Tədbirlər
| |
YENİ İLİNİZ MUBARƏK |
|
|
Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin
dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer,
Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri
burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın
axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də
elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm
üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri
üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş". Yeri gəlmişkən, "Karnaval" sözü babil dilindən tərcümədə
"gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün
dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş.
Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər.
Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.
Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri
var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən
sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm
üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü "Günəş qapısı"
adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini
diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta
rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın
doğum günü – İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.
Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa Peyğəmbərin doğum günü də elə
dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də
Milad gününü özündə birləşdirmiş oldu.
|
| |
|
| |
|
Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan
tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi
münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir
qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil
almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də,
azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində
yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada,
Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.
SSRİ-nin son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı məftilləri qırması,
özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu
taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında
bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran
sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda
türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar
verdi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının
birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.
Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.
|
| |
|
| |
Anım günü |
 |
 |
 |
 |
10 dekabr 2011-ci il tarixdə Ağdaş rayon Mərkəzi kitabxanasında
ümummilli lider, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar əvvəlcə ulu öndərin xatirəsi birdəqiqəlik sükutla yad edildi.
Sonra elmi praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq ulu öndərin
həyat və fəaliyyətinə dair geniş məruzə ilə çıxış etdi. O, Heydər Əliyevin 1969-cu ildən 1982-ci ilə qədərki hakimiyyəti
dövründə Azərbaycanın SSRİ-yə daxil olan müttəfiq respublikalar arasında birinci olduğunu, həmin dövrdə çox mühüm sənaye və
mədəni obyektlərin tikildiyini, 982-1987-ci illərdə SSRİ-yə rəhbərlik etdiyi dövrlərdə də daim Azərbaycana diqqət
yetirdiyini, tale yüklü məsələlərin həllində dəstək və mənəvi dayaq olduğunu qeyd etməklə bərabər 1993-cü ildə ikinci dəfə
hakimiyyətə gəldikdən sonra isə müstəqil azərbaycanın bərqərar olub təşəkkül tapmasında azərbaycanı dünya təşkilatlarına
inteqrasiya etməsində həlledici rol oynadığını diqqətə çatdırmışdır. Həmçinin Seyfəddin Feyzullayev onu xüsusən
vurğulamışdır ki, Heydər Əliyev hakimiyyəti illərində elmə, mədəniyyətə, təhsilə həmişə qayğı ilə yanaşmış və daim
mədəniyyətimizin hamisi olmuşdur. Tədbirdə iştirak edən Ağdaş rayon İcra hakimiyyəti aparatının məsul işçisi Möhlüd
Hacıxanov Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq rayonumuzda keçirilən silsilə tədbirlərdən danışmış, ulu öndərin
həyatından bəzi məqamlara toxunmuşdur. İştirak edirdi: 45 nəfər. Təqdim etdi: Sevgili İbrahimova.
|
| |
|
| |
12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür |
|
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin
həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman
gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan
xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu
vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi
liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki
keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi
təsdiq etmişdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq
məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət
quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın
milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük
Azərbaycanlı idi.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi.
Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə
adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Buna Allahdan lider
deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan
səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq
səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən
professional cizgilərdəndir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət
idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə
güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı
bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi
görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi. Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir.
Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara - zəmanəsini çox-çox
qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, çətin
vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları
heyrətləndirirdi.
Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi
çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun
ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz
səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək
qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək
gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa
cəhətlər Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi.
Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli
sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin
gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi. Təsadüfi deyildir ki,
onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və
obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını
qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan
öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı "liderlərin lideri" adlandırırdılar. Onun siyasətinin
gücü nədə idi?!
- Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi
iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında,
tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbirliliyində, nəzəriyyəyə
istinad etməsində və praktik həyatdan baş çıxarmasında - bir sözlə, fenomenal şəxsi keyfiyyətlərində idi. Bu dahi siyasətçi
zərgər dəqiqliyi ilə, ölçülüb-biçilmiş qərarlar qəbul edirdi. Onun fəaliyyəti haqsız yerə "təftiş" ediləndə belə irad
tutulması, "nöqsan deyiləsi" olan bir fakt belə tapa bilməmişlər. Yarım əsrlik siyasi fəaliyyətin qızıl qaydası çoxları
üçün təəccüblü idi. Təəccüb və möcüzələr, başqalarını şok vəziyyətinə salan faktlar yüzlərlədir. Elə bu keyfiyyətlər onu
başqalarından fərqləndirirdi.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış,
hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti
sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti
seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində
xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar
Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin anlarda belə Heydər Əliyev
yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli
qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük
insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə
siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən
yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul
olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət
cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı zərgər dəqiqliyi ilə
bacarırdı. Ulu öndər qeyd edirdi ki, "biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o
qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun".
Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin
problemləri kimsə Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun. O, hər hansı problemə həsr olunmuş yığıncaqda məsələyə
dərindən bələdliyi, verdiyi suallar, qaldırdığı problem məsələlərlə həmin sahənin mütəxəssislərini belə heyrətləndirirdi.
Çünki o, istər sənaye, istər kənd təsərrüfatı, istərsə də elm, maarif, mədəniyyət ilə bağlı məsələlərin müzakirəsində
bütün iştirakçıları həmin sahənin əvəzedilməz bilicisi kimi idarə edirdi. Onun kimi təsərrüfatı təsərrüfatçıdan, tariximizi
tarixçidən, incəsənətimizi sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilən, onun problemlərini həll etməyə
istiqamətləndirən ikinci adam tapmaq mümkün deyil. Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin
məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən,
xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət
xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir və onun ağıllı siyasətini birmənalı olaraq qəbul
edirdilər. Elə bu cəhətlərinə görədir ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan
dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevirdi.
Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə
yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və
onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə,
bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən
ümummilli lideri olmuşdur.
Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində
dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Azərbaycan
coğrafi cəhətdən kiçik ölkə olsa da, Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə
heç vaxt mane olmayıb. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq
sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer
tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi. Təkcə belə bir faktı göstərmək
kifayətdir ki, hələ on ildən artıq bundan əvvəl Brazilyanın "Planetin səsi" qəzeti doqquz dövlətin jurnalistlərinə
"dünyanın hansı üç super siyasətçisinin adını çəkə bilərsiniz" sualını vermiş və altı dövlətin jurnalistləri birinci olaraq
ümummilli lider Heydər Əliyevin adını çəkmişdir.
Ulu öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat
fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda
atdığı uğurlu addımları ilə bağlıdır. Dünya siyasətçiləri, beynəlxalq içtimaiyyət və xalqımız bu dahi insanı Heydər Əliyev
olduğuna görə deyil, vətən və dövlət qarşısında gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və
pozitiv inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə qiymətləndirmişdir. Bu səbəbdəndir ki, dünyanın ən
görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri Heydər Əliyev şəxsiyyətini yüksək
qiymətləndirmiş, ondan çox şey öyrəndiklərini bildirmişlər. Onun haqqında deyilən söz, verilən qiymət bu gün də, sabah da
lazımdır, bunlar tariximizin yaddaşına köçürülməlidir.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə
praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Onun ağıllı
və uzaqgörən siyasətində hər şeyin öz yeri və vaxtı var idi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin,
ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, qətiyyətli rəhbər, xalq
məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. İnanmaq çətindir ki, dünyada
xalqa bu qədər yaxın ikinci bir siyasətçi olar. Siyasətçi üçün lazım olan keyfiyyətlərlə yanaşı, onda idarəetmə
keyfiyyətləri, dövlətçilik təcrübəsi ən yüksək səviyyədə idi. Elə bunlar idi onun siyasətinin ucalığı, aliliyi,
uzaqgörənliyi və heyrətamizliyi. Heydər Əliyev siyasəti bütün dünyanı ehtiva edə bilir, düzgün istiqamətə yönəldirdi.
Heydər Əliyevin beynəlxalq Atatürk sülh mükafatına layiq görülməsi onun dünyada apardığı sülh siyasətinə verilən qiymət
idi. O, dünyanın bütün ölkələri və onların rəhbərləri ilə, hətta məkrli düşmənlərimizlə də "sülh dili" ilə nəinki danışmağı
bacarırdı, onlara da bunu aşılaya bilirdi. Ulu öndərimizin ən ali insani keyfiyyətləri, fenomen xarakteri, insanlarla dil
tapmaq bacarığı, hərəni öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdi. Hər dövlət xadiminə xas
olmayan üstünlüklər ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlər idi. Görəsən bəşəriyyət belə nəcib, yüksək
intellekti ilə seçilən dövlət xadimləri, siyasət nəhəngləri ilə çoxmu qarşılaşıb?! Təəssüf ki, buna heç də çox rast
gəlinməyib. Heydər Əliyev kimi dövlət və siyasət adamları bəşəriyyətin, insanların xeyrinə, sülhün və əmin-amanlığın təmin
edilməsinə yetərincə pay vermişlər.
Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət
quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. O, Azərbaycan tarixində bəlkə də yeganə siyasət adamıdır ki,
onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan
qaldırılmasına xidmət edir. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi,
geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə
obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı,
heyrətamiz enerjisi... - bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətləri idi. Heydər Əliyevin dərin məntiqli nitqi,
natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi
dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu öndərin nitq və
çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi.
O, məsələnin mahiyyətini açmağa, mövzunun milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyə xidmət edən məsələni
ustalıqla göstərməyi bacarırdı. Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə,
rəvan nitqə, yüksək intellektə, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevə
uyğun gələn siyasətçi çox azdır. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki,
o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz
iradəyə malik siyasətçi idi. "Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir" - deyimi
tamamilə Heydər Əliyevə aid edilə bilər. Ona görə də bir sıra hallarda Heydər Əliyevi "siyasət nəhəngi", "siyasət
qrosmeysteri", "siyasət patriarxı"... kimi xarakterizə edirlər. Qüdrətli dövlət xadimi siyasət aləminin müəllimi idi. Onun
müəllimliyindən çoxlarına pay düşmüşdür.
Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bu, on
illərllə formalaşmış fikirdir, özü də doğru və düzgün fikirdir. Ölkəmizin fəxri, mili iftixarımız və liderimiz olan Heydər
Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki o, bir neçə on il bundan sonra
görəcək işləri bu gün həyata keçirməyi bacaran nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi
idi. Onun siyasəti ölçülüb-biçilmiş, gələcəyə ünvanlanmış siyasət idi.
Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. Müasirləri onun gördüyü işləri hələ
layiqincə dəyərləndirməyiblər: onun yer üzünə nə üçün gəldiyini və kim tərəfindən göndərildiyini tam dərk edə bilmək üçün
hələ olduqca az vaxt keçib. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan
Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına
istiqamət verəcəkdir.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin
layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.
Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının
əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və
möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və
taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın
sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil
Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha
sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin
bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata
keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan
Respublikasının rolunu və nüfuzunu artırır.
|
| |
|
| |
Nizami Gəncəvi-870 |
28.11.2011-ci il tarixdə Ağdaş rayon MKS-nin Yuxarı Nemətabad kənd
kitabxanasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyi ilə əlaqədar şeir gecəsi keçirildi.
Tədbirdə Yuxarı Nemətabad kənd orta məktəbinin dil ədəbiyyat müəllimi Bilqeys Muxtarova, məktəb şagirdləri və oxucular
iştirak edirdilər. Ədəbiyyat müəlliməsi Bilqeys Muxtarova dahi Nizaminin həyat və yaradıcılığından danışdı. Kitabxanaçı
Tünzalə Əsədova Nizami Gəncəvinin kitablarından yaratdığı sərgi haqqında məlumat verdi. Şagirdlərdən Yunusova Məleykə,
Mahmudova Arzu, Mustafayeva Möysanat, Məmmədova Ləman, İsmayılova Gültəkin Nizami Gəncəvinin şeirlərindən və qəzəllərindən
nümunələr söylədilər. Təqdim etdi: Tünzalə Əsədova
|
 |
 |
 |
 |
| |
|
| |
Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü |
26.11.2011-ci il tarixdə Ağdaş rayon filial 45 saylı Cüvə kənd
kitabxanasında Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü münasibətilə qadınlarla görüş təşkil olundu. Görüşü giriş
sözü ilə kitabxanaın müdiri Babayeva Səxavət açdı. O, "Müasir qadınları düşündürən problemlər" mövzusunda geniş məruzə etdi.
Sonra qonaqlara söz verildi. Qonaqlardan Şərqiyyə Xəlilova, Nuridə Əhmədova, Cəmilə Həsənova mövzu ətrafında öz fikirlərini
bildirdilər. Sonda kitabxanaçı Gülnurə Məmmədova iştirkaçılara öz minnətdalığını bildirdi. Təqdim etdi: Babayeva Səxavət.
|
 |
 |
| |
|
| |
20 Noyabr-Qarakənd faciəsi |
|
20 noyabr faciəsi nəticəsində Azərbaycanın dövlət katibi
Tofiq İsmayılov, ölkənin baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Osman Mirzəyev, Alı Mustafayev
və bir çox dövlət məmurları həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi.
Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. Qəzanın baş verməsini
araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra
verildi) İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı”) cinayyət iş açdı. Polkovnik
İ.Lazutkin (anası Emilya Arustavna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutikin özü də 1989-cü ilədək Cavaxetiyada
işləyib) ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan
televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin
yardımı guya “..ermənilər göstərib...” Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi.... Vertolyotun
“qara qutusu”nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumatda yaydıki “qara qutu”
“istidən” və yanğından”, “partlayışdan” (onun sozləridi)... sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına
buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Prokurror İ.Lazutkin hamını
aldadırdı. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. [1] Hadisədən bir neçə gün keçəndən sonra
həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir
səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi, helikopterin vurulduğunu yox, qəzaya uöradığını iddia
etməkdədir.
Qəzanın səbəbləri
Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf
etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir
neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox "ağ ləkələr" var. İndiyə qədər hələ də məlum deyil
ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan,
hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə vertolyotu müşaiyət etmirdi? Niyə onların hamısı bir vertolyotda
idi-sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.
Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi vertolyotuna Amerika istehsalı olan Barret M82A1
silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu U-238 var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli
silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində
adı hallanan bu silah həmdə kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın
törədir. Buna “nüvə yanğını” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqlarının mərkəzdən 500-600 metr kənara
atılır.
Həlak olanların siyahısı:
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri
Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
İqor Aleksandiroviç Plaviski – QMB-nin prokuroru
Vladimir Vladimiroviç Kovalyov - QMB-nin Daxili İşlər İdarəsinin rəisi
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
Alı Mustafa oğlu Mustafayev – telejurnalist
Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri
Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
Dmitri Borisoviç Yarovenko – vertolyot heyətinin üzvü
|
| |
|
| |
Səməd Vurğun-105 |
18.11.2011-ci il tarixdə Aşağı Zeynəddin kənd kitabxanasında
Azərbaycan xalq şairi Səməd Vurğunun 105 illik yubileyi ilə əlaqədar şeir gecəsi keçirilmişdir. Gecədə kənd sakinləri və
məktəb şagirdləri iştirak edirdi. Tədbiri giriş sözü ilə Aşağı Zeynəddin kənd kitabxanasının müdiri
Abdullayeva Həqiqət açaraq şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra şagird Aznaurova Esmira
şairin "Azərbaycan" şeirini söylədi. Sonda Aşağı Zeynəddin kənd ərazi vahidi üzrə nümayəndə Mehman Səmədov çıxış
edərək belə tədbirlərin gənc oxucular üçün böyük əhəmiyyəti olduğunu qeyd etdi. Təqdim etdi: Abdullayeva Həqiqət.
 |
 |
 |
 |
|
| |
|
|
|
17 NOYABR - AZƏRBAYCAN RESPUBLIKASININ MİLLİ DİRÇƏLİŞ GÜNÜ |
|
1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri
M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə
Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər
azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin
tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da
kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar
Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ
qaldırdılar.
Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan
vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu
sübut edirdi.
Ancaq, xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtki rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər.
Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Lenin adını
daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını
bildirirdilər.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı
antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün
xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları
tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin
istiqlaliyyət qazanmasında əsas amil sayılır.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Təqdim etdi: Cavadova Ruhiyyə.
|
| |
|
| |
16 noyabr Tolerantlıq günü. |
Tolerantlıq - dözümlü olmaq deməkdir. Məsələn: başqa dindən
olanlara, başqa əqidəlilərə, bizə tolerant millət deyirlər. Bütün vicdanlı adamlar bu istilahı türkiyə türklərinədə
şamil edirlər. Əslində tolerant sözü latın sözü olub (tolerance) dözümlülük ifadə edir. Bəzi mənbələrdə bu sözün 3
mənası verilmişdir. 1. Ehtiyac və ya ağrıya dözmə hərəkəti və ya təcrübəsi: nəyəsə dözmə qabiliyyəti və ya gücü;
2. Nəyəsə icazə vermə hərəkəti; 3. Başqalarının fikirlərinə qarşı liberal mövqe tutmaq və ya bir şeyi etiraz
etmədən qəbul etmək, təmkinlilik. Hər bir xalqın dözümlülük haqqında müxtəlif düşüncələri vardır: Məsələn:
Amerikalılar dözümlülüyü öz konstitusiyalarının ayrılmaz hissəsi hesab edir. Britaniyalılar isə dözümlülüyü milli
xarakterlərinin ayrılmaz hissəsi hesab edirlər. Tolerantlıq ideyası hələ XVI-XVII əsrlərdə müxtəlif dinlərin
təsiri altında dünya ölkələri arasında çaxnaşmaların çoxaldığı bir vaxtlarda meydana gəlmişdir. Tolerantlıq
fikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan hüquqlarına dair ümumi bəyannaməsini təşkil etdi. 1993-cü il
8-9 oktyabr tarixində Avropa Şurasına üzv dövlətlərinin başçılarının zirvə toplantısında bu ideyalar və fikirlər
daha da inkişaf etdirildi. 1995-ci il noyabrın 16-da keçirilmiş YUNESKO baş konfransının 28-ci baş sessiyasında
tolerantlıq prinsiplərinə dair bəyannaməqəbul edildi. Və həmin vaxtdan da hər il noyabrın 16-sı "Tolerantlıq" günü
kimi qeyd edilir. Tolerantlıq demokratik cəmiyyətin əsas elementidir. Azərbaycanda tolerantlıq məhz ümummilli
liderimiz Heydər Əliyev tərəfindən təsbit edilmişdir. Belə ki, 1999-cu il məhz 16 noyabr günündə ulu öndər ölkəmizdə
fəaliyyət göstərən müxtəlif dini icmaların rəhbərlərini qəbul etmişdir.
|
| |
|
| |
12 Noyabr-Konistitusiya günü |
|
12.11.2011-ci il tarixində Ağdaş rayon 4 saylı Şıxlı kənd
kitabxanasında 12 noyabr konistitusiya günü ilə əlaqədar tədbir keçirildi. Kitabxananın müdiri Məmmədova Səbinə
Müstəqilliyimizin ilk müstəqil konistitusiyasının yaranması haqqında məruzə söylədi. Tədbirdə kənd orta məktəbinin
tarix müəlliməsi Rəhimova Elmira Konistitusiyanın tarixi maddələri və müddəaları haqqında danışdı.
