|
|
|
 |
AĞDAŞ RAYONU |
 |
|
|
|
Artıq 15 ildir ki, fevralın 2- si ölkədə gənclər günü kimi qeyd
olunur. Bu bayram gənclərə milli liderimiz Heydər Əliyevin hədiyyəsi idi. O gəncliyi hər mənada güclü görmək istəyirdi və
bunun üçün əlindən gələni edirdi. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə
yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından, asılıdır. Səbəbsiz deyil ki, bütün dövrlərdə
millətinin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olub. Bunu bilən milli liderimiz Heydər Əliyev də belə qüvvə
yaratmaq arzusunda idi. Elə ona görə də 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir
araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətin gənclər formu keçirildi və elə həmin günü
Azərbaycanın tarixinə gənclər günü kimi yazdı.
|
| |
|
| |
|
| |
Haqq işığının yolçusu |
|
|
 |
 |
 |
 |
28.01.2012-ci il tarixdə Ağdaş rayon Mərkəzi
kitabxanasının oxu zalında MKS-nin işçiləri, Ağdaşlı yazarların "Ərəş" poeziya klubunun üzvlərin, oxucuların iştirakı ilə
Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun "Peyğəmbər" kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə
MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq Zəlimxan Yaqubun çağdaş Azərbaycan şeirinin ən çox oxunan və ən məhsuldar
şairlərindən olduğunu qeyd etmiş "Peyğəmbər" əsərinin yaranma tarixindən, şəraitindən danışmışdır. MKS-nin metodisti
Könül Musayeva Zəlimxan Yaqubun həyat və yaradıcılığından, onun məhəbbət, təbiət, gözəllik şairi, vətənpərvər şair
olduğunu qeyd etmişdir. Oxuculara xidmət şöbəsinin müdiri Müşərrəf Alıyeva "Peyğəmbər" əsərinin təhlilini vermiş tədbir
iştirakçılarına əsərin bütün bölmələri barədə məlumat vermişdir. Yerli yazarlarımızdan şair Mirdamət Əziz, Fəxrəddin Əsəd,
Ramiz Dərya, Elton Gürsel, Kamil Sabiroğlu Zəlimxan Yaqubun yaradıcılığına heyran olduqlarını bildirmiş, "Peyğəmbər"
əsərinin çox gərəkli orijinal bir poema olduğunu bildirmiş, öz şeirləri ilə təbrik etmişlər. Məktəbli oxuculardan:
Zəkəriyyəyeva Səkinə, Cəlilov Cəlil, Buludova Gülgəz, Cavadova Aysu, Səfərova Aysu şairin müxtəlif şeirlərini və "Peyğəmbər"
əsərindən parçalar söyləmişlər. Gənclər kitabxanasının müdiri Ceyran Məmmədova Zəlimxan Yaqubun tələbə yoldaşı kimi öz
xatirlərini danışmışdır. Tədbirdə iştirak edən RİH aparatının məsul işçisi Möhlüd Hacıxanov çıxış edərək tədbirin çox gözəl
mövzuya həsr edildiyini vurğulamış, gələcəkdə belə tədbirləri davamlı olaraq keçirilməsini arzu etmişdir. Seyfəddin
Feyzullayev təqdimat mərasiminin yekunlaşdıraraq tədbir iştirakçılarına təşəkkür etmiş bütün oxuculara "Peyğəmbər" kitabını
oxumağı tövsiyyə etmişdir. İştirak edirdi: 48 nəfər. Təqdim etdi:
MKS-nin direktor müavini Sevgili ibrahimova.
|
 |
 |
|
 |
 |
| |
|
| |
|
| |
TARİXİN QAN YADDAŞI |
|
 |
 |
|
 |
 |
|
1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun,
erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20
yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin
onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq
kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları
canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar
imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan
xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər
insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı,
ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə
günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini
bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq
və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturasıÇexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata
keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da
təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet
rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin
tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət
edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi.
