaş həmçinin BMT nəzdində Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) və İslam İnkişaf Bankı
tərəfindən "Kənd yerlərinin kompleks inkişafı" layihəsinə daxil olan rayondur. Həmin layihə çərçivəsində kəndlərdə təsərrüfatdaxili su və şirə kanallarının
bərpası ilə əlaqədar hazırlıq işləri görülür. Bunlardan savayı, "Meliorasiya və Su Təsərrüfatı" ASC ilə birlikdə təsdiq edilmiş plan qrafikə uyğun olaraq,
təsərrüfatlararası kanalların lildən təmizlənməsinə başlanılıb. Rayonda aqrar sahənin inkişafı ilə bağlı ildən-ilə məqsədyönlü tədbirlərin həyata keçirilməsi,
fermerlərə güzəştli kreditlərin ayrılması, məhsul istehsalının artmasına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanların yaşayış şəraitinin
daha da yaxşılaşmasına səbəb olub. 2011-ci ilin məhsulu üçün əkilmiş 16148 hektar payızlıq taxıl və 2630 hektar tərəvəz sahələrinə aqrotexniki qulluq davam etdirilir,
2010-cu ildəkindən 234 hektar çox əkin aparılıb. 115 hektar lobya, 510 hektar çəltik, 932 hektar dən qarğıdalı, 3701 hektar yonca, 214 hektar pambıq, 840 hektar
kartof, 777 hektar bostan bitkiləri əkilib. Bitkiçilik məhsulları istehsalçılarına güzəştli qiymətlərlə 569,3 ton gübrə satılıb. 2011-ci ilin məhsulu üçün fermerlərə
xaricdən idxal olunan yüksək məhsuldar "Nota", "Tanya", "Kroşka", buğda toxumları satılıb. Dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştlə satılan 3 ton yüksək
reproduksiyalı elit buğda toxumu müfəttişliyin nəzarəti altında 15 hektar sahəyə səpilib. Hazırda taxıl sahələrində olan bitki sıxlığı məhsuldarlığın keçən ilə
nisbətən çox olacağına inam verir. Normal becərmə işləri aparılır. Sahələrin suvarılması üçün suvarma arxlarında təmizləmə işləri vaxtında başa çatdırılıb. Ona görə
hazırda heç bir çətinlik olmadan məhsul istehsalçıları əkinlərini suvara bilərlər. Ağdaş rayonunun təbii-iqlim şəraiti tərəvəzçiliyin, xüsusilə faraş və örtülü tərəvəz
çiliyin inkişafı üçün çox əlverişlidir. Tərəvəzçiliyin inkişafı geniş yayılıb. Rayonda iqlim şəraiti tərəvəz sahələrindən ildə iki dəfə (yazlıq və payızlıq kələm)
məhsul götürülməsinə imkan verir. Müasir bazar şəraitində isə tərəvəzçiliyin inkişafı aqrar sahədə önəmli yer tutur. Kənd təsərrüfatı işlərini vaxtında görmək üçün
"Aqrolizinq" ASC-nin Ağdaş filialının kifayət qədər texniki imkanları var. Hazırda dünya standartlarına cavab verən təmir emalatxanası, böyük həcmli gübrə anbarı
məhsul istehsalçılarının xidmətindədir. Servis lazım olan avadanlıqla tam təmin olunub. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan ağdaşlılar mineral
gübrələrin alınması üçün başqa rayonlara üz tutmurlar, rayonda fəaliyyət göstərən "Aqroservis"in bazasından istifadə edirlər. Ağdaş rayonunda sahibkarlığın inkişafı
üçün yaradılan şərait də qənaətbəxşdir. Bu sahəyə göstərilən dövlət qayğısı sahəsində Ağdaşda ötən il istehsal olunmuş sənaye məhsulunun 93,4 faizi, ümumi məhsulun isə
95,6 faizi özəl sektorun payına düşür. Sahibkarlar tərəfindən Ağdaşda 200-dən çox müəssisə və obyekt inşa edilib. Ağdaşın şəhər, qəsəbə, və kəndlərinin sosial-iqtisadi
inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin və yerli icra hakimiyyəti orqanlarının Əlaqələndirmə Şurasının
fəaliyyəti mühüm əhmiyyət kəsb edir. Şuranın təşkilatçılığı ilə rayonun sosial-iqtisadi inkişafı sahəsində yerli icra orqanları və bələdiyyə qurumları tərəfindən
işlər davam etdirilir. Şəhərətrafı kəndlərin hesabına şəhər əarzisinin böyüməsi nəzərə alınaraq, küçə və yolların asfaltlaşdırılması, istismar müddəti başa çatmış