Təqdim etdi: Məmmədova Səbinə.
|
 |
 |
 |
 |
| |
|
| |
12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür. |
|
12.11.2011-ci il tarixdə Ağdaş rayon Mərkəzi kitabxanada
12 noyabr konstitusiya günü ilə əlaqədar sərgi təşkil olundu. Sərgidə konstitusiyanın özü ilə bərabər Müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyasının dünyada ən demokratik konstitusiya olması barədə materiallar öz
əksini tapmışdır.
|
| |
|
| |
Müstəqilliyimizin təminatını verən ali qanun. |
|
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil
Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə
təsadüf edir.
Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub.
Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də
IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son
Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident
Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il
noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
2002-ci ilin avqustunda referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.
Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul
ayının 14-də yaranıb.
Xatırladaq ki, Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.
Qeyd: Konstitusiya - dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin
əsasları təsbit edir. Konstitusiyalar iki əsas növə bölünür: yazılı və yazılmamış.
Yazılı konstitusiyalar ya vahid normativ akt, ya da bir neçə konstitusiya qanununun məcmusudur.
Yazılmamış konstitusiyalarda isə ali qanun normalar, çoxlu sayda akt, həmçinin adətlərdə təsbit olunub.
Dünyada Konstitusiya ilk dəfə 1215-ci ildə İngiltərədə təsbit olunub. Həmin vaxt bu ölkədə qəbul olunan Azadlıqlarının Böyük
Toplusu ilk konstitusiya aktı sayılır. İlk yazılı ali qanun isə ABŞ Konstitusiyadır.
|
| |
|
| |
9 NOYABR - AZƏRBAYCAN RESPUBLIKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ |
|
Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq
kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur. Tariximizin sovet dövründə o,
Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı ilə əvəz edilmişdir.
Dağlıq Qarabağ ətrafında cərəyan edən ictimai-siyasi proseslər zamanı ziyalıların təşəbbüsü ilə Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağı qeyri-rəsmi olaraq 1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq meydanında qaldırılmışdır.
Rəsmi olaraq bu bayraq Azərbaycan ərazisində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı
əsasında Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti
tərəfindən ləğv edilsə də, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər
Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının
Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu
vermişdir.
1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü
Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədənDövlət bayrağını qəbul etmişdir.
Bu gün Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev
“Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama görə, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.
Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin
105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi
ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin
yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş
etdirir.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında
qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm
beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə
və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli
Sərəncamına əsasən Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edilib və Dövlət bayrağı meydanı
salınıb.
|
| |
|
| İki xalqın şair oğlu. |
 |
 |
 |
 |
07 noyabr 1908-ci ildə Ağdaşda anadan olmuş, 1928-ci
ildən sonra isə Özbəkistana sürgün edilmiş, ömrünün axırınadək yəni 1967-ci ilədək Özbəkistanda yaşamış Maqsud Şeyxzadə
Azərbaycanın görkəmli ədiblərindəndir. 07.11.2011-ci il tarixdə görkəmli ədibin ad günü münasibətilə Ağdaş rayon Maqsud
Şeyxzadə ev muzeyində dəyirmi masa keçirilmişdir. Mərkəzi kitabxana işçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə muzeyin
direktoru Səfərova Məhəbbət açmışdır. Muzeyin elmi işçisi Əliyeva Firəngiz Maqsud Şeyxzadənin həyat və yaradıcılığından
əhatəli məruzə ilə çıxış etmişdir. Tədbirdə iştirak edən RİH-nin məsul işçisi Möhlüd Hacıxanov şairin "Daşkəndnamə", "Mirzə
Ulubəy", "Cəlaləddin Məqbuverdi" pyesləri və şerləri barədə öz fikirlərini söylədi. Təqdim etdi: Əliyeva Firəngiz.
|
| |
|
| |
Allaha sevginin, itaətin və xeyrxahlığın rəmzi. |
|
İslam dininin ən vacib sayılan fərzlərindən biri,
onun təbliği və özünəməxsusluğunu nümayiş etdirən ayinləri sırasında Qurban bayramı adlanan dini mərasim müsəlmanlar
arasında geniş yayılan ayinlərdəndir. O, Quranın müəyyən etdiyi dini tələbdir, müsəlmanların riayət etdiyi ümumi mərasimdir.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Əslində qurban ayini İslamdan
çox-çox əvvəllər, müxtəlif ölkələrdə müxtəlif cür icra olunurdu. Məsələn, qədim dövrlərdə qurban verilənlərin əksəriyyəti
hərbi əsirlər olmuşdur. Çünki müharibədə ələ keçirilən əsirləri saxlamaq əlverişli deyildi, onlar izafi məhsul yaratmır,
xüsusi gözətçi tələb edir və başqa əlavə qayğılar doğururdular. Buna görə də onların qurban verilməsi ən əlverişli və
müqəddəs əməliyyat sayılırdı.
Islam dini ərəb tayfalarının həmişə icra etdikləri qurban vermək adətinə müqəddəslik mahiyyəti verərək, onu Qurban bayramı
adlandırıb müsəlmanlığın əsas tələblərindən birinə çevirdi. Onun bu adətə etdiyi yeganə əlavə ondan ibarət olmuşdur ki,
bu mərasimi istənilən vaxt keçirməyin əvəzinə hər il hicri tarixi üzrə Zilhiccə ayının 10-da keçirməyi qanuniləşdirmişdir.
Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin (Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək
niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbərin (Ə) sadiqliyini sınamaq üçün ondan
yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər (Ə) gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən,
Allahın göndərdiyi mələk Cəbrayıl (Ə) göydən enib onun əlini saxlayıb, Allahın İbrahimdən (Ə) razı qaldığını bildirib və
oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana
“İsmayıl qurbanı” da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin (Ə) Allah
qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha
inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu
cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!
Bu andan etibarən dindarlar hər il ev heyvanlarından birini Allahın şərəfinə kəsib, Ona öz itaətkarlıqlarını bildirirlər.
Ömründə bir dəfə vacib Məkkə və ya Həcc ziyarətinə getməsi və orada qurban kəsməsi də dindarın mühüm borcu hesab olunur.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək
və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və
Allaha inam və sevgi durur.
Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş
hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban
kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri
onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.
Islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan
Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
Təqdim etdi: Alıyeva Müşərrəf.
|
| |
Seminar məşğələ |
 |
 |
02 noyabr 2011-ci il tarixdə Mədəniyyət işçilərinin seminar
məşğələsi keçirildi. Metidiki işlər şöbəsinin müdiri Xuraman Məhərrəmova fondlardan məzmunca köhnəlmiş, əhəmiyyətini itirmiş,
istifadəyə yaramayan kitabların silinməsi haqqında metodiki tövsiyyələrini dedi. Metodist Könül Musayeva isə noyabr ayında
qeyd olunacaq tarixi əlamətdar günlər və yubileylərlə bağlı kitabxanaçılar qarşısında duran vəzifələrdən danışdı.
Təqdim etdi: Sevgili İbrahimova.
|
| |
|
| |
Nizami Gəncəvi - 870 |
 |
 |
Dahi mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 870
illik yubileyi ilə əlaqədar 28 oktyabr 2011-ci il tarixdə Ağdaş rayon Mədəniyyət evində MKS-nin və mədəniyyət
işçilərinin birgə hazırladığı ədəbi-bədii gecə keçirildi. Gecədə MKS-nin direktoru Seyfəddin Feyzullayev Nizaminin
həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. O, öz məruzəsində şairin lirikası, "Beş xəzinə" adlanan
"Xəmsə"si və Nizaminin dünya ədəbiyyatşünaslığında tutduğu mövqedən danışdı. Gecənin sonunda "Şirvan" instrumental
ansmblının üzvləri Şahin Bəkirovun ifasında şairin sözlərinə bəstələnmiş "Sənsiz", Samit Əliyevin ifasında
"Sevgili canan" romansları alqışlarla qarşılandı. Çingiz Qasımov və Camal Məmmədovun ifasında söylənən qəzəllər
də maraqla qarşılandı.
