http://www.milonic.com/

>>> Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. >>>
      Kitabxana haqqında
      Tədbirlər
      E-kataloq
      E-kitabxana
      Ölkə mətbuatında Ağdaş
      Hüquq Mərkəzi
      Yeni kitablar
      Ən çox oxunan nəşrlər
      Bizimlə əlaqə
      Azərbaycan kitabxanaları
      Prezident Kitabxanası
      Milli Kitabxana
 
Linklər

Normativ sənədlər

Kitabxana işi haqqında (Qanun)
MKS haqqında Əsasnamə

Dövlət Proqramı


Baxın və təbliğ edin!

http://www.khojaly.org/   
http://www.justiceforkhojaly.org/
http://www.azerigenocide.org/
http://www.human.az/ http://www.azerbaijan.az

İşğal altında olan torpaqlar
bizi çağırır!

Şuşa (8 may 1992-ci il)

Laçın (17 may 1992)

Kəlbəcər (2-4 aprеl 1993)

Ağdam (23 iyul 1993-cu il)

Cəbrayıl (8 avqust 1993)

Füzuli (23 avqust 1993)

Qubadlı (31 avqust 1993)

Zəngilan (29 oktyabr 1993)

 


AĞDAŞ RAYONU



Ağdaş rayon Tarix Diyarşünaslıq muzeyinə gələn hər kəs ilk növbədə Türyançay dövlət meşə qoruğunun maketi ilə qarşılaşır. Qoruq 1958-ci ildə yaradılıb. Sahəsi 12352 hektardır. Burada çaqqal, canavar, ayı, qaban, dovşan, porsuq, oxatan kirpi və s. heyvanlar, qartal, kəklik, qırqovul, ördək, durna, yapalaq kimi quşlar, 800-ə yaxın bitki növü vardır.
Orta əsrlərə aid soyuq silahlar. Qılınc,xəncər orta əsr Azərbaycan əsgərlərinin istifadə etdiyi silah növləridir.
XIX əsr XX əsrə aid odlu silahlar. Burada qoşalülə təklülə tüfəng, naqan, tapança qabı vardır.
II dünya müharibəsinə aid şöbə. Bu şöbədə tarixə ıı dünya müharibəsi adı ilə daxil olan, bizlər üçün Böyük Vətən müharibəsi adlanan savaşda həlak olan həmyerlilərimizin fotoları və sənədləri, veteranlarımızın şəxsi əşyaları toplanmışdır.
Xalq şairi Səməd Vurğunun ov jileti. Görkəmli xalq şairi Səməd Vurğun dəfələrlə rayonumuzda olmuşdur. O, 1938-ci ildə rayonumuzdan Azərbaycan SSRİ Ali Sovetinə deputat seçilmişdir. Şair tez-tez Kür qırağı meşələrə ova gələrmiş. Bir dəfə onun maşını palçığa batır. Ləki qəsəbə sakini Məhəmmədiyə kişi ona kömək edir. Şair onunla dostlaşır və ov jileti ilə çantasını ona bağışlayır. Məhəmmədiyə kişi isə muzey açılarkən onları muzeyə vermişdir.
Xalq şairi Səməd Vurğunun ov çantası.
XIX əsrə aid kənd evi. Kənd evləri bu cür tikilirdi. Burada mis və gil qablar nümayiş olunur. Sini, dopu, kirkirə, cürdək, satıl, sapılca, samovar və s. qablar məişətdə işlənən əsas əşyalardır.
Kitab əski Azərbaycan əlifbası ilə yazılmışdır. Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsəridir.
Lampa vaxtilə Almaniyada istehsal olunmuşdur. Onu muzeyimizə Leyla adlı qadın hədiyyə vermişdir.
Azərbaycan əsgərinin maketi. Onun əynindəki əsl zirehli jiletdir. Onu rayonumuzun Pirkəkə kəndində bir kişi yer qazarkən tapmışdır. Bu jilet poladdan hazırlanmışdır, qılınc batmır.

 

Dövlət rəmzlərimiz

Prezident Ağdaşda

 

 

 


Daxil olun!