çoxmərtəbəli yaşayış evlərinin əsaslı təmiri, Ləki qəsəbəsinin su-kanalizasiya sisteminin yenidən qurulması, rayon ərazisində şoran torpaqların yuyulması, kənd
yaşayış məntəqələrində sutəmizləyici qurğuların quraşdırılması, uyğunlaşdırılmış binalarda yerləşən ümumtəhsil məktəblərinin əsaslı təmiri, o cümlədən, qəza
vəziyyətində olan məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin tikintisi, səhiyyə müəssisələrinin təmiri, kənaarası yolların abadlaşdırılması və sair aparılan
işlərin əsas istiqamətləridir. Rayon icra hakimiyyəti başçısı aparatında və ərazi icra nümayəndəliklərində kadrların ixtisasına, qabiliyyətinə və bacarığına
uyğun yerləşdirilməsinə xüsusi önəm verilir. Rayonda dövlət qulluğu üçün müasir tələblərə cavab verən kadr potensialının yaradılması, idarə olunması və ondan
səmərli istifadə edilməsi işinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Təhsil sahəsində müvafiq dövlət proqramlarının həyata keçirilməsi
istiqamətində son 7 il ərzində Ağdaşda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib. Belə ki,
dövlət büdcəsi və Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonun Kotavan, Pirkəkə, Kükəl, Yuxarı Ləki, Qaradeyin və Gürcuva kəndlərində ümumilikdə 1564 şagird
yerlik, müasir tədris, inventar və avadanlıqlarla təchiz olunmuş 6 yeni məktəb binası tikilib istifadəyə verilib. Maqsud Şeyxzadə adına Texniki Təbiət və
Humanitar fənlər təmayüllü Gimnaziya, Müşfiq İsayev adına 3 saylı şəhər, Ləki qəsəbə 6 saylı tam orta məktəbləri əsaslı təmir olunub. Yuxarı Ləki kənd məktəbi
tam orta, Nehrəxəlil və Yenikənd kənd ümumi orta məktəbləri üçün 840 şagird yerlik 42 əlavə sinif otağı tikilib. Ümumiyyətlə, son 7 il ərzində rayonda 3636
şagirdin təhsil şəraitinin müasir standartlara uyğun şəkildə yaxşılaşdırılması təmin edilib. Ümumtəhsil məktəblərinin 13-də müasir istilik sistemləri quraşdırılıb.
Büdcə vəsaiti hesabına və donor təşkilatlar tərəfindən rayon təhsil müəssisələrinə indiyədək 480 ədəd kompüter verilib. 15 ümumi təhsil məktəbində kompüterlərin
intenetə bağlantısı təmin edilib. Ötən tədris ili ərzində Ağdaş Dövlət Humanitar Kollecində mövcud olan kompüterlərin bütövlükdə internet şəbəkəsinə qoşulmasının
təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib, bu təhsil müəssisəsində tədrisin informasiyalaşdırılması məqsədilə yeni mərkəzin yaradılması üçün
hazırlıq işlərinə başlanılıb. Təhsilin keyfiiyətinə bilavasitə təsir göstərən belə tədbirlərin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirərək ali və orta
ixtisas məktəblərinə daxil olmuş məzunların sayı 2002-ciillə müqayisədə 5 dəfədən çox artıb. 2010-cu ildə rayonun ümumtəhsil məktəblərinin ümumi orta təhsil
pilləsini bitirmiş 271 məzun orta ixtisas məktəblərinə, tam orta təhsil pilləsini bitirmiş 201 məzun isə ali məktəblərə qəbul olunub. Məzunların ölkə və
beynəlxalq əhəmiyyətli müsabiqə və olimpiadalarda göstərdikləri nəticələr ilbəil yaxşılaşır. Digər təhsil səviyyələri üzrə fəaliyyət göstərən təhsil
müəssisələrinin işində, o cümlədən, kadr hazırlığı sahəsində müsbət keyfiyyət dəyişiklikləri ardıcıl xarakter alır. Ulu öndər Heydər Əliyevin adını
daşıyan 7 hektarlıq parkın müasir tələblər səviyyəsində yenidən qurulmasına 6 ay əvvəl başlanılıb. Tikinti-abadlıq işlərinin qızğın vaxtlarında rayon icra
hakimiyyətinin başçısı Rafiq Niftəliyevlə parkda bir neçə dəfə görüşüb söhbət etmişik. İşin gedişi ilə ciddi maraqlanır, heç nəyin diqqətdən kənarda qalmamasına
çalışırdı. Rafiq müəllimlə parkın açılışı ərəfəsində yenə görüşdük. İş üstündə idi. Bildirdi ki, vaxtilə ulu öndər Heydər Əliyevin Ağdaşa çox səfərləri olub.