Təqdim etdi: Alıyeva Müşərrəf.
|
 |
 |
 |
 |
 |
 |
| |
|
| |
Nəcibə Məlikova - 90 |
21 oktyabr 2011-ci il tarixində Ağdaş rayon MKS-nin
"İncəsənət" şöbəsində Azərbaycan səhnəsinin korifeylərindən olan Nəcibə Məlikovanın 90 illik yubileyi ilə
əlaqədar "Xatirə gecəsi" keçirilmişdir. Gecəni MKS-nin İncəsənət şöbəsinin müdiri Hüsniyyə İsmayılova açaraq
Azərbaycanda teatr sənətinin tarixindən, keçdyi inkişaf yolundan, Azərbaycan səhnəsinin parlaq simalarından
olan korifey sənətkar Nəcibə Məlikovanın ömür yolundan, səhnə fəaliyyətindən geniş məruzə etmişdir. Tədbirdə
iştirak edən digər yoldaşlar aktrisanın teatr səhnəsində yaratdığı bir-birindən maraqlı, yaddaqalan obrazlardan
söz açmışdılar. L. Məhiyeva Nəcibə Məlikovanın kino yaradıcılığından, onun Azərbaycan kinosunda yaratdığı qadın
obrazlarından danışmış, bu böyük sənətkarın əziz xatirəsi ehtiramla, məhəbbətlə yad edilmişdir. Təqdim etdi:
Nailə Fərzəliyeva.
|
 |
 |
 |
 |
| |
|
| |
Müstəqil Azərbaycan-20 |
 |
 |
 |
 |
 |
 |
Ağdaş rayon MKS-nin Azərbaycan Dövlət
Müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar əlavə tədbirlər planına uyğun olaraq 17 oktyabr
2011-ci il tarixdə rayon Mərkəzi kitabxananın oxu zalında "Müstəqil Azərbaycan-20" adlı dəyirmi
masa keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq
Azərbaycanın 20-ci əsrdə iki dəfə müstəqillik qazandığını, lakin birincinin cəmi 23 ay yaşadığını,
ikincinin isə 1991-ci il 18 oktyabrda elan edildiyini bu müstəqilliyimizin də az qala məhv olmaq
təhlükəsində olduğunu yalnız ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra tam
bərqərar olduğunu, artıq ölkəmizin dünyanın ən nüfuzlu təşkilatlara üzv olduğunu, dünya ölkələri
tərəfindən tanındığını qeyd etdi. Tədbir iştirakçıları "Müstəqil Azərbaycan-20" başlıqlı
sərgiyə maraqla baxdılar. Təqdim etdi: Sevgili İbrahimova.
|
| |
|
| |
Səməd Vurğun - 105 |
|
16.10.2011-ci il tarixində Qaradeyn kənd kitabxanasında
Azərbaycan xalq şairi Səməd Vurğunun anadan olmasının 105 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri kitabxananın müdiri Vəliyeva Şövkət açaraq Səməd Vurğunun həyat və yaradıcılığı haqqında məruzə
söylədi. Tədbirdə Qaradeyn kənd orta məktəbinin ədəbiyyat müəllimi və şagirdləri iştirak edirdilər. Sonda
şagirdlərdən Vəliyeva Aytac, Bahadurova Bahar, Vəliyeva Məhsəti, Əsgərova Mərziyyə Səməd Vurğunun şerlərini
söylədilər. Təqdim etdi: Abdullayeva Gülnarə.
|
 |
 |
| |
|
| |
Müstəqilliyimiz əbədidir, dönməzdir |
18 oktyabr Azərbaycanın Milli Müstəqillik günüdür.
Bu münasibətlə kitabxanalarda bira sıra müxtəlif silsilə tədbirlər keçirilir. 13 oktyabr 2011-ci il tarixdə 3 saylı şəhər kitabxanasında "Müstəqilliyimiz əbədidir" başlığı altında
tədbir təşkil olundu. Giriş sözü ilə kitabxananın müdiri Qədirova Ofeliya açaraq "Azərbaycan dünya meridianlarında" başlığı altında məruzə etdi.
Sonra isə tədbir iştirakçısı 5 saylı məktəbin müəlliməsi Kərimova Əminəyə söz verildi. Tədbirdə 1 saylı Səməd vurğun adına orta
məktəbin şagirdləri Qədirov Zaur və Cavadova Vüsalə "Müstəqil Azərbaycan" şeirini söylədilər. Tədbirin sonunda Hüseynova Afət "Müstəqil Azərbaycan - 20"
adlı məruzə ilə çıxış etdi.
|
 |
 |
 |
 |
| |
|
| |
Seminar məşğələ |
|
02 oktyabr 2011-ci il tarixdə Ağdaş rayon mədəniyyət işçilərinin aylıq seminar məşğələsi keçirilmişdir. Məşğələni giriş sözü ilə mədəniyyət şöbəsinin
müdiri Tahir Əliyev açmış, son vaxtlarda görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. MKS-nin direktoru Seyfəddin Feyzullayev
müstəqilliyimizin 20 illiyi ilə əlaqədar olaraq kitabxanaların qarşısında duran vəzifələrdən danışmış və "Kitabxanalardan gələcəyə" XI Beynəlxalq Soçi
Konfransı barədə seminar iştirakçılarına məlumat vermişdir. Metodistlərdən Könül Musayeva oktyabr ayında keçirilməli olan tədbir və yubileylərdən danışdı.
|
| |
|
| |
"Kitabxanalardan gələcəyə" beynəlxalq konfransı |
Azərbaycan Respublikasında Kitabxana-İnformasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə
dövlət proqramının" həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq hər il respublikamızın kitabxanaçılardan ibarət nümayəndə heyəti müxtəlif beynəlxalq konfranslarda
iştirak edirlər. Bu il sentyabrın 19-dan 25-dək Rusiyanın Soçi-Adler şəhərində keçirilən "Kitabxanalardan gələcəyə" adlı beynəlxalq konfransda Respublika Gənclər kitabxanasının
direktoru Tahir Sadıqov, Xaçmaz rayon MKS-nin direktoru Azad Əlifxanov və Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev iştirak etmişlər. 11-ci dəfə keçirilən bu konfransın
xarici ölkə kitabxanalarının iş təcrübəsinin öyrənilməsi cəhətdən əhəmiyyəti böyükdür. Konfransda Rusiya Mədəniyyət Nazirliyinin o cümlədən Krosnodar diyarının Mədəniyyət və
Kitabxana idarələrinin yüksək vəzifəli şəxsləri və mütəxəssisləri çıxış etmişdir. Maraqlı cəhətlərdən biri də o olmuşdur ki, konfransda təşkil edilmiş geniş miqyaslı kitab
sərgisində respublikamızın tanınmış yazıçısı Çingiz Abdullayevin bir neçə əsəri nümayiş etdirilirdi və bu kitablar konfrans iştirakçılarının böyük marağına səbəb oldu. Konfrans
iştirakçıları arasında kitabxana işinə yeni texnologiyaların tətbiqi, fondların yeni ədəbiyyatla zənginləşdilməsi, kitabların elektron variantlarının yaradılması, kitabxanalarda
virtual istifadəçilərin sayının artması, bununlada oxucu probleminin həlli istiqamətində fikir mübadilələri aparılmış, Rusiyanın tanınmış yazıçılarından bir neçəsi ilə görüş keçirilmişdir.
Konfransda Gənclər kitabxanasının direktoru Tahir Sadıqov Azərbaycan nümayəndə heyətinin adından təbrik sözü söyləmiş, tədbir iştirakçılarına Azərbaycanda kitabxana işinin
inkişafındakı yeniliklərdən məlumat vermişdir. İvanov Vilayət Kitabxanasının direktoru Kaşayev Vladimir Yevgeneviçlə əldə edilmiş şifahi razılaşmaya əsasən gələcəkdə bu kitabxana
ilə Ağdaş rayon MKS-nin təcrübə mübadiləsi davam etdiriləcəkdir.
|
 |
 |
 |
 |
 |
 |
| |
|
Müstəqil Azərbaycanının, müstəqil gəncləri |
 |
 |
 |
 |
30 sentyabr 2011-ci ildə Ağdaş şəhər Gənclər kitabxanasında Müstəqil Azərbaycanın 20 illiyinə həsr edilmiş "Müstəqil Azərbaycanının, müstəqil gəncləri" adlı tədbir keçirildi.
Tədbiri başlamazdan əvvəl "Müstəqillik əbədidir, dönməzdir" adlı sərgi ilə tanışlıq oldu. Müşfiq İsayev adına orta məktəbin şagirdlərinin ifasında Azərbaycan Respublikasınn Dövlət himni oxundu. Sonra giriş sözü ilə Gənclər kitabxanasının müdiri Ceyran Məmmədova danışdı.
"Müstəqil Azərbaycan-20" adlı məruzə ilə kitabxananın fəal oxucusu, Bakı Dövlət Universitetinin tarix fakultəsinin tələbəsi Vəfa Abdullayeva çıxış etdi. Mustafayeva Aygün və Həmidov Rəsulun ifasında setrlər dinlənildi. Tədbirdə Rayon Gənclər və İdman idarəsinin nümayəndələri Samir Kərimov və Samir israfilov, "Ağdaş" qəzetinin redaktoru Tofiq İsmioğlu, MKS-nin direktor müavini Sevgili İbrahimova çıxış etdilər.