Bakıya yeridilmiş qoşun kontingentinə, – bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, – "doyüş tapşırığını" yerinə
yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları
vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı
evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq
Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar" hesabatından).
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Guya
Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla
ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet
rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə
ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı
qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda
yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR
Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında
fərman imzaladı.
SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı
"ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş
öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa
başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.
Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar
nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa
gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir gün ərzində Bakıda 137 nəfər öldürüldü, 700-dək
insan yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika
radiosu ilə çatdırıldı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan
edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh
mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi...
"Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya,
keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək
bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. Bu hadisələrə emosiya, kədər, yaxud
mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya
birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin
verilməsinə çalışmalıyıq.
|
| |
|
| |
|
|
20 Yanvar Ümumxalq hüzn günü |
|
|
 |
 |
20 yanvar Ümumxalq hüzn günü ilə əlaqədar 18 yanvar 2012-ci il
tarixdə Ağdaş rayon Mərkəzi kitabxanada dəyirmi masa keçirildi. Əvvəlcə 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik
sükutla yad edildi. Oxuculara xidmət şöbəsinin işçisi Cavadova Ruhiyyə 1990-cı ilin 19-20 yanvar hadisələri ilə
əlaqədar geniş məruzə ilə çıxış etdi. Gənclər kitabxanasının müdiri Ceyran Məmmədova Ağdaşlı şəhid Müşfiq İsayev
haqqında danışdı. Tədbir iştirakçılarından Xuraman Səmədova, Könül Musayeva 20 yanvar hadisələri haqqında öz
fikirlərini söylədilər.
|
| |
|
| |
|
| |
Nizami Gəncəvi-870 |
|
 |
 |
 |
 |
10.01.2012-ci il tarixdə Ağdaş rayon MKS-nin 48 saylı Pirəzə
kənd Mədəniyyət evində dahi mütəfəkkir Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyi ilə əlaqədar ədəbi
-bədii şeir gecəsi keçirildi.
Tədbirdə Pirəzə kənd kitabxanasının müdiri Leyla Əliyeva şairin həyat və yaradıcılığından geniş məruzə ilə çıxış etdi.
Tədbirdə həmçinin Pirəzə kənd icra nümayəndəsi Elman Əliyev, kənd bələdiyyəsinin sədri Yavər Dadaşov, kənd orta məktəbinin
ədəbiyyat müəlliməsi Şölə Həsənova, tarix müəlliməsi Şəfa Musayeva,məktəblilər, kənd kitabxanasının oxucuları iştirak
edirdilər. Məktəblilərdən Ağayeva Aynurə, Alxazova Aygül, Məmmədov Zaur,Məəmədova Gülnar "İsgəndənamə" poemasından parçalar
və qəzəllərindən nümunələr söylədilər.
Sonra qonaqlara söz verildi. Onlarda tədbir barədə öz fikirlərini söylədilər.
Nizami Gəncəvinin "Sevgili canan" və "Sənsiz romansları xalq artisti Bülbülün ifasında səsləndirildi. Tədbiri
kitabxananın müdiri Leyla Əliyeva yekunlaşdırdı.
Təqdim etdi: Leyla Əliyeva
 |
 |
 |
 |
|
| |
|
| |
|
| |
YENİ İLİNİZ MUBARƏK |
|
|
Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin
dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer,
Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri
burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın
axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də
elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm
üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri
üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş". Yeri gəlmişkən, "Karnaval" sözü babil dilindən tərcümədə
"gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün
dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş.
Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər.
Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.
Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri
var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən
sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm
üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü "Günəş qapısı"
adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini
diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta
rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın
doğum günü – İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.
Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa Peyğəmbərin doğum günü də elə
dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də
Milad gününü özündə birləşdirmiş oldu.
|
| |
|
| |
|
| |
| |
|
| |
|
|
|
ARXİV
1
2
3
|
|
|
|
| |
|
 |
Dövlət
rəmzlərimiz |
 |
|
|