Hər səfərindən sonra da Ağdaşın həyatında yeni bir dirçəliş mərhələsi başlanıb. Bu gün bu möhtəşəm parkı ağdaşlılar ulu öndərimizin xatirəsinə sevgi və ehtiram
əlaməti sayırlar. Ağdaş sakinləri indi də ölkə Prezidenti İlham Əliyevdən böyük diqqət və qayğı görürlər. Bunun müqabilində isə çalışırlar ki, tapşırılan işi
vaxtında və dəqiq yerinə yetirsinlər. Nəhayət, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində müasir tələblər səviyyəsində tamamilə
yenidən qurulan Heydər Əliyev parkının, Heydər Əliyev Mərkəzinin, həmçinin ulu öndərin abidə kompleksinin açılışı oldu. RİH başçısı R.Niftəliyevin açılış
münasibəti ilə giriş sözündən və təbrikindən sonra akademik Bəkir Nəbiyev, xalq şairi Fikrət Qoca, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev və Çingiz
Əsədulleyev çıxış edərəkümummilli lider Heydər Əliyevin bənzərsiz tarixi xidmətlərindən danışdılar. Ulu öndərin Ağdaşın inkişafına daim diqqət göstərdyi bir
daha böyük minnətdarlıq duyğuları ilə xatırladı. Rayon sakinlərinin sevimli istirahət mərkəzi olan bu parkın girişində 200 metr uzunluğunda istinad divarları tikilərək
ağlay və gülbay daşlarla üzlənib. Dairəvi formada hörülən 400 metr uzunluğundakı hasarlar isə təbii çay daşları ilə bəzədilib. İstirahət guşəsinin ərazisinə 3000 kvadratmetr
tamet, 2000 kvadratmetr mərmər üzlük döşənib, rəngli musiqili fəvvarə quraşdırılıb. 5000 ədəd ağac, bəzək və gül kolları əkilib. 5000 kvadratmetr sahədə yaşıllıq salınıb.
120 ədəddən çox müasir işıq dirəyi quraşdırılıb. Parkın mərkəzində möhtəşəm Heydər Əliyev abidə kompleksi yaradılıb. Kompleks boyunca bir-birini əvəz edən mərmər lövhələrin
səthini dövlət artributları, tarixi keçmişimizi və milli-mənəvi dəyərlərimizi əks etdirən milli-memarlıq elementləri bəzəyir. Mütəxəssislərin qədim Şərq və müasir memarlıq
ənənələrinin incəliklərindən məharətlə istifadə etməsi abidə kompleksinin əzəmətini daha da artırır. Hündürlüyü 40 metr olan dövlət bayrağı meydana xüsusi yaraşıq verir.
Parkdakı Heydər Əliyev Mərkəzi əsaslı şəkildə yenidən qurularaq sahəsi 500 kvadratmetr artırılıb. 3 zaldan ibarət olan sarayda kompüter və ideoloji mərkəzlər, muzey,
uşaq və gənclərin yaradıcılıq mərkəzi və müxtəlif dərnəklər fəaliyyət göstərir. Mərkəzin muzeyində 9 bölmədə Heydər Əliyevin tarixi fəaliyyəti ilə bağlı 200-dən çox
fotoşəkil və qiymətli eksponat nümayiş etdirilir. Burada məktəblilər yüksək ixtisaslı mütəxəssislərin köməyi ilə rəsm, tarix, ədəbiyyat, şahmat dərnəklərində bilik və
bacarıqlarını artıracaqlar. Kompüter mərkəzi isə yeniyetmələrin informasiya texnologiyalarına yiyələnməsində mühüm rol oynayacaq. Parkda bayram gəzintisi zamanı Ağdaşın
tanınmış ziyalılarından Tənzilə Şıxıyeva, Lütvi Paşayev və Möysünə Hüseynovanın təəssüratlarını bölüşdük. Hər biri böyük minnətdarlıq hissi ilə dövlətimizin və Prezident
İlham Əliyevin regionlara, o cümlədən Ağdaş rayonuna göstərdiyi diqqət və qayğıdan danışdılar. Rayon ağsaqqallar şurasının sədri Rafiq Nəbiyev isə əlavə etdi ki, bütün
ağdaşlılar ölkə rəhbərinin daxili və xarici siyasətini ürəkdən bəyənir və əmin edirlər ki, bundan sonra daha əzm və fədakarlıqla çalışacaqdır. Telman Nəzərli
"Azərbaycan" 19 may 2011-ci il.