Kitabxananın oxucuları Cümşüd Cəbiyev və Əyyub Mustafayev idmana görə aldıqları qızıl və gümüş medallara görə tədbir iştirakçıları tərəfindən alqışlandılar. Rayon Gənclər və İdman idarəsinin fəxri fərmanı ilə məruzəçi Abdullayeva Vəfa təltif edildi.
Kitabxananın müdiri Ceyran Məmmədova tədbir iştirakçılarına təşəkkürünü bildirdi. |
| |
|
| |
Müstəqil Azərbaycan - 20 |
 |
 |
 |
 |
29 sentyabr 2011-ci il tarixdə Ağdaş rayon Mədəniyyət evində Mədəniyyət şöbəsinin və Mərkəzi kitabxananın birgə təşkil etdiyi Azərbaycan Respublikası
nın müstəqilliyinin 20 illiyinə həsr edilmiş elmi praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə Mədəniyyət və Turizm şöbəsinin müdiri Tahir Əliyev
açaraq cənab prezidentimizin müvafiq sərancamına uyğun olaraq respublikamızın hər yerində o cümlədən Ağdaşda müstəqilliyimizin 20 illiyi ilə əlaqədar olaraq
silsilə tədbirlər keçirildyini qeyd etdi. MKS-nin direktoru Seyfəddin Feyzullayev "Müstəqilliyimiz əbədidir" mövzusunda məruzə ilə çıxış edərək 20-ci əsrdə
ölkəmizin iki dəfə 1918-ci ildə və 1991-ci ildə müstəqillik əldə etdiyini bu müstəqilliyin birinci dəfə cəmi 23 ay yaşadığını, ikinci müstəqilliyimizin də
1993-cü ildə az qala məhv olacağını, yalnız ümummilli lider, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu müstəqilliyin dönməz, əbədi, sarsılmaz
olduğunu, bu dönməzliyin, sarsılmazlığın indiki prezidentimiz cənab İlham Əliyev dövründə daha da gücləndiyini, möhkəmləndiyini qeyd etdi. |
| |
|
Qabil - 85 |
 |
 |
20 avqust 2011-ci il tarixdə MKS-nin 56 saylı filialı olan Güvəkənd kitabxanasında Xalq şairi Qabilin anadan olmasının 85 illik yubileyi
münasibəti ilə şer gecəsi keçirilmişdir.Şer gecəsini Güvəkənd kənd kitabxanasının böyük kitabxanaçısı Mütəllimova İnci giriş sözü ilə açaraq
görkəmli şairimiz Qabilin həyat və yaradıcılığından məruzə ilə çıxış etdi. Tədbirdə Güvəkənd uşaq baxçasının müəllimləri, Yaşar İsmayılov
adına kənd orta məktəbinin şagirdləriiştirak edirdilər. Tədbir iştirakçıları da şair Qabil haqqında öz ürək sözlərini söylədilər və oxuculardan
İsmayılova Ayşən, Muxtarova Əfruz, Xəlilova Turkən, Yusifov Elnur, Abdullayeva Təhfət və başqaları şair Qabilin şerlərindən nümunələr söylədilər.
Təqdim etdi:Guvəkənd kənd kitabxanasının böyük kitabxanaçısı Mütəllimova İnci.
|
| |
|
| |
|
Ağdaşda yay kursları |
 |
 |
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin 22. 06. 2011-ci il tarixli 305 saylı əmri ilə bu ilin yay aylarında ölkənin
dörd regionunda Bərdə, Gəncə, Qazax və Ağdaşda mədəniyyət işçiləri üçün səyyar kurslarının təşkil edilməsi qərara alınmışdır. Həmin əmrə əsasən
avqust ayının 9-dan 18-dək səyyar kurs Ağdaş rayonunda keçirilmişdir. Avqustun 9-da Ağdaş şəhər musiqi məktəbində Ağdaş, Göyçay, Ucar, Zərdab
rayonlarından gəlmiş klub və kitabxana işçilərinin iştirakı ilə kursun açılış mərasimi olmuşdur. Tədbiri Ağdaş rayon Mədəniyyət və Turizm
şöbəsinin müdiri Tahir Əliyev açaraq belə bir tədbirin Ağdaşda keçirilməsi üçün cənab nazirə təşəkkürünü bildirərək müəllimlərə və müdavimlərə
xoş gəlmisiniz söylədi. Respublika Mədəniyyət işçiləri hazırlıq və ixtisasartırma mərkəzinin direktoru Şaban Ramazanov son illərdə keçirilən
səyyar kursların məqsədi və səmərəsindən danışdı. On gün davam edən məşğələlərdə müəllimlərdən Nəzakət Rəhimova, Səmayə Quliyeva, Ruhiyyə Namazova, Zəminə Axundova,
Sahib Rzayev, Vahid Musayev, Arif Rəhimov öz bilik və təcrübələrini kurs iştirakçılarına öyrətməyə çalışmışlar. Sonuncu gün bütün müdavimlərə
kursun proqramının mənimsənilməsinə dair sertifikat və vəsiqələr verilmişdir. İxtisasartırma mərkəzinin direktoru Şaban Ramazanov müdavimləri
təbrik edərək məşğələlərin yüksək səviyyədə təşkili üçün öz təşəkkürünü bildirmişdir. Müdavimlərdə öz növbələrində dərslərin yüksək səviyyədə
keçirilməsinə görə müəllimlərdən razılıq etmiş, təşkilatçılara təşəkkürlərini bildirmişlər.
|
| |
|
| |
|
Qəbələ - Ağdaş |
 |
 |
01 avqust 2011-ci il tarixdə Qəbələ III Beynəlxalq musiqi festivalı iştirakçılarının Ağdaşda konserti olmuşdur. Tədbiri giriş sözü ilə Ağdaş rayon
Mədəniyyət və Turizm şöbəsinin müdiri Tahir Əliyev açaraq bu möhtəşəm festivalın təşkili üçün Heydər Əliyev fondunun prezidenti, ölkəmizin birinci
xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. Festival iştirakçılarından
pianoçu Kəmalə Neymanovanın müşayiəti ilə Gülnaz İsmayılovanın ifası, pianoçu Murad Adıgözəlzadənin çıxışı, xüsusəndə respublika muğam müsabiqəsi
qaliblərindən olan Rəvanə Ərəbovanın Rövşən Qurbanovun (tar), Ceyhun Muradovun (kamança), Amil Mustafayevin (nağara) müşayiəti ilə oxuduğu Mahur və Dilkəş
təsnifləri, xalq mahnısı "Sarı gəlin", habelə S. Rüstəmovun "Getmə-getmə" mahnısı tamaşaçıların çox xoşuna gəldi.
|
| |
|
| |
|
Aktual tədbir |
 |
 |
İyul ayının 11-dən 17-dək Quba rayon Mərkəzi kitabxanasında "Mütaliə həftəsi" keçirilmişdir. Müxtəlif rubrikalar altında hər gün min nüsxədən çox kitab
nümayiş etdirilmişdir. Tədbir iştirakçıları sərgilərlə tanış olmaqla bərabər kitabxanaya üzv olaraq kitabları oxumaq üçün götürmək imkanına da malik olmuşlar.
Tədbirin işində Bakı, Gəncə, Sumqayıt, Qusar, Şabran MKS-lərinin nümayəndələri, həmçinin Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev iştirak etmişlər.
Oxucuların kitaba və kitabxanaya marağının artırılması məqsədi güdən belə tədbirlərin gələcəkdə başqa rayonlarda, o cümlədən bizim rayonda da keçirilməsi
planlaşdırılır.
|
| |
|
| |
|
Həmyerli yazarlarımızın növbəti məşğələsi |
 |
 |
01 iyul 2011-ci il tarixdə Ağdaş rayon Mərkəzi kitabaxanada Azərbaycan Yazıçılar birliyi Şirvan bölməsinin Ağdaşda fəaliyyət göstərən "Ərəş" poeziya
klubunun üzvlərinin növbəti məşğələsi keçirilmişdir. Klubun üzvlərindən Mirdamət Əziz, Fəxrəddin Əsəd, Elton Gürsel, Haqverdi Əliyev, Kamil Sabiroğlu
öz yeni yazılarını oxudular.
|
 |
 |
| |
|
| |
|
Cahangir Cahangirov - 90 |
|
İyunun 20-də Ağdaş rayon MKS-nin İncəsənət şöbəsində dahi Azərbaycan bəstəkarı Cahangir Cahangirovun 90 illik yubileyi ilə əlaqədar "Xatirə gecəsi" keçirilmişdi.
Tədbiri MKS-nin direktoru Seyfəddin Feyzullayev yoldaş açaraq bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat vermişdir. İncəsənət şöbəsinin müdiri Hüsniyyə
İsmayılova Cahangir Cahangirovun musiqi yaradıcılığı və onun Azərbaycan musiqisinin inkişafında tutduğu yeri və rolu haqqında məruzə etmişdir. Tədbirdə
bəstəkarın "Füzuli" kontatası və digər əsərləri səsləndirilmişdir.
|
| |
|
| |
|
Torpaq, uğrunda ölən varsa Vətəndir. |
 |
 |
Dağlıq Qarabağ uğrunda döyüşlərdə Ağdaş 180 nəfərdən çox şəhid vermişdir. Bu 180 nəfərin 5-i Pirkəkə kəndində doğulub boya-başa çatmışdır. Həmin 5
nəfərdən biri isə 1992-ci ildə Ağdərə uğrunda döyüşlərdə həlak olmuş Təvəkkül Vahid oğlu Əhmədovdur. Təvəkkül Əhmədov 1958-ci il iyun ayının 15-də
Ağdaş rayonunun Pirkəkə kəndində anadan olmuşdur. 1986-cı ildə ADU-nun Kitabxanaçılıq fakultəsini bitirib təyinatla Ağdaşa göndərilmişdir. Bir müddət
Ağdaş rayon MKS-də şöbə müdiri, direktor müavini vəzifələrində işləmiş, sonra isə Pirkəkə kənd sovetinə katib seçilmişdir. Dağlıq Qarabağ hadisələri
başlayanda Təvəkkül də bir çox qeyrətli oğlanlarımız kimi, Vətən torpaqlarının düşmən tapdağına keçməsinə qüruruna sığışdırmadı və o, könüllü olaraq
cəbhəyə yola düşdü. Bir sıra döyüşlərdə şücaətlər göstərən Təvəkkül bölmə komandiri təyin edildi. 1992-ci il sentyabr ayın 7-də Ağdərə uğrunda döyüşdə
düşmən gülləsi Təvəkkülün qurmaq-yaratmaq eşqini ürəyində qoydu. 16 iyun 2011-ci il tarixdə Pirkəkə kənd kitabxanasında Ağdaş rayon MKS-nin
təşəbbüsü və Pirkəkə kənd ərazi nümayəndəliyinin dəstəyi ilə keçirilən "Şəhidlər ölümsüzlüyə qovuşan insanlardır" başlıqlı anım tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Pirkəkə kənd icra nümayəndəsi F. Qarayev açdı. Şəhidin ailə üzvləri və qohumları, keçmiş məktəb və iş yoldaşları onun haqqında
öz xatirələrini söylədilər. Yerli Ağdaş qəzetinin redaktoru tədbirdə RİH aparatının məsul işçisi Qalib Həsənov yekun vurdu.
|
| |
|
| |
|
15 İyun Milli Qurtuluş Günü |
 |
 |
14 iyun 2011-ci il tarixdə Ağdaş rayon Mərkəzi kitabxanasında 15 İyun Milli Qurtuluş günü münasibəti ilə "Azərbaycanın xilas günü adlı"
ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə MKS-nin direktoru Seyfəddin Feyzullayev "Qurtuluşdan başlanan inkişaf" adlı məruzə ilə çıxış etdi.
Aparıcılar Müşərrəf Alıyeva və Dürdanə Abdurrəhmanova öz sözlərində Milli Qurtuluş gününü Azərbaycanın müstəqilliyini reallaşdıran bir qayıdış,
müstəqilliyə gedən şərəfli bir yol adlandırdılar. Oxucular və məktəblilərin ifasında Müstəqil Azərbaycanımız və Heydər Əliyev haqqında şerlər
səsləndirildi.
|
| |
|
| |
|
1 İyun Uşaqların Beynəlxalq Müdafiə günüdür. |
 |
 |
Hər bir ailənin sevinci, cəmiyyətinmizin gələcəyi olan uşaqların bayramı iyunun 1-də Ağdaş şəhər Heydər parkında çox təntənəli keçirildi. Uşaq kitabxanasının
işçiləri rayon 2 və 10 saylı uşaq bağçalarının körpələri ilə birlikdə çox gözəl bir tədbir keçirdilər. Uşaqların ifasında şerlər, şən mahnılar və gözəl
rəqslər nümayiş etdirildi.
|
| |
|
| |
|
Bir kərə yüksələn bayraq bir daha enməz |
 |
 |
27 may 2011-ci il tarixdə Ağdaş rayon Mərkəzi kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin 93-cü ildönümü ilə əlaqədar "Bir kərə yüksələn bayraq bir daha enməz"
adlı tədbir keçirildi. Tədbirlə əlaqədar "28 may ADR-in yaranması günüdür" başlıqlı sərgi təşkil edilmişdi.Tədbirdə Xuraman Səmədova məruzə ilə çıxış etdi və
öz məruzəsində Xalq Cümhuriyyətinin yaranma tarixindən və 23 ay ərzində fəaliyyətindən danışdı. Sonra məktəblilər Azərbaycan, Vətən, Ulu öndər Heydər Əliyev
haqqında şerlər söylədilər. Ağdaş rayon MKS-nin bir çox filiallarında - Gənclər, Su-18, Ləki qəsəbə kitabxanalarında, şəhər 68 və 78 saylı kitabxanalarda
Respublika gününə həsr olunmuş sərgilər təşkil edilmişdir. Təqdim etdi: Sevgili İbrahimova.
|
| |
|
| |
|
Möhtəşəm açılış |
 |
 |
 |
 |
9 may 2011-ci ildə Ağdaş rayonunda Heydər Əliyev parkının, həmçinin Heydər Əliyev mərkəzinin əsaslı surətdə yenidən
qurulmasından sonra açılışı olmuşdur. Burada az müddət içərisində çox böyük işlər görülmüş Heydər Əliyevin abidəsinin ətrafında göz oxşayan panoram yaradılmış,
40 metr hündürlükdə Azərbaycan bayrağı ucaldılmışdır. Meydanda yaradılmış musiqili fəvvarə isə bu gözəlliyi daha da artırır. Ağdaş rayon İcra Hakimiyyətinin
başçısı cənab Rafiq Niftəliyev tədbiri açaraq Heydər Əliyev siyasətinin və ideyalarının Azərbaycanda daim yaşayacağını və qalib gələcəyini, Ağdaşlılarında bu
ideyalara sadiqliyini qeyd edərək belə gözəl abidə kompleksinin və Heydər Əliyev mərkəzinin yaradılmasında əməyi olan insanlara təşəkkür etdi.
Çıxış edənlər: Milli Məclisə Ağdaşdan seçilmiş millət vəkilləri Çingiz Əsədullayev və Şəmsəddin Hacıyev, akademik Bəkir Nəbiyev, xalq şairi Fikrət Qoca ölkəmizin
hər yerində olduğu kimi Ağdaşda da gedən yenidənqurma, quruculuq, abadlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edərək bütün Ağdaşlıları bu təntənəli açılış
münasibəti ilə təbrik etdilər. Sonra qonaqlar Heydər Əliyev mərkəzinin yeni binası və burada yaradılmış şəraitlə tanış oldular. Tədbirdə ətraf rayonların İcra
Hakimiyyəti başçıları, millət vəkilləri, Ağdaşlı ziyalılar və rayon ictimaiyyəti iştirak edirdilər.
|
 |
 |
| |
|
| |
|
Qələbə günü |
 |
 |
9 may faşizm üzərində qələbənin ildönümü Ağdaşda hər il yüksək səviyyədə qeyd olunur. Bu il də istisna olmamışdır. 9may 2011-ci il tarixdə Ağdaş
ictimaiyyətinin nümayəndələri 1941-1945-ci il Böyük Vətən müharibəsi abidəsi önünə toplaşmışdılar. RİH başçısı cənab Rafiq Niftəliyev bu gün
həyatda olan Ağdaşlı müharibə veteranları ilə bir-bir görüşüb hal-əhvalları ilə maraqlandı. Tədbir iştirakçıları və qonaqlar Böyük Vətən
müharibəsində igidliklə döyüşüb, həlak olmuş əsgərlərin xatirəsini yad edərək abidə önünə tər çiçəklər düzdülər.
|
| |
|
| |
|
Heydər Əliyev - 88 |
|
05.05.2010 –cu il tarixdə Ağdaş rayon Mərkəzi kitabxanasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr
olunmuş dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açmışdır. O, ulu öndərin həyat və
fəaliyyətindən bəhs edən məruzə ilə çıxış etdi. Sonda Rayon İcra aparatının məsul işçisi Möhlüd Hacıxanov bu mövzuda fikir mübadiləsi
etdi. Təqdim etdi: Alıyeva Müşərrəf.
|
 |
 |
| |
|
| |
|
Ənənəvi IV Kitab bayramı-2011 |
 |
 |
03 may 2011- ci il tarixdə Ağdaş rayonunda ümummilli lider, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə
əlaqədar IV-ənənəvi kitab bayramı keçirilmişdir. Mərkəzləşdirilmiş kitabxana sistemi işçilərinin təşkil etdiyi tədbiri
giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq kitabın insan həyatında tutduğu mövqedən, oynadığı roldan,
müasir informasiya cəmiyyətində kitabxanaların əhəmiyyətindən danışdı. Sonra o, qonaqları “Müstəqilliyimizin 20 ili”,
“Heydər Əliyev – 88”, “Dilimiz tariximiz”, “Qadınların ictimai həyatda rolu”, “Yeni kitablar, Yeni nəşrlər”, “Azərbaycan
gəncliyi”, “Yubiliyarlar” bütövlükdə 18 bölmədən ibarət kitab sərgisi, 9 foto-stend, 12 panno ilə tanış etdi. Hər bir
sərginin yanında məktəblilərin və oxucuların söylədikləri şeirlər tədbiri bir qədər də maraqlı etmişdir. Tədbirdə
mədəniyyət və təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, RİH aparatının məsul işçiləri, yazarlar və yerli
media nümayəndələri iştirak edirdi.
|
 |
 |
 |
 |
| |
|
| |
|
Cabbar Qaryağdıoğlu-150 |
 |
 |
Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada “Seyidli” məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaçı idi. Bu sənəti Cabbara da öyrətmək
istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi.
Uşaqlıqdan məhəllə uşaqları ilə “Qayabaşında”, “Qırxpilləkəndə”, “Ağzıyastı kahada” quzu otaran Cabbar saatlarla “Dəlikdaşın” üstündə oturaraq zümzümə edərdi. Sonralar bu
zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.
23. 04. 2011-ci il tarixində görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlunun anadan olmasının 150 illiyi ilə əlaqədar Ağdaş rayon Habil adına 7 illik uşaq musiqi məktəbində
konsert təşkil edilmişdir. Tədbirdə mədəniyyət və turizm şöbəsinin inspektoru İlqar Vəliyev, rayon İcra Aparatının məsul işçiləri iştirak edirdilər. Konsertdə yerli
müğənnilərdən Samit Əliyev, Nazim Məmmədov, Dilqəm Həsənov Cabbar Qaryağdıoğlunun səsləndirdiyi muğamlardan parçalar oxudular. Tədbirin sonunda Ağdaş rayon İcra Aparatının
məsul işçisi Möhlüd Hacıxanov yekunlaşdırdı.
|
| |
|
| |
|
Yekun tədbir |
 |
 |
 |
 |
Azərbaycan ədəbiyyatının korifeylərindən olan iki dahi şairimizin - Səməd Vurğun və Süleyman Rüstəmin bu il anadan olmalarının 105 illik yubileyləri
qeyd olunur. Ağdaş rayon kitabxanalarında da mart ayı ərzində hər iki şairin yubileyləri müxtəlif tədbirlər vasitəsi ilə qeyd olunmuşdur.
Bu tədbirlərin yekunu kimi 2011-ci aprel ayının 5-də Ağdaş rayon mədəniyyət evində ədəbi-bədii gecə keçirilmişdir.
Gecəni giriş sözü ilə Mədəniyyət və Turizm şöbəsinin müdiri Tahir Əliyev açmışdır. MKS-nin direktoru Seyfəddin Feyzullayev hər iki şairin həyat və yaradıcılığından bəhs edən
məruzə ilə çıxış etdi. Nizami adına, Müşfiq İsayev adına şəhər orta məktəbinin şagirdlərinin ifasında Səməd Vurğunun "Azərbaycan", Süleyman Rüstəmin "Ana və paçtalyon şeirləri
səsləndi. Mədəniyyət evi xalq teatrının ifasında Səməd vurğunun "Vaqif" dramından və Süleyman Rüstəmin "Durna" pyesindən parçalar tamaşıçılar tərəfindən daha maraqla
qarşıladılar.
|
 |
 |
| |
|
| |
|
Kükəl kənd kitabxanası |
 |
 |
03.04.2011-ci il tarixində Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Səməd Vurğunun 150 illiyi ilə əlaqədar Kükəl kənd kitabxanasında şer gecəsi
keçirilmişdir. Tədbirdə kənd ictimaiyyəti, kənd orta məktəbinin şagirdləri iştirak edirdi. Tədbiri Ağdaş rayon MKS- nin müdir müavini Sevgili Həsənova açdı. Kükəl kənd
kitabxanasının müdiri Səməd Vurğunun həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. Kükəl kənd orta məktəbinin şagirdləri Səməd Vurğunun şerlərindən nümunələr söylədilər.
Sonda tədbiri MKS-nin direktor müavini Sevgili Həsənova yekunlaşdırdı. Təqdim etdi: Kükəl kənd kitabxanasının müdiri İsmayılova Bahar.
|
| |
|
| |
|
VƏTƏNİM AZƏRBAYCANA SADİQ OLACAĞAM! |
 |
 |
 |
 |
09 mart 2011-ci il tarixdə "Azərbaycan Respublikasının vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" fərman vermişdir. Gənclərin hərbi xidmətə yolasalma mərasimi hər il Ağdaşda çox təntənəli keçirilir.
Bu ildə aprelin 2-də Rayon Hərbi Komissarlığında çağırışçı gənclərin hərbi xidmətə yola salma mərasimi bayram sayağı keçirildi. Rayon Icra hakimiyyəti başçısının birinci
müavini Cavid Osmanov,hərbi rayon prokuroru Munis Abuzərli, hərbi komissar Babayev Rəsul,rayon ağsaqqalları və valideynlər gəncləri təbrik edərək onlara uğurlu yollar
arzuladılar,torpaqlarımızı göz bəbəyi kimi qorumağı, vətənə layiq övlad olmağı tövsiyyə etdilər. Mərasimdə rayon Mədəniyyət evinin ansamblı konsert proqramı ilə çıxış etdi.
Gənc çağırışçılar müqəddəs Quranın və üçrəngli bayrağımızın altından keçərək hərbi xidmətə yollandılar. Təqdim etdi:Mədəniyyət və Turizm şöbəsinin inspektoru İlqar Vəliyev.
|
 |
 |
| |
|
| |
|
2 Aprel Beynəlxalq uşaq kitab günü |
 |
 |
2 Aprel 2011-ci il tarixdə Ağdaş rayon uşaq kitabxanasında "2 Aprel Beynəlxalq uşaq kitabı günüdür"
başlıqlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açmışdır.
Uşaq kitabxanasının müdiri Sevinc İbrahimova bu günün keçirilmə tarixindən və mahiyyətindən danışdı. Maqsud Şeyxzadə adına Gimnaziyanın şagirdləri S. İbrahimova,
M. Abdullayeva, Ə. Məmmədova və 6 saylı uşaq bağçasının şagirdləri şeirlər söylədilər. Təqdim etdi: Sevinc İbrahimova.
|
 |
 |
| |
|
| |
|
AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ |
|
1917-ci ildə Rusiyada yaranmış gərgin ictimai-siyasi vəziyyət Cənubi Qafqazda da proseslərin dramatikləşməsinə rəvac verdi. Erməni
millətçiləri Oktyabr çevrilişindən sonra keçmiş Çar Rusiyasına daxil olan bütün regionlarda öz hakimiyyətini bərqərar etməyə çalışan bolşeviklər ilə ittifaq yaradaraq,
Azərbaycan xalqının keşməkeşli tarixində daha bir faciəli səhifə açmağa nail oldular. erməni terrorçularından təşkil olunmuş Bakı Kommunası bütövlükdə Bakı quberniyasını
azərbaycanlılardan təmizləmək məqsədilə 1918-ci ilin mart ayının 31-də bu mənfur planlarını bolşevik bayrağı altında reallaşdıraraq, Azərbaycanın ayrı-ayrı bölgələrində kütləvi
qətllər həyata keçirdilər. Həmin günlərdə erməni millətçiləri tərəfindən törədilmiş vəhşiliklər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub.
Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda törədilmiş kütləvi terror aktları nəticəsində minlərlə azərbaycanlı məhz milli
mənsubiyyətinə görə öldürüldü, onlarla kənd yandırıldı, bir sıra milli-mədəni abidələr dağıdılaraq məhv edildi.
31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan,
Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Təkcə Bakıda erməni terrorçuları tərəfindən
öldürülənlərin sayı 30 minə çatmışdır. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd
tamamilə yerlə yeksan edilmişdir. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olmuşdur. Azərbaycanın tarixi ərazisi olan İrəvan
quberniyasında 1920 ev yandırılmış, 131 min 900 nəfər isə qətlə yetirilib.
30 mart 2011-ci il tarixdə Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsində,Gənclər kitabxanasında, 3 saylı, 65 saylı şəhər
kitabxanalarında, Kükəl, Şəmsabad, Cardam, Şıxlı kənd kitabxanalarında “31 mart Azərbaycanlıların soyqırımı günü” başlıqlı sərgilər təşkil edilmişdir. Sərgilər bir həftə davam
edəcəkdir.
|
| |
|
| |
|
Süleyman Rüstəm-105 |
 |
 |
 |
 |
30 mart 2011-ci ildə Ağdaş şəhər 78 saylı kitabxanada Azərbaycanın görkəmli xalq şairi Süleyman Rüstəmin 105
illiyi ilə əlaqədar şer gecəsi keçirilmişdir. Giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev çıxış etdi. 78 saylı filial kitabxanasının müdiri Abdurrəhmanova Hicrana
Süleyman Rüstəmin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. Tədbirdə Maqsud Şeyxzadə adına Gimnaziya və Müşfiq İsayev adına orta məktəbin şagirdləri də iştirak
edirdilər. Tədbirin sonunda məktəblilərə söz verildi. Onlar Süleyman Rüstəmin şerlərindən nümunələr söylədilər. Tədbirdə rayon Mədəniyyət evinin bədii rəhbəri Vəli İsmayılov da
iştirak edirdi. Vəli İsmayılov tədbir haqqında fikrini bildirdi. Tədbiri MKS-nin direktoru Seyfəddin Feyzullayev yekunlaşdırdı. Təqdim etdi: Abdurrəhmanova Hicran.
|
| |
|
| |
|
"Elimizə Novruz gəlir" |
Novruz bayramının gəlişi hər il Ağdaş rayon Mədəniyyət və Turizm şöbəsinin əhatə etdiyi bütün kitabxana, klub, mədəniyyət evləri
və muzeylər tərəfindən müxtəlif tədbirlər vasitəsi ilə genişliyi ilə qeyd olunur. 18 Mart 2011-ci il tarixdə şəhərin mərkəzi meydanında bütün mədəniyyət müəssisələrinin
təşkilatçılığı və iştirakı ilə keçirilən Novruz şənliyi çox möhtəşəm və maraqlı alındı.
|
 |
 |
 |
 |
 |
 |
Həmçinin 2 və 77 saylı Ləki qəsəbə kitabxana və klubunun , 55 saylı Türyançay qəsəbə kitabxanası və mədəniyyət evinin, 72 saylı Yuxarı Ləki kənd kitabxana və klubunun keçirdiyi novruz tədbirləri də maraqla qarşılandı. Təqdim etdi: Mədəniyyət və
Turizm şöbəsinin inspektoru İ. Vəliyev
|
 |
 |
 |
 |
| |
|
| |
|
Səməd Vurğun-105 |
 |
 |
 |
 |
Ağdaş raron MKS-nin 62 və 68 saylı şəhər kitabxanalarının birgə təşkil etdiyi Səməd Vurğun-105 illliyi ilə əlaqədar
"Demə Səməd Vurğun gəldi-gedərdi" adlı ədəbi bədii gecə keçirildi. Gecəni giriş sözü ilə MKS-nin direktor müavini Sevgili
İbrahimova açdı. Hər iki kitabxananın işçiləri Tahilə Məmmədova, Maisə Kərimova və Mehluqə Abdullayeva Səməd Vurğunun həyat
və yaradıcılığı haqqında çıxış etdilər. Tədbirdə Nizami adına orta məktəbin şagirdləri Səməd Vurğunun şeirlərindən nümunələr
söylədilər. Tədbiri sonda MKS-nin direktor müavini Sevgili İbrahimova yekunlaşdırdı. Təqdim etdi: Tahilə Məmmədova
|
| |
|
| |
|
8 Mart Beynəlxalq Qadınlar bayramı |
|
Ağdaş raron MKS-nin 62 və 68 saylı şəhər kitabxanalarının birgə təşkil etdiyi Səməd Vurğun-105 illliyi ilə əlaqədar
"Demə Səməd Vurğun gəldi-gedərdi" adlı ədəbi bədii gecə keçirildi. Gecəni giriş sözü ilə MKS-nin direktor müavini Sevgili
İbrahimova açdı. Hər iki kitabxananın işçiləri Tahilə Məmmədova, Maisə Kərimova və Mehluqə Abdullayeva Səməd Vurğunun həyat
və yaradıcılığı haqqında çıxış etdilər. Tədbirdə Nizami adına orta məktəbin şagirdləri Səməd Vurğunun şeirlərindən nümunələr
söylədilər. Tədbiri sonda MKS-nin direktor müavini Sevgili İbrahimova yekunlaşdırdı. Təqdim etdi: Tahilə Məmmədova
|
| |
|
| |
|
Seminar |
 |
 |
28 fevral 2011-ci il tarixdə Ağdaş rayon Mədəniyyət işçilərinin aylıq seminarı keçirildi. Seminarda kitabxana işinə
dair bəzi məsələlər müzakirə edilmişdir. Azərbaycanın xalq şairləri Səməd Vurğunun və Süleyman Rüstəmin anadan
olmasının 105 illik yubileyləri ilə əlaqədar eləcədə mart ayında keçiriləcək başqa şair və yazıçıların yubileyləri, həmçinin
8 Mart qadınlar bayramı, Novruz bayramı, habelə 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar mədəniyyət müəssisələrinin
görəcəyi işlərdən danışıldı, metodiki tövsiyyələr verildi. Təqdim etdi: MKS-nin direktor müavini Sevgili İbrahimova.
|
| |
|
| |
|
Tariximizin qan yaddaşı |
 |
 |
 |
 |
24 fevral 2011-ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxanada "Tariximizin qan yaddaşı" Xocalı soyqırımının 19-cu
ildönümü ilə əlaqədar tədbir keçirildi.Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış oldular. Tədbiri MKS-nin direktoru
Seyfəddin Feyzullayev açdı. Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra oxuculara xidmət şöbəsinin
müdiri Alıyeva Müşərrəf xocalı soyqırımı haqqında geniş məruzə ilə çıxış etdi. 3 №li Beynəlmiləl orta məktəbin şagirdləri Cavadova Aysu, Zeynalo
va Əfsanə, Səfərova Aysu Xocalı haqqında şerlər söylədilər. Tədbirdə Rayon İcra hakimiyyətinin məsul işçisi Salehov Elman, Mədəniyyət və Turizm
şöbəsinin inspektoru Vəliyev İlqar, rayonumuzda məskunlaşan Xocalı sakini Məmmədov Sarvan iştirak edirdilər. Məmmədov Sarvan o hadisələrin can
lı şahidi kimi yaşadıqlarını danışdı. Təqdim etdi: Alıyeva Müşərrəf.
|
| |
|
| |
|
Nəriman Həsənzadə - 80 |
 |
 |
 |
 |
 |
 |
18 fevral 2011-ci ildə Ağdaş rayon MKS-nin 3 saylı filial kitabxanasında Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin
anadan olmasının 80 illik yubileyi münasibətilə"Bir az möhlət istəyirəm ömürdən" adlı ədəbi- bədii gecə keçirildi.
Gecəni giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq çağdaş Azərbaycan poeziyasının görkəmli
nümayəndəsi Nəriman Həsənzadənin müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu və Azərbaycan oxucuları
tərəfindən daim sevildiyini qeyd etdi. 3 saylı filial kitabxanasının müdiri Ofeliya Qədirova Nəriman Həsənzadənin həyat
və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. Kitabxananın işçiləri Hüsniyyə İsmayılova və Afət Hüseynova öz çıxışla
rında şairin zəngin və çoxşaxəli poeziyasından və nəğmələrə çevrilmiş lirikasından söz açdılar. Gecənin sonunda kitabxanaçı
Rəhimova Günel və məktəblilərdən Məmmədova Xanım,İbrahimova Büşra, Məhiyeva Aydan Nəriman Həsənzadənin şeirlərindən nümunələr
söylədilər. Sonra tədbir iştirakçıları Nəriman Həsənzadənin şerlərinə bəstələnmiş nəğmələrdən ibarət musiqi çələngini dinlədilər.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Elman Salehov və "Ağdaş" qəzetinin redaktoru Tofiq İsayev iştirak etdilər. Təqdim
etdi: Ofeliya Qədirova.
|
| |
|
| |
|
"Vətən mənə oğul desə" |
02 fevral 2011-ci ildə Ağdaş rayon MKS-nin Gənclər kitabxanasında Gənclər gününə həsr olunmuş "Vətən mənə oğul desə"
mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə kitabxanada təşkil olunmuş "Təki Vətən yaşasın", "Sağlam gənclik xoşbəxt, uğurlu gələcəyə həyat vəsiqəsidir"
adlı albomlar və "Gənclik Vətən uğrunda" adlı sərgi ilə tanış olmuşlar.Sonra tədbiri MKS-nin direktor müavini Sevgili Həsənova açaraq gəncləri bayram münasibəti ilə təbrik etdi.
Gənclər kitabxanasının müdiri Ceyran Məmmədova gənclərin vətənpərvərlik tərbiyəsi mövzusunda məruzə ilə çıxış etdi. Rayon hərbi komissarlığının hüquqşünası Elgün Bilalov,
M.İsayev adına şəhər tam orta məktəbin hərbi rəhbəri Cavanşir Məmmədov, rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Taleh Abdurahmanov, aparıcı məsləhətçi Samir
İsrafilov, əsgər anaları Zahidə cumayeva, Arzu ismayılova, Sevinc İbrahimova, Şəhla Ağayeva çıxış edərək dövlətimiz tərəfindən Azərbaycan gənclərinə göstərilən diqqət və
qayğını yüksək qiymətləndirdilər. M.İsayev adına, Nizami adına şəhər orta məktəblərin, M.Şeyxzadə adına texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın şagirdləri Nurlan
Mustafayev, Tərlan Musayev, İntiqam Mənsimov, Ayxan Zəkəriiyyəyev, Ülkər Əliyeva gənclərə, Vətənə, əsgərlərə həsr olunmuş şeirlər söylədilər. Məktəblilərə gözəl çıxışlarına
gorə rayon gənclər və idman idarəsinin fəxri-fərmanları verildi. Təqdim etdi: Ceyran Məmmədova.
|
 |
 |
 |
 |
 |
 |
| |
|
| |
|