|
| |
Akademik Ramiz Mehdiyevin "GORUS - 2010: Absurd teatrı
mövsümü" kitabının ictimai müzakirəsi keçirilmişdir. |
 |
Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının qərargahında Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "GORUS - 2010: Absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi
keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev demişdir ki, tarixi Azərbaycan
torpağı olan Zəngəzur mahalının Gorus şəhərində absurd yalanların yer aldığı teatra bənzər məzhəkədə Ermənistan prezidenti
Serj Sarkisyanın dilə gətirdiyi "uydurma tədqiqatlar"ı akademik Ramiz Mehdiyev elmi əsaslarla ifşa etmişdir. Ermənistan
prezidentinin uydurmalarına ilkin tutarlı cavab məhz "GORUS - 2010: absurd teatrı mövsümü" əsəri vasitəsilə verilmişdir.
Erməni saxtakarlığının tarixi dəlillərlə əsassız olduğunu sübut edən bu əsər ölkə ictimaiyyəti tərərfindən böyük maraqla
qarşılanmışdır. Bu tədqiqat əsəri nadir xəritələr və qiymətli mənbələrin yer aldığı kitab şəklində də işıq üzü görmüş,
mənfur erməni təbliğatına qarşı olduqca dəyərli və qiymətli bir mənbə rolunu oynamaqla ideoloji mübarizədə daha zəngin
faktlara söykənmək üçün kəsərli silaha çevrilmişdir. Tədbirdə qeyd edilmişdir ki, özlərini dünyaya "məzlum xalq kimi təqdim
edən ermənilər qondarma uydurmaları ilə, türklərə və azərbaycanlılara qarşı törətdikləri kütləvi soyqırımlara və işğal etdikləri
ərazilərə hüquqi don geydirmeklə dünya ictimaiyyətini çaşdırmağı qarşılarına məqsəd qoymuşlar. Amma onlar istədiklərinə nail ola
bilməyəcəklər. Ermənistanın qeyri-konstruktiv mövqeyi erməniləri uçuruma sürükləməkdədir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev əsas problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla
nizama salınması ilə bağlı mövqeyini
bildirərkən qeyd etmişdir ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcəkdir.
Dövlətimizin başçısının prinsipial və dəyişməz mövqeyinin beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınması və bunun onların qərar
və qətnamələrində əksini tapması Azərbaycanın haqq səsinin bütün dünyada anlaşıqlıqla qarşılandığını göstərir. Çıxış edənlər bildirmişlər
ki, akademik Ramiz Mehdiyevin "GORUS - 2010: absurd teatrı mövsümü" kitabı məkrli erməni yalanlarına qarşı mübarizədə dəyərli
elmi vəsait kimi ictimai-humanitar yönümlü fənlərin tədrisində də geniş istifadə edilməlidir. Rayon fəalları Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində yaranan belə əsərin ermənilərin qanlı cinayətlərinin və hiyləgərliklərinin bütün dünyada
ifşa olunmasında qiymətli mənbə olduğunu qeyd etmiş, müstəqilliyimizin qorunmasında daha ayıq-sayıq olmağın, dövlət başçısı İlham Əliyevin
apardığı siyasəti dəstəkləməklə, onun ətrafında daha sıx birləşməyin vacibliyini vurğulamışlar.
Telman Nəzərli, Seyran Cavadov.
"Azərbaycan" 4 may 2011-ci il.
|
|
|
|
|
| |
|
 |
Dövlət
rəmzlərimiz |
 |
